Məhkəmə qərarları › İş №2(011)-1239/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1239/2021

05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1239/2021 05.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı "İddiaçı" Siğorta Şirkəti ASC-nin nümayəndəsi X4 Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “Nissan X-Trail” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 (üç yüz əlli manat) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 370.40 (üç yüz yetmiş manat qırx qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi “HYUNDAİ H100 Yük” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ələşrəf Əlizadə küçəsi ərazisində hərəkət olarkən “Nissan X-Trail” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. İcbari sığortalar haqqında qanunun 63-cü maddəsinə əsasən. Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nərimanov Rayon DYPŞ-nin TP №256435 saylı X10 haqqında qərarında öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan X-Trail” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat məbləğində ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 047483 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 350 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2018-ci il tarixində təxminən 12:00 radələrində Ələşrəf Əlizadə küçəsi ilə hərəkət edərkən sağ tərəfdə duran avtomobilə dəymişdir. Lakin avtomobildə hər hansı bir zədə görmədiyindən hadisə yerini tərk etmişdir. Daha sonra ona məlum olmuşdur ki, avtomobildə zədə olduğundan onun barəsində X10 haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, “Nissan X-Trail” markalı avtomobilin toqquşma nəticəsində zədələndiyini bilməmişdir, bu səbəblə də hadisə yerini tərk etmiş, hadisə yerindən yayınmaq niyyəti olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 047483 saylı xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən PAT********** saylı sığorta müqaviləsi üzrə sığortalanmış avtomobil “Nissan” markalı, 90SJ340 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilə dəymiş zərərin ümumi məbləği 350 manatdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı, ödəniş tapşırığına əlavənin surətrlərindən görünür ki, “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən X2 350 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan X-Trail” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan AC 065340 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan X-Trail” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan AC 839121 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai H100 yük” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən “Hyundai H100 yük” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X8 tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ üzrə Cavabdeh etibar edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a əsasən, X6 mülkiyyətində olan “Hyundai H100 yük” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 mülkiyyətində olan “Nissan X Trail” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hadisə vaxtı dayanmış vəziyyətdə olan “Nissan X Trail” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə sol qabaq qanad və qabaq bufer hissəsində zərər dəymişdir. Hadisə baş verdiyi anda “Hyundai H100 yük” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edirdi. İş materiallarında olan, xx.xx.2018-ci il tarixli TP 256436 nömrəli X10 haqqında Qərarın, həmçinin AP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə “Hyundai H100 yük” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh hadisə yerini tərk etmişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Ələşrəf Əlizadə küçəsində hərəkətdə olarkən sağında dayanmış vəziyyətdə olan avtomaşınla toqquşaraq hadisə yerindən yayındığından, “Nissan X Trail” markalı 90SL340 dövlət qeydiyyatlı avtomobilə vurulmuş ziyan İddiaçı Sığorta Şirkəri ASC tərəfindən aradan qaldırıldığından İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə də, İddiaçı Sığorta Şirkəti ASC-nin iddiası qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 20,40 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 350 (üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 20,40 (iyirmi manat qırx qəpik) manat alınaraq "İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni güvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar