Məhkəmə qərarları › İş №2(011)-1230/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1230/2021

10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1230/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçının İddiaçı nümayəndəsi İsbəndiyarova Cəmilə Köçəri qızının, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC, “xxxx” MMC və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh1 MMC, “xxxx” MMC və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ərizə ilə müraciət edərək, Cavabdeh1 MMC-nin qeydiyyat ünvanının Nizami rayonu, Babək prospekti 53 ünvanında olması, digər cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qeydiyyat ünvanının Yasamal rayonu ərazisində olmasını əsas gətirərək, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçının nümayəndəsi hazırkı iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti qzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı vəsatətin təmin edilməsi ilə bağlı məsələnin qanunvericiliyin tələblərinə müvafiq həll edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, ərizənin dəlillərini araşdıraraq, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılmağa ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilməlidir. Belə ki, iddia ərizəsində Cavabdeh1 MMC və “xxxx” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Babək prospekti 53 olduğu göstərilsə də, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan, həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, qeyd edilən ünvan Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşir. Digər cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 129 ünvanında yerləşir. Beləliklə, məhkəmə İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC-nin və “xxxx” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu inzibati ərazisində, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ünvanı isə Bakı şəhərinin Nəsimi rayonunun inzibati ərazisində yerləşdiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməkdə haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilən normativ hüquqi aktın müddəalarına əsasən və cavabdehlər Cavabdeh1 MMC-nin və “xxxx” MMC-nin hüquqi ünvanları Bakı şəhəri, Nizami rayonu inzibati ərazisinin hüdudlarında yerləşdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 MMC, “xxxx” MMC və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar