Məhkəmə qərarları › İş №2(011)-1206/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1206/2023

01.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1206/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 01 mart 2023-cü il Bakı şəhəri Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Borclu və Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Borclu və Cavabdeh qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzilini cavabdeh alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin mənzilə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Alqı-satqı müqaviləsinə əsasən evdə qeydiyyatda olan şəxslər mənzili satdıqdan sonra həmin mənzildən qeydiyyatda çıxmağı öhdələrinə götürsələr də, yaşayış sahəsindən köçüb getsələr də, mənzildən qeydiyyatdan çıxmamışdırlar. Bu hal isə iddiaçının mənzil üzərindən mülkiyyət hüquqlarını pozur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin ediilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Borclu və Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 1 ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzilinə dair “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzilini alıcı İddiaçı satmışdır. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzili İddiaçı xüsusi mülkiyyətindədir (“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surəti). Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzilində Borclu və Cavabdeh qeydiyyatdadırlar (xx.xx.2022-ci il tarixli, ******* nömrəli Arayış). Eyni zamanda “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, Borclu ərizəylə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzilin satılmasına etiraz etmədiyini, Cavabdeh qanuni nikahının olmadığını bildirmiş, eyni zamanda onun adından satdığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzilə dair iddia qaldıran olarsa dəyən ziyanın ödənilməsinə dair öhdəlik götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin arvadı arasında alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınması nəticəsində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzilinə dair iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-6 cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, Borclu və Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxmaması İddiaçı mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdeh Borclu və Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı(Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 39 ünvanında yerləşən 5 saylı evin 1 saylı mənzil) mənzildən istifadə hüquqları itirilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Borclu və Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7, 36 saylı (Yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 39, M5, m 1) mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar