Məhkəmə qərarları › İş №2(011)-1176/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1176/2024

27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1176/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X12 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə olunmuş 118,000.00 (yüz on səkkiz min) manat pulun və ödənilmiş 408 (dörd yüz səkkiz manat, 00 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə X7 Bakı şəhəri, Neapol küçəsi, 7 B saylı evin 27 saylı, 4 (dörd) otaqlı mənzili almış və həmin tarixdə valideynləriylə birlikdə daimi yaşamaq üçün həmin mənzilə köçmüşlər. 06 sentyabr 1997-ci il tarixində Cavabdeh2 ilə ailə qurmuş və həmin tarixdə toyları olmuşdur. Cavabdeh2 toydan sonra həmin mənzilə gəlin köçmüş və bir müddət həmin mənzildə ailə üzvləriylə birlikdə yaşamışdır. Birgə nikadan iki övladları anadan olmuşdur. Xasiyyətlərinizin uyğun gəlməməsi səbəbindən Nizami Rayon Məhkəməsinin 25 noyabr 2009-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 mənzil tərk edib getmişdir. Bir müddət sonra, yəni 2016-cı ildə Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Neapol küçəsi, 7B saylı evin 27 saylı mənzilinə ½ hissədə pay hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli 2(011 )-9891 /2016 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Daha sonra, yəni 2018ci ildə Cavabdeh2 “mənzilə istifadə hüququnun tanınması və köçürülmə” tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5931/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi təmin edilmiş və yaşayış hüququ verilməklə ona mənzilin ən böyük otağı ayrılmışdır. ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı X6 mülki etibarnamə əsasında almışdır. Həmin mənzildə ***-***-**-** saylı telefon da iddiaçının adına olmuşdur. Lakin, maddi imkanı olmadığından mənzilə dair çıxarış almamışdır. Daha doğrusu, həmin mənzilin çıxarışı Cavabdeh2 tərəfində yoxa çıxarılmışdır. 2009-cu ilin iyun ayında iddiaçı X16 ilə razılığa gəlmiş ki, sözügedən mənzilə çıxarış ilk öncə X8 adına rəsmiləşdirilməli və daha sonra alqı-satqı yolu ilə iddiaçının adına rəsmiləşdirilməlidir. Nəhayət, X1 mənzilə dair çıxarışı xx.xx.2009-cu il tarixdə öz adına rəsmiləşdirmiş və ona mülki etibarnamə vermişdir. Sözügedən mənzil 1993-cü ildən iddiaçının sahibliyində olmuşdur. Nəhayət, 2019-cu ildə mənzilin çıxarışını öz adına rəsmiləşdirmək üçün X9 müraciət etmişdir. Lakin, həmin ərəfədə X16 agır xəstə olduğundan mənzilin iddiaçının adına dəyişdirilməsi yubanmışdır. Daha sonra, yəni 2020ci ilin may ayında eşitmişdir ki, X16 2020-ci ilin mart ayında ölmüşdür. Pandemiya olduğundan bu məsələnin həlli yenə təxirə düşmüşdür. Daha sonra, Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən, Cavabdeh1 iddiaçının yaxın dostu X13 16 mart 2021ci il tarixdə mülki etibarnamə vermişdir. X8 ölümündən istifadə etməklə, Cavabdeh2 iddiaçının xəbəri olmadan X8 oğlu Cavabdeh1 aldadıb ki, guya həmin mənzilin satılmasından iddiaçının xəbəri var və həmin işi Cavabdeh2 həvalə etmişdir. Odur ki, Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzili Camal adlı şəxsə 118.000 (yüz on səkkiz min) manata satmaq üçün Cavabdeh1 istifadə etmiş və satışdan əldə olunmuş məbləğin 10%-ni, yəni 11.800 (on bir min səkkiz yüz) manatını ona verəcəyinə söz vermişdir. Nəhayət, Əlizadə X21 Aidə Nəsir qızının təklifinə razılıq vermiş və mübahisəli mənzilə dair öz adına çıxarış əldə etdikdən sonra, mübahisəli mənzili satmış və satışdan əldə olunmuş məbləğin 10%- ni, yəni 11.800 (on bir min səkkiz yüz) manatını X10 oğlu Cavabdeh1 vermişdir. Notariusda alqı-satqı zamanı Cavabdeh2 bildirmişdir ki, mənzilin satılmasından İddiaçı xəbəri var və o, mənzilin satılmasına etiraz etmir. Halbu ki, iddiaçıya məxsus mənzilin satılmasından onun ümumiyyətlə xəbəri olmamışdır. Həmin günü, yəni 13 oktyabr 2023-cü il tarixdə iddiaçı bacısı oğlunun kiçik toyunda iştirak etmək üçün bacısıgilə getmişdi. Növbəti günü, yəni 14 oktyabr 2023-cü il tarixdə evə gəlmiş və evin əşyalarının boşaldılmasının şahidi olmuşdur. Daha sonra, həmin günü axşam saatlarında Camal adlı şəxs yaxınlaşıb həmin mənzilin Aidə tərəfindən satılmasını bildirdi və mənzili tərk etməyini tələb etdi. Hazırda iddiaçı evsiz qalmış, əldə etdiyi məlumata əsasən Cavabdeh2 iddiaçıya məxsus mənzilin satışından əldə olunmuş pul vəsaitinin bir hissəsinə, yəni 65.000 manatına özü üçün Zabrat qəsəbəsinədə fərdi yaşayış evi almış və qalan pulları da özündə saxlamışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əlbir olaraq iddiaçıya məxsus mənzil satmaqla iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozmuş, nəticədə o 30 il ərzində yaşadığı və 30 il ərzində sahibliyində olan mənzildə yaşamaq hüququndan məhrum olmuşdur. Nəhayət, kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Qeyd edim ki, mübahisəli mənzilin vərəsəlik qaydasında Cavabdeh1 adına sənədləşdiriləməsinə şəxsən iddiaçı köməklik göstərmiş, tələb olunan sənədlərin toplanmasında iştirak etmişdir. Daha sonra, aralarında olan razılaşmaya əsasən Cavabdeh1 iddiaçının xahişi nəzərə alaraq mübahisəli mənzilə dair onun yaxın dostu X11 adına xx.xx.2020-ci il tarixdə mülki etibarnamə vermişdir. Lakin, qeyd olunanlara baxmayaraq, Cavabdeh2 Cavabdeh1 ilə sövdələşmiş və Cavabdeh2ın təkidi ilə mənzilin satılmasının razılığını almış və ona 12,000 (on iki min) manat məbləğində pul verəcəyinə dair vəd vermişdir. Odur ki, Cavabdeh1 12,000 (on iki min) manat məbləğində pulun Cavabdeh2 tərəfindən ona veriləcəyi müqabilində iddiaçıdan xəbərsiz mənzilin satılmasına razılıq vermiş, 30 il iddiaçının sahibliyində və istifadəsində olan mənzilin satışından əldə olunmuş 118,000 (yüz on səkkiz min) manat məbləğində pulu öz aralarında bölmüş və bununla da, hüquqlarımı kobud şəkildə pozmuşlar. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Cavabdeh1 daha əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, vaxtıylə anası X16 evi iddiaçının ailəsinə satıb. Satış məbləğindən 10% qalmışdı, sənədləşmə də olmamışdır. Anası rəhmətə gedəndən sonra İddiaçı ona demişdir ki, etibarnamə versin, evi satsın, qalan məbləği də ödəyəcək. O da İddiaçı etibarnamə vermişdir. Üstündən 1 il müddət keçsə də heç bir xəbər olmamışdır. Sonra İddiaçı yoldaşı Cavabdeh2 qarşısına çıxmış, müştəri taparaq evin alqı-satqısını etmişlər. İşin halları İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzil xx.xx.2019-cu il tarixdə X8 adına qeydiyyata alınmışdır. İş materiallarında olan etibarnamədən görünür ki, X16 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, buna dair müqavilə imzalmağı, bu tapşırın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Bu etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5931/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, X16 məhkəməyə təqdim etdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzillə bağlı 76030 saylı order Azərbaycan SSR Bakı şəhəri X33 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1991-ci il tarixdə X9 verilmişdir. Cavabdeh2 İddiaçı ilə nikaha daxil olmuş və 1997-ci ildə mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilinə gəlin köçmüş, həmin mənzildə yaşayarkən iki övladı doğulmuş, sonradan İddiaçı ilə nikahı pozulduğundan evdən qovulmuşdur. X16 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzillə bağlı 76030 saylı order Azərbaycan SSR Bakı şəhəri X33 İcraiyyə Komitəsi tərəfindən xx.xx.1991-ci il tarixdə ona verilmişdir. O həqiqətən həmin mənzili rəfiqəsi Məhbubənin qardaşı İddiaçı 1997-ci ildə satmış, sonra Cavabdeh2 həmin mənzilə gəlin köçmüş, onun iki övladı həmin evdə doğulmuşdur. 1997-ci ildən mənzili İddiaçı və ailə üzvlərinin faktiki sahibliyinə və istifadəsinə vermiş, lakin onun tərəfindən xx.xx.2009-cu il tarixdə İddiaçıa baş etibarnamə verilməsinə baxmayaraq, bu günə qədər İddiaçı mənzillə bağlı öz mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir. İş materiallarında olan X16 tərəfindən 2(011)-5931/2018 saylı iş üzrə məhkəməyə verilmiş ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili İddiaçı satdığnı, Cavabdeh2 sonradan ora gəlin köçdüyünü qeyd etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzildən ibarətdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili 117000 manat qiymətinə Mamedov Japara satmışdır. İş materiallarında olan Cavabdeh2 və X17 notaria ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilin satılmadığına etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci ildə vəfat etmiş, mərhum anası X6 miras qalan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə dair vərəslik işinin həll edilməsi ilə bağlı bütün zəruri sənədləri toplamağı, notariat ofisində vərəsəlik işinin açılması ilə bağlı ərizələr yazmağı, arayışlar almağı, lazım olan sənədləri təhvil verib qəbul etməyi, miras əmlakları qəbul etməyi və s. hərəkətləri X14 etibar etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Mamedov Japar Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili 100000 manat qiymətinə X5. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzil xx.xx.2024-cü il tarixdə X23 adına qeydiyyata alınmışdır. İş materiallarında olan əlyazmadan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzili 118000 manata X2. Satılan məbləğin 10%-ni Cavabdeh1, yerdə qalan 90%-ni isə Cavabdeh2 götürmüşdür. Bu halları Cavabdeh2 və Cavabdeh1 öz imzaları ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində bildirmişdir ki, o Mahir müəllimin qonşusu olmuşdur. Özü 1997-ci ildən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 7/b, mənzil 26 yaşayır. Həmin vaxtdan da Mahiri tanıyır. O həmin ünvana köçəndə, Mahir, anası Elmira xanım, atası Qafar dayı da orada yaşamışdır. Bir müddət sonra Mahir ailə qurmuş, yoldaşı da o evə köçmüş, uzun müddət yaşamışlar. Sonra münasibətlərinin pozulduğuna görə, xanım uşaqları ilə birlikdə evən getmiş, 10 ilə yaxın o evdə olmamışdır. Sonra qayıdıb gəlmiş, yenə də bir müddət yaşamış, sonra da yenidən yığışıb, getmişdir. Evin nə vaxt satıldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı Qliyev Mahiri 1992-ci ildən tanıyır. Mahir əvvəllər valideynləri ilə birlikdə 28 mayda yaşayırmış. Sonra 1993-cü ildə Mahirin atası və anası Neapol küçəsi 7/B-dən mənzil almışlar. O vaxtdan da o evdə yaşamışlar. Aidə xanımla Mahir 1997-ci ildə ailə qurmuşdur. Evin mülkiyyətçisi Əlizadə X22 yaxını olaraq ona baş etibarnamə vermişdir ki, evi Mahirin adına rəsmiləşdirsinlər. Mahir də ona etibar edirdi, evi adına keçirtmədi. Sonra da eşitmişdir ki, yoldaşı evi satıb, gedib. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunu 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. “Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR-in 1964-cü il tarixli 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsi Maddə 43. Əqdin notariat formasının məcburiliyi və buna riayət edilməməsinin nəticələri. Əqdlərin notarial təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına əməl edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismın əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, hazırkı mülki işlə əlaqədar ilkin olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilin alqı-satqısı ilə bağlı X16 ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarlılığı məsələsinə qiymət verilməlidiir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarına istinadən qeyd edir ki, qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Hazırkı iş üzrə X16 ilə İddiaçı arasında sözügedən müqavilənin bağlanması zamanı qüvvədə olan “Azərbaycan SSR Mülki Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR-in 1964-cü il tarixli 11 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsi 43-cü maddəsinə əsaəsn əqdlərin notarial təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına əməl edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanunazidd əməl olmadıqda məhkəmə əqdi icra etmiş tərəfin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, əqdin tamamilə və ya qismən icra edilməsi tələb edilirdi. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil X9 order əsasında verilmiş və onun həmin mənzilə dair mülkiyyət hüququ gözləntisi olmuşdur. X8 mənzilə dair mülkiyyət hüququ yalnız 2019-cu ildə qeydiyyata alınmışdır. X3 Mahir Qəfər oğlu arasında 1997-ci ildə mənzilin alqı-satqısına dair razlaşma əldə edilmişdir. Tərəflər arasında bağlanmış bu əqd məhkəmə tərəfindən etibarlı hesab edilir. Mənzilin dəyəri İddiaçı tərəfindən X9 ödənilmişdir. Həmin vaxtdan mənzil İddiaçı istifadəsində sahibliyində olmuş, nə mərhum X16, nə də onun vərəsəsi olan Cavabdeh1 bu hala etiraz etməmiş, əksinə bu hal Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cavabdeh1 mənzilin dəyərindən 10%-in İddiaçı tərəfindən ödənilmıədiyini qeyd etsə də, bu hal mülki iş materillarında olan digər sübutlarda öz əksini tapmayıb. X4 və onun vərəsəsi Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün İddiaçı etibarnamələr vermişdir. Bu hal isə ona dəlalət edir ki, müqavilə üzrə tərəflər arasında razılaşmaya uyğun olaraq İddiaçı öz öhədiliyini tam icra etmişdir, elə bu səbəblə də, mənzilə dair mülkiyyət hüququnun onun adına qeydiyyata alınması üçün yuxarıda qeyd edilən etibarnamələr verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzil faktiki olaraq İddiaçı məxsus olmuşdur. Lakin sözügedən mənzil Cavabdeh1 və Cavabdeh2 tərəfindən satılaraq, mənzilin satışından əldə olunan vəsaitin 10%-i Cavabdeh1, yerdə qalan 90%isə Cavabdeh2 tərəfindən əsassız olaraq mənimsənilmişdir. Həmin vəsaitin cavabdehlər tərəfindən götürülməsi üçün hər hansı müqavilə və ya hüquqi əsası olmamışdır. Əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7b, 27 saylı mənzilin satışından əldə edilmiş 117000 manat məbləğində pul vəsaitindən 10800 manat məbləğində vəsait Cavabdeh1, 106200 manat məbləğində vəsait isə Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlərdən 118000 manatın tutulmasını tələb etsə də, müqavilə üzrə mənzilin dəyəri 117000 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddia qalan 1000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh1 münasibətdə iddianın təmin edilən həcminə mütənasib olaraq 37.66 manat, Cavabdeh2 münasibətdə iddianın təmin edilən həcminə mütənasib olaraq 370.34 manat məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 106200 (yüz altı min iki yüz) manat və dövlət rüsmunun əvəzi olaraq 370.34 (üç yüz yetmiş manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 10800 (on min səkkiz yüz) manat və dövlət rüsmunun əvəzi olaraq 37.66 (otuz yeddi manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar