Məhkəmə qərarları › İş №2(011)-119/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-119/2025

19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-119/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150.000 manat və 440 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzili 29 iyul 1997-ci tarixdə alğı-satqı yolu ilə əldə etmişdir. Alğı-satqı müqaviləsini satıcının adından mənzilin mülkiyyətçisi olmuş X1 etibarnamə üzrə nümayəndəsi Hidayət Hüseynov imzalamışdır. Sonradan məlum olmuşdur ki, Hadi Məmmədov xx.xx.1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə vəfat etmişdir. Hidayət Hüseynov da həmin etibarnamədən istifadə edərək 29 iyul 1997-ci tarixdə mənzili mərhum Hadi Məmmədovun adından İddiaçı satmışdır. Lakin 2015-ci ildə mərhum X2 Məmmədov bu alğı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə alğı-satqı müqaviləsi ləğv edilməklə mənzil üzərində qanun üzrə vərəsə kimi Cavabdeh2 Hadi oğlunun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh2, mənzil üzərində özünün mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 16 aprel 2016-cı il tarixdə onu notariat qaydasında müqavilə bağlamaqla Cavabdeh1 satmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, qətnamənin icrasına dönüş edilərək, mübahisəli mənzilə dair Cavabdeh2 Hadi oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-697/18) İddiaçı cavabdehlər Cavabdeh2 Hadi oğluna, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 Hadi oğlu və Cavabdeh1 arasında Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinin alğı-satqısı barədə Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 16 aprel 2016-cı il tarixli 4Ə-130 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzildən Cavabdeh1 və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev-sədrlik edən və məruzəçi, X.Sarıyev və Ş.Məhərrəmova, iş № 2(103)-503/19) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019- cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. AR Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı AR Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş və ona dəymiş zərərin əvəzini tələb etmək hüququ izah olunmuşdur. "Qiymətləndirmə və audit” MMC-nin xx.xx.2023-cü il tarixli 02Q/A saylı arayışına əsasən, Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzilin ərazisində yerləşən iki otaqlı ümumi sahəsi 61.1 kav.m. olan mənzilin bazar dəyəri 150.000 (yüz əlli min) manat təşkil edir. Belə olan halda, cavabdehlərin hərəkətləri nəticəsində İddiaçı 150.000 (yüz əlli min) manat zərər dəymişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Ə.Qasımzadə küçəsindəki 72 saylı evin 54-cü mənzil alğı-satqı müqaviləsini satıcının adından mənzilin mülkiyyətçisi olmuş Cavabdeh2 atası X1 etibarnamə üzrə nümayəndəsi Hidayət Hüseynov imzalamışdır. Hadi Məmmədov xx.xx.1994-cü ildə Hidayət Hüseynovun adına etibarnamə vermiş və bundan təxminən bir ay sonra xx.xx.1994-cü ildə vəfat etmişdir. Mənzil Hidayət Hüseynov tərəfindən etibarnamə əsasında 29 iyul 1997-ci il tarixdə Hadi Məmmədovun adından İddiaçı satılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 2(006)- 5128/2015 saylı qətnaməsi ilə alqı-satqı müqaviləsi ləğv edilməklə mənzil üzərində qanun üzrə vərəsə kimi Cavabdeh2 Hadi oğlunun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh2 Hadi oğlu mənzil üzərində özünün mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra 16 aprel 2016-cı il tarixdə onu notariat qaydasında müqavilə bağlamaqla digər Cavabdeh1 satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2(103)-2785/2017 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, qətnamənin icrasına dönüş edilərək, mübahisəli mənzilə dair Cavabdeh2 Hadi oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2017-ci il tarixli 2(102)-5180/2017 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005)- 697/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Hadi oğluna, Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2 Hadi oğlu və Cavabdeh1 arasında Bakı şəhəri, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinin alqı-satqısı barədə Bakı şəhəri 32 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 16 aprel 2016-cı il tarixli 4Ə-130 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində Cavabdeh1 mülkiyyət hüququna dair qeydin və buna dair verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzildən Cavabdeh1 və həmin mənzildə yaşayan digər şəxslərin çıxarılması, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Qasımzadə küçəsi 72 nömrəli evin 54 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(103)- 503/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005)-697/2018 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli 2(103)-503/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 04 iyun 2019-cu il tarixli 2(102)-4058/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(103)-9759/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli 2(005)-697/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2(102)-8105/2019 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı AR Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. AR Konstitusiya Məhkəməsinin Plenumunun 10 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmiş və ona dəymiş zərərin əvəzini tələb etmək hüququ izah olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli 2(011)-2934/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2(011)-2934/2024 saylı mülki iş üzrə ekspertiza keçirilməsindən imtina edilməsi barədə məlumatı 19 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə tərəfindən ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin müstəqil qiymətləndirilməsi üçün iş materialları mütəxəssisə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1, mənzil 54 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 148.000 manat məbləğində müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə Cavabdeh2 məhkəmə qətnamələri ilə mübahisəli əmlak üzərində hər hansı bir hüququ olmadan sərəncam vermiş və faktiki olaraq iddiaçıya məxsus əmlakı digər cavabdeh olan Cavabdeh1 satmışdır. Satmaqla Cavabdeh2 iddiaçıya maddi ziyan vurmuşdur. Tərəflər arasında uzun müddət davam edən məhkəmə çəkişmələrinin nəticəsi olaraq İddiaçı Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzinin tələb edilməsi hüququnun olması izah edilmişdir. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Lakin məhkəmə iddia tələbinin həcminə və digər Cavabdeh1 yönəlməsi hissəsinə qiymət verərək hesab edir ki, araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 əmlakı vicdanlı alıcı olaraq əldə etməsi nəzərə alınaraq iddia ona münasibətdə təmin edilməməlidir. Eyni zamanda əmlakın dəyərinə münasibətdə iddiaçı əmlakın hazırkı dəyərinin 150.000 manat olmasını qeyd etsə də buna dəlalət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis hesabatından görünür ki, sözügedən mənzilin dəyəri 148.000 manat məbləğində müəyyən edilmişdir. Odur ki, iddia bu həcmdə təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 148.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 440 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 440 manat dövlət rüsumunun 435.60 manatı Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, qalan 4.40 manatı İddiaçı özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 148.000 (bir yüz qırx səkkiz min) manat məbləğində pul vəsaiti və 435.60 (dörd yüz otuz beş manat altmış qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan 4.40 (dörd manat qırx qəpik) manatı İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar