Məhkəmə qərarları › İş №2(011)-1143/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1143/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1143/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər “Azərbaycan Müəllifləri” İctimai Birliyinə, X41.Səfər oğluna, X11 və Cavabdeh2 qarşı “təsisçilərin ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarının, bu qərar əsasında Nizamnamədə aparılmış dəyişikliklər, dəyişikliklərin qeydə alınması barədə dövlət qeydinin və bununla bağlı verilmiş “Azərbaycan Müəllifləri” İctimai Birliyinin dövlət reyestrindən çıxarışının və ümumi yığıncağın 26 yanvar 2023-cü il tarixli, 02 nömrəli protokolun ləğvi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər “Azərbaycan Müəllifləri” İctimai Birliyinə, X41.Səfər oğluna, X11 və Cavabdeh2 qarşı “təsisçilərin ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarının, bu qərar əsasında Nizamnamədə aparılmış dəyişikliklər, dəyişikliklərin qeydə alınması barədə dövlət qeydinin və bununla bağlı verilmiş “Azərbaycan Müəllifləri” İctimai Birliyinin dövlət reyestrindən çıxarışının və ümumi yığıncağın 26 yanvar 2023-cü il tarixli, 02 nömrəli protokolun ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür. “X22 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış və təsisçiləri X4, Cavabdeh2 və X15 olmuşlar. İctimai Birliyinin qanuni təmsilçisi 30 dekabr 2008-ci il tarixədək X4 olmuş, həmin tarixdə qurumun adı dəyişdirilərək “Azərbaycan Müəllifləri" İctimai Birliyi adlandırılmışdır. 2007-ci ildə iddiaçı X41.Səfər oğlunun nümayəndəsi X34 obyekt almaq istədiyini demiş, İ.Ə.Əhməd ona ictimai birliyin satılmasını bildirmişdir. Bundan sonra iddiaçı, X41.Səfər oğlu ilə tanış olmuş və ictimai birliyin 60.000 ABŞ dollarına satılması barədə onunla razılaşmışdır. Daha sonra 60000 ABŞ dollarını X41.Səfər oğluna 40000 ABŞ dolları İ.Ə.Əhməd vasitəsi ilə, 20000 ABŞ dolları isə şəxsən özünə vermiş, sonuncu isə özü də daxil olmaqla bütün təsisçilərin öz hüquqlarından iddiaçının xeyrinə imtina ərizələrini Birliyə təqdim etmiş və həmin ərizələr birliyin qeydiyyat kitabına salınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Belə ki, X1 Azərbaycan Respublikasının Ədliyyə «Nazirliyinə ünvanladığı xx.xx.2008-ci il tarixli ərizədən müəyyən olunur ki, o, X22 Əmlak Hüquqlarının X9 məxsus olan təsisçilik və digər hüquqlarından imtina etdiyini, həmin hüquqların İddiaçı keçməsinə razılığını, X22 Əmlak Hüquqlarının İdarəçiliyi İctimai Birliyinə hər hansı maddi, mənəvi və digər iddia və ya tələbi olmadığını bildirmişdir. Cavabdeh2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı xx.xx.2008-ci il tarixli ərizədən müəyyən olunur ki, o, X22 Əmlak Hüquqlarının X9 məxsus olan təsisçilik və digər hüquqlarından imtina etdiyini, həmin hüquqların İddiaçı keçməsinə razılığını, X22 Əmlak Hüquqlarının İdarəçiliyi İctimai Birliyinə hər hansı maddi, mənəvi və digər iddia və ya tələbi olmadığını bildirmişdir. X10 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı xx.xx.2008-ci il tarixli ərizədən müəyyən olunur ki, o, X22 Əmlak Hüquqlarının X9 məxsus olan təsisçilik və digər hüquqlarından imtina etdiyini, həmin hüquqların İddiaçı keçməsinə razılığını, X22 Əmlak Hüquqlarının İdarəçiliyi İctimai Birliyinə hər hansı maddi, mənəvi və digər iddia və ya tələbi olmadığını bildirmişdir. Bundan sonra X41.Səfər oğlu və onun ailə üzvləri olan digər təsisçilər Birliyin fəaliyyətində iştirak etməmişlər. 30 dekabr 2008-ci il tarixdən 10 mart 2017-ci il tarixədək Birliyin qanuni təmsilçisi iddiaçı olmuşdur. Bundan sonra, X5 iddiaçının 60.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsinə baxmayaraq, İctimai Birliklə, onun fəaliyyəti ilə bağlı əsassız olaraq məhkəmələrdə iddialar qaldırmağa başlamışdır. Belə ki, X41.Səfər oğlu, Cavabdeh2 və Cavabdeh3 “Azərbaycan Müəllifləri" İctimai Birliyinə və İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Müəllifləri" X39 Yığıncağının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıların “Azərbaycan Müəllifləri" İctimai Birliyinin təsisçiliyinə bərpa olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(011)- 5808/2021 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)- 1295/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və R.M.Həsənovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, iddiaçı X41.Səfər oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(011)-5808/2021 nömrəli qətnaməsi - iddiaçılar Cavabdeh2 və Cavabdeh3 münasibətdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 iddiası təmin edilmiş, “Azərbaycan Müəllifləri" X39 Yığıncağının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 “Azərbaycan Müəllifləri" İctimai Birliyinin təsisçiliyinə bərpa olunmaları qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4561/22 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 12022-ci il tarixli, 2(103)-1295/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. "Azərbaycan Müəllifləri” X39 Yığıncağının 25 noyabr 2022-ci il tarixli qərarı ilə, yəni, mübahisə üzrə AR Ali Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilməmişdən öncə (AR Ali Məhkəməsi tərəfindən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir) X4 qanunsuz olaraq sədr seçilmişdir ki, həmin qərar da qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Ardınca, “Azərbaycan Müəllifləri" X39 Yığıncağının 26 yanvar 2023-cü il tarixli, 02 nömrəli Protokolu ilə siyahı üzrə Birliyin mülkiyyətində olan daşınar əmlakların İddiaçı tərəfindən geri qaytarılması haqqında müraciət məktubunun göndərilməsi müzakirə olunmuşdur. İctimai Birliyin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı, bu qərar əsasında Nizamnamədə aparılmış dəyişikliklər, dəyişiklikərin qeydə alınması barədə dövlət qeydi və bununla bağlı verilmiş çıxarış, o cümlədən Ümumi Yığıncağın 26 yanvar 2023-cü il tarixli, 02 nömrəli Protokolu ləğv edilməldir. Cavabdehlərin mübahisə üzrə AR Ali Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilməmişdən öncə, yəni xx.xx.2022-ci il tarixdə İctimai Birliyin təsisçilərinin ümumi yığıncağında iştirak etmək səlahiyyətləri olmamışdır. Bu hal isə öz növbəsində həmin yığıncaqda, yığıncağın müstəsna səlahiyyətinə aid olan məsələlər üzrə qərar qəbul edilməsi üçün səslərin yetərli olmamasıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, "Azərbaycan Müəllifləri" İctimai Birliyin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarının, bu qərar əsasında Nizamnamədə aparılmış dəyişikliklər, dəyişikliklərin qeydə alınması barədə dövlət qeydinin və bununla bağlı verilmiş “Azərbaycan Müəllifləri” İctimai Birliyinin dövlət reyestrindən çıxarışının, o cümlədən “Azərbaycan Müəllifləri” X46 Yığıncağın 26 yanvar 2023-cü il tarixli, 02 nömrəli Protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Müəllifləri" İctimai Birliyin təsisçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarının, bu qərar əsasında X25 aparılmış dəyişikliklərin və yeni redaksiyada Nizamnamənin, dəyişikliklərin qeydə alınması barədə dövlət qeydinin və bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Azərbaycan müəllifləri” İctimai Birliyin dövlət reyestrindən çıxarışın, İctimai Birliyin sədrinin, sədr müavininin, idarə heyətinin üzvlərinin, nəzarət-təftiş komissiyasının sədr və üzvlərinin seçilməsinin dövlət qeydiyyatına alınması barədə ərizənin, habelə “Azərbaycan Müəllifləri” X46 Yığıncağın 26 yanvar 2023cü il tarixli, 02 nömrəli Protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırkı məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X7 Reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Müəllifləri” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə qeydiyyata alınmışdır, əvvəlki qanuni təmsilçisi İddiaçı olmuş, ümumi yığıncağının 25 noyabr 2022-ci il tarixli qərarı və digər sənədlərə əsasən hazırkı qanuni təmsilçisi X41.Səfər oğludur. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, X41.Səfər oğlu, X15 və Cavabdeh2 “Azərbaycan müəllifləri” İctimai sədrinin, sədr müavininin, idarə heyətinin üzvlərinin, nəzarət-təftiş komissiyasının sədr və üzvlərinin seçilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 11 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, 26 yanvar 2023-cü il tarixli protokola dair məlumat arxiv sənədlərində aşkar edilməmişdir. İş materiallarında olan “Azərbaycan Müəllifləri” İctimai Birliyinin 25 noyabr 2022-ci il tarixli Ümumi Yığıncağının qərarının surətindən görünür ki, həmin qərarda İctimai Birliyin sədri olaraq X41.Səfər oğlu seçilmiş, X47 Heyətinin üzvləri kimi aşağıdakı şəxslər seçilmişdirlər: X30, X35, X44, X50, X36, X45, Elza Seyidcahan (Qasımova) Nuru qızı, X47 Heyətinin sədrinin müavinləri X30 və X35, X40-Təftiş komissiyasının sədri X28, üzvləri X37, X38. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7330/2019 saylı, 12 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 “Azərbaycan Müəllifləri” İctimai Birliyinə qarşı “Azərbaycan Müəllifləri” X39 Yığıncağının çağırılması və keçirilməsi, Ümumi Yığıncaqda İddiaçı sədrlik etdiyi dövrlərinin hesabatının, yəni İctimai Birliyinin üzvlərinin və xarici ölkə təşkilatlarından daxil olmuş müəllif-hüquq qonorarlarının bölgüsü və ödənişi haqqında hesabatın, həmçinin maliyyə hesabatının verilməsi və X47etmə orqanlarının seçilməsi vəzifəsinin, X47çiliyinin ümumi yığıncaq keçirilənədək təsisçi X3 həvalə edilməklə “Azərbaycan Müəllifləri” İctimai Birliyinin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5808/2021 saylı 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X41.Səfər oğlunun, Cavabdeh2 və Cavabdeh3 cavabdeh “Azərbaycan Müəllifləri” İctimai Birliyinə və cavabdeh İddiaçı qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, mülki iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-472/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Vilayəddin Muradovun “Azərbaycan Müəllifləri” İB-nə və İddiaçı qarşı Birliyin təsis sənədlərinin, möhür və ştampının, ictimai birlikdə istifadəçi təşkilatlar, müəllif və hüquq sahibləri, xarici təşkilatlarla bağlanmış müqavilələrin, bank və maliyyə hesabat sənədlərinin, pul və əsas vəsait, birliyin əmlakının və birliyin digər sənədlərinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçılar - X6, Cavabdeh2 və X18 xx.xx.2009-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məktubla müraciət edərək “X22 Əmək Hüquqlarının İdarəçiliyi” İBnin onlara məxsus olan təsisçilik və digər hüquqlarından imtina etdiklərini, həmin hüquqların İddiaçı keçməsinə razılıqlarını, “X22 Əmək Hüquqlarının İdarəçiliyi” İB-yə hər hansı maddi, mənəvi və digər iddia və ya tələblərinin olmadığını bildirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə Vilayəddin Muradovun iddiası onun təsisçi kimi 2008-ci ildə hüquqlarından imtina etməsi və həmin vaxtdan da Birliyin fəaliyyətində iştirak etməməsi əsası ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı Vilayəddin Muradovun verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5236/2018 saylı, xx.xx.2018- ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, sonuncu qətnamədən yenə də Vilayəddin Muradovun kassasiya şikayəti isə AR Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1295/2022 saylı 16 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X41.Səfər oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5808/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi – iddiaçılar Cavabdeh2 və Cavabdeh3 münasibətdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 iddiası təmin edilmiş, “Azərbaycan Müəllifləri” X39 yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 “Azərbaycan Müəllifləri” İctimai Birliyinin təsisçiliyinə bərpa olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4561/2022 saylı 05 dekabr 2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1295/2022 saylı 16 mart 2022-ci il tarixli qətnaməsi mübahisələdirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3520/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, Cavabdeh3 və “Azərbaycan Müəllifləri” İctimai Birliyinin cavabdeh İddiaçı qarşı “sənədlərin və əmlakın təhvil-təslimi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan cavabdeh X41.Səfər oğlu tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı qarşılıqlı iddia ərizəsində göstərilən, lakin sübut edici sənədlər təqdim edilmədən yalan və böhtan xarakterli fikirlərlə minlərlə müəllif cəmiyyətinə məxsus Birliyin əmlak və sənədlərini qaytarmamaq üçün, “Azərbaycan Müəllifləri” İctimai Birliyinin işgüzar nüfuzuna xələl gətirməklə, fəaliyyətinə mane olaraq, 16 il ərzində rəsmi olaraq 4 il müddətinə sədr seçilmiş, 12 il isə qanunsuz olaraq fəaliyyəti zamanı, cinayətkar dəstəsi ilə əlbir olub birliyin əmlakını, manat və valyuta vəsaitlərini mənimsəyən, DİN-nin Nərimanov rayon polis idarəsində verdiyi izahatında etiraf etdiyi və digər ona məlum olan mötəbər sübutları məhkəmənin diqqətinə çatdırmaq zərurəti yaranmışdır. Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş idarəsinin Cavabdeh1nə 05/5187- 14 nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən Cavabdeh1 adının, hüquqi ünvanının dəyişməsi, nizamnaməsinin 3-cü redaksiyada təsdiq edilməsi sədrinin seçilməsi və idarəetmə orqanlarının formalaşdırılması faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “X7 qeydiyyatının aparılması Qaydaları”-nın 7.11-ci bəndinə zidd olaraq qurumun ilkin qeydiyyat şəhadətnaməsi və əvvəlki adını özündə əks etdirən möhürü təqdim olunmamışdır. Həmçinin həmin qaydaların 7.12-ci bəndinə uyğun olaraq qeyri-kommersiya qurumunun nizamnaməsi yeni redaksiyada dövlət qeydiyyatına alındığı zaman onun əvvəlki redaksiyada olan nizamnaməsi geri alınır. Lakin qurumun əvvəlki redaksiyada olan nizamnaməsi təqdim olunmamışdır. Göstərilənlərə və Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11. 3. 1-ci maddəsinə əsasən sənədlər geri qaytarılır. Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş idarəsinin Apellyasiya məhkəməsinin hakimi xanım Şeyda Məhərrəmovanın (2(103)-1295 2022) nömrəli xx.xx.2022-ci il tarixli sorğusuna cavab məktubuna əsasən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin təsisçiləri X15, Cavabdeh2 və X41. Səfər oğlunun təsisçilikdən çıxması barədə ərizələrinin təqdim olunması ilə bağlı müraciətə baxılmışdır. Bildirilmişdir ki, arxiv sənədləri öyrənilərkən göstərilən şəxslərin öz ərizələri əsasında təsisçilikdən çıxması faktının qeyri-kommersiya qurumlarının reyestrinə daxil edilməsi ilə bağlı təşkilatın müraciətinin xx.xx.2020-ci il tarixdə nazirliyə təqdim olunduğu müəyyən edilmişdir. Lakin təsisçilikdən çıxan şəxslərin ərizələri müraciətə əlavə edilmədiyindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reystri haqqında” Azərbaycan Respublikası Qanunun 11. 3. 1ci maddəsinə əsasən sənədlər geri qaytarılır. X33 Kərb. Səfər oğlunun müraciət məktubuna Ədliyyə Nazirliyinin №05/5820-13 xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin təsisçiləri və hazırkı qanuni təmsilçisi haqqında məlumatın verilməsi ilə bağlı daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, qeyri-kommersiya qurumlarıının dövlət reyestrində olan məlumatlara əsasən təşkilatın təsisçiləri X15, Cavabdeh2 və X41. Səfər oğludur. Təşkilatın qanunu təmsilçisi İddiaçı ümumi yığıncağın xx.xx.2015-ci il tarixli qərarı ilə birliyin sədri seçilmişdir. Səlahiyyət müddəti 2 ildir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilən qarşılıqlı iddia ərizəsinin 2-ci səhifəsinin 5-ci abzastında göstərildiyi kimi 10 mart 2017-ci il tarixədək birliyin qanuni təmsilçisi İddiaçı olmuşdur. İddiaçı etirafı göstərir ki, onun “Azərbaycan Müəllifləri” İctimai Birliyi ilə heç bir bağlantısı yoxdur. İddiaçı və nümayəndəsinin (vəkilin) Birlik üçün kənar bir şəxs olduğu və subyektiv hüququnun olmaması, təsisçilərin adından çıxış etmək səlahiyyətinin verilmədiyi üçün qarşılıqlı iddiası rədd edilməlidir. Nərimanov Rayon Polis İdarəsində verdiyi izahatına əsasən (Maddə 76. Sübutlar. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir). Daxili İşlər Nazirliyinə yazdığı şikayət ərizəsi əsasında Nərimanov Rayon Polis idarəsi baş müstəntiqi Rahib Əliyevə verdiyi izahatının 10-cu səhifəsinin 16-24-ci sətirlərində əmlakın, sənədlərin və möhürün onda olmasını etiraf etmişdir. Ədliyyə Nazirliyi prokurorluğa məktubuna əsasən Qeydiyyat və Notariat Baş idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Məmmədovun Bakı şəhəri Xətai rayon prokuroru baş ədliyyə müşaviri cənab Sərdar İmanova göndərilmiş məktubunda göstərilmişdir ki, İddiaçı səlahiyyət müddəti xx.xx.2017-ci il tarixdə bitməsinə və qurumun səlahiyyətli şəxsinin olmamasına baxmayaraq təşkilatın cari hesabından xx.xx.2020-dən xx.xx.2022-ci il tarixədək 121 743 manat pul məbləğinin xərclənməsi ilə bağlı nazirliyə məlumat daxil omuşdur. İddiaçı iddiasında istinad etdiyi Bakı Apellyasiya məhkəməsinin 2(103)- 1295/2022 xx.xx.2022-ci il qətnaməsi və Ali Məhkəmənin qanuni qüvvəsini almış qərarına əsasən 28.12. 2008-ci il tarixli iclas protokolunun ləğv edilməsi və İddiaçı səlahiyyət müddətinin bitməsi, sübyektiv hüququnun olmaması qeyd olunmuşdur. Bakı Apellyasiya məhkəməsinin 2(103)-1295/2022 xx.xx.2022-ci il qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixdə dəyişdirilmədən saxlanılmaqla qəbul edidiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu. 26.4. İctimai birliyin səlahiyyət müddəti bitmiş icra orqanları tərəfindən təşkilatın fəaliyyəti ilə əlaqədar hər hansı qərarların qəbul edilməsinə və ya sənədlərin imzalanmasına yol verilmir. Yuxarıda qeyd olunanları, Ədliyyə Nazirliyi Cavabdeh1nə 05/5187-14 nömrəli xx.xx.2019-cu il tarixli cavab məktubu, Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş idarəsinin Apellyasiya məhkəməsinin hakim sorğusuna cavab məktubu, X33 Kərb. Səfər oğlunun müraciət məktubuna Ədliyyə Nazirliyinin №05/5820-13 xx.xx.2021-ci il tarixli cavab məktubu, Qarşılıqlı iddia ərizəsində (10 mart 2017-ci il tarixədək birliyin qanuni təmsilçisi İddiaçı olmuşdur)etirafı, Nərimanov rayon Polis İdarəsində verdiyi izahat, etirafları, Ədliyyə Nazirliyi prokurorluğa məktubu, Səlahiyyətin bitməsi və təmsilçisinin olmaması, Apellyasiya və Ali məhkəmənin qüvvəyə minmiş qətnamə, qərarlarını, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respblikasının Qanunun 26.4 bəndini, əldə rəhbər tutaraq, “Azərbaycan Müəllifləri” İctimai Birliyinin səlahiyyət müddəti bitmiş icra orqanının olmamasına rəğmən və Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilən cavab məktublarında təsisçilərin təsisçi olaraq göstərilməsinə əsaslanaraq təsisçilərin ümumi yığıncağını çağırmaqla (protokol №01. Tarix: 21 yanvar 2022-ci il) X41. Səfər oğlu sədr seçilmişdir. Tərəfindən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin müəlllif cəmiyyətinin iştirakı ilə 25 noyabr 2022-ci il tarixdə ümumi yığıncaq çağırılaraq sədr təyin olunması təsdiqlənmişdir. Bu hal 02.12. 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X7 Reyestrindən Çıxarış sənədi ilə təsdiqlənmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. İctimai birliyin üzvlüyünün əldə edilməsi və üzvlüyə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir. İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. Həmin qanunun 25-ci maddəsinə əsasən ictimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbul etmə və ictimai birliyin adından çıxış etmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. İctimai birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir. Ümumi yığıncağın səlahiyyətinə ictimai birliyin nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi, ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi, ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması, illik hesabatın təsdiq edilməsi, başqa təşkilatlarda iştirak, ictimai birliyin yenidən təşkili və ləğv edilməsi məsələlərin həlli aiddir. İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə nizamnaməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qərarı yığıncaqda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır. İş materiallarında olan Birliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən “Azərbaycan Müəllifləri” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyrihökuməti təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir. Nizamnamənin 5-ci hissəsinə əsasən Birliyin təsisçiləri hüquqi şəxslər və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər. Təsisçilər bərabər hüquqlara malikdirlər. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də birliyin üzvləri hesab olunurlar. Təsisçilər və üzvlər bərabər hüquqlara malikdirlər. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər: bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək; birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq; birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək; birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək; öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək; onu hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək; birliyin müvafiq orqanların etiraz və şikayət etmək. Nizamnamənin 6-cı bəndinə əsasən Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. X43 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncağın səlahiyyətinə Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklərin edilməsi, əmlakının formalaşdırılması və istifadə prinsiplərinin müəyyən edilməsi, icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl dayandırılması, illik hesabatının təsdiq edilməsi, başqa təşkilatlarda iştirak, Birliyin yenidən təşkili və ləğv edilməsi, Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X22 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış və təsisçiləri X4, Cavabdeh2 və X15 olmuşlar. İctimai Birliyinin qanuni təmsilçisi 30 dekabr 2008-ci il tarixədək X4 olmuş, həmin tarixdə qurumun adı dəyişdirilərək “Azərbaycan Müəllifləri" İctimai Birliyi adlandırılmışdır. 30 dekabr 2008-ci il tarixdən 10 mart 2017-ci il tarixədək Birliyin qanuni təmsilçisi İddiaçı olmuşdur. X41.Səfər oğlu, Cavabdeh2 və Cavabdeh3 “Azərbaycan Müəllifləri" İctimai Birliyinə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Müəllifləri" X39 Yığıncağının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçıların “Azərbaycan Müəllifləri" İctimai Birliyinin təsisçiliyinə bərpa olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(011)- 5808/2021 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)-1295/2022 nömrəli qətnaməsi ilə iddiaçı X41.Səfər oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(011)-5808/2021 nömrəli qətnaməsi - iddiaçılar Cavabdeh2 və Cavabdeh3 münasibətdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 iddiası təmin edilmiş, “Azərbaycan Müəllifləri" X39 Yığıncağının 28 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 “Azərbaycan Müəllifləri" İctimai Birliyinin təsisçiliyinə bərpa olunmaları qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4561/22 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 12022-ci il tarixli, 2(103)-1295/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. “Azərbaycan Müəllifləri” İctimai Birliyinin 25 noyabr 2022-ci il tarixli Ümumi Yığıncağının qərarı ilə İctimai Birliyin sədri X41.Səfər oğlu, X47 Heyətinin üzvləri X30, X35, X44, X50, X36, X45, Elza Seyidcahan (Qasımova) Nuru qızı, X47 Heyətinin sədrinin müavinləri X30 və X35, X40-Təftiş komissiyasının sədri X28, üzvləri X37, X38 təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Birliyin Nizamnaməsinə eləcə də “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilir ki, Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır. X43 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. “Azərbaycan Müəllifləri” İB-nin 25 noyabr 2022-ci il tarixli ümumi yığıncağı keçirilərkən İddiaçı və İctimai Birliyin digər üzvlərinə yığıncağın yeri və vaxtı barədə məlumatın verilməsi hər hansı mötəbər sübutlarla təsdiq edilməmişdir. Digər tərəfdən “Azərbaycan Müəllifləri” İB-nin 25 noyabr 2022-ci il tarixli ümumi yığıncağı keçirilərkən mübahisə üzrə AR Ali Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilməmiş, yekun qərar 05 dekabr 2022-ci il tarixdə qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "Azərbaycan Müəllifləri" X39 Yığıncağının 25 noyabr 2022-ci il tarixli qərarı və bu qərar əsasında X25 aparılmış dəyişikliklərin və yeni redaksiyada Nizamnamə, dəyişikliklərin qeydə alınması barədə dövlət qeydi və bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli “Azərbaycan müəllifləri” İctimai Birliyin dövlət reyestrindən çıxarışı ləğv edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin "Azərbaycan Müəllifləri" İctimai Birliyin sədrinin, sədr müavininin, idarə heyətinin üzvlərinin, nəzarət-təftiş komissiyasının sədr və üzvlərinin seçilməsinin dövlət qeydiyyatına alınması barədə ərizənin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, ərizə müraciət forması olduğundan və ərizənin ləğv edilməsi hüquqi cəhətdən qeyri-mümkün olduğundan həmin hissədə iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “Azərbaycan Müəllifləri” X46 Yığıncağın 26 yanvar 2023-cü il tarixli, 02 nömrəli Protokolunun ləğv edilməsi” hissəsini araşdıraraq hesab edir ki, həmin protokol məhkəməyə təqdim edilmədiyindən və eyni zamanda məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş 11 sentyabr 2024-cü il tarixli məktubla 26 yanvar 2023-cü il tarixli protokola dair məlumat arxiv sənədlərində aşkar edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. "Azərbaycan Müəllifləri" X39 Yığıncağının 25 noyabr 2022-ci il tarixli qərarı və bu qərar əsasında X25 aparılmış dəyişikliklərin və yeni redaksiyada Nizamnamənin, dəyişikliklərin qeydə alınması barədə dövlət qeydi və bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və Reyestr Baş İdarəsi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli “Azərbaycan müəllifləri” İctimai Birliyin dövlət reyestrindən çıxarış ləğv edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar