Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1242/2023 22.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi yığıncağın xx.xx.2022ci il tarixli 1 və 2 saylı protokollarının və qərarlarının etibarsız sayılması və Cavabdeh1 "xxxx" MMMC-nin İdarə heyyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi yığıncağın xx.xx.2022-ci il tarixli 1 və 2 saylı protokollarının və qərarlarının etibarsız sayılması və Cavabdeh1 "xxxx" MMMC-nin İdarə heyyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 4A ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının qərarına əsasən yaradılmış, yığıncaqda o, cəmiyyətin səlahiyyətli şəxsi və qanuni təmsilçisi olaraq təyin edilmişdir. İddiaçı tərəfindən cəmiyyətin nizamnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2017-ci ildə 1117-MM4- 0065 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Vergilər Nazirliyi xx.xx.2018-ci ildə ********** saylı VÖEN verilmişdir. Onun tərəfindən cəmiyyət qanunverciliyin tələblərinə uyğun olaraq fəliyyət göstərmiş, hər hansı mübahisə mövcud olmamışdır. 2022-ci ilin noyabr ayında Cavabdeh1 tərəfindən imzalanması qeyd olunan məktub göndərilərək, cəmiyyətin təsis sənədlərin təqdim edilməsi tələb edilmiş, bununla əlaqədar vəkil sorğusu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilmiş, nazirliyin vəkil sorğusuna verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMMC-nin idarə heyətinin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı protokolu ilə Cavabdeh1 "xxxx" MMMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 səlahiyyətli nümayəndə təyin edilmiş, xx.xx.2022-ci il tarixli 2 saylı protokol ilə MMMC-nin idarə heyətinin üzvləri və təftiş komissiyası üzvləri seçilmişdir. Qeyd olunan sənədlər əsassız və qanunsuz olduğuna görə ləğv edilməklə, Cavabdeh1 "xxxx" MMMC-nin İdarə heyətinin sədri olması kimi qeydiyyatı ləğv edilməlidir. Belə ki, sorğuya əlavə edilmiş "xxxx" MMMC-nin idarə heyətinin xx.xx.2022-ci il tarixli 1 saylı protokolundan müəyyən olunur ki, guya cəmiyyətin 17 nəfər üzvlərinin iştirakı ilə MMMC-nin idarə heyətinin sədri və səlahiyyətli nümayəndə seçilməsi məsələləri müzakirə edilmiş, sakin Cavabdeh2 sədrin seçilməsinin zəruriliyindən danışmış, Cavabdeh1 sədrlik üçün öz namizədliyini irəli sürmüş, yekdilliklə Cavabdeh1 sədr seçilməsi, Cavabdeh2 isə nümayəndə seçilməsi qərara alınmışdır. Sorğuya əlavə edilmiş, xx.xx.2022-ci il tarixli 2 saylı iclas protokoluna görə 223 nəfər üzvdən 210 nəfəri iştirak edərək, MMMC-nin idarə heyətinin üzvlərinin və MMC-nin təftiş komissiyası üzvlərinin seçilməsini müzakirə etmiş, 17 nəfər İdarə heyətinin üzvü, 10 nəfər isə təftiş komissiyasının üzvü seçilmişlər. Halbuki, həmin tarixdə hər hansı iclas çağırılmamış, belə bir iclas keçirilməmişdir. Əgər həqiqətən belə bir iclas keçirilməsi nəzərdə tutulmuşdursa, ən azından onun İdarə heyətinin sədri və qanuni təmsilçisi olaraq bu iclasdan məlumatı olmalı idi. Pandemiya şəraitində və bina sakinlərinin iş-gücünün çox olduğu bir zamanda, MMMC-nin 223 nəfər üzvündən 210 nəfərini bir obyektə yığmaq və onları dinləmək qeyri-mümkündür. Həmçinin MMMC-nin üzvlərinin belə bir iclası keçirilmişdirsə, bu iclas hansı ünvanda keçirilmişdir. Protokolda iclasın Bakı şəhərində keçirilməsi qeyd edilsə də, Bakı şəhərində azı 3-4 milyon əhali yaşayır və Bakı şəhərinin 12 rayonu mövcuddur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 "xxxx" MMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 isə səlahiyyətli nümayəndə olması barədə "xxxx" MMMC-nin idarə heyətinin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı protokolun, həmçinin MMMC-nin idarə heyətinin üzvlərinin və təftiş komissiyası üzvlərinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli 2 saylı protokolun etibarsız sayılması və Cavabdeh1 "xxxx" MMMC-nin idarə heyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X29 iddia tələbini müdafiə etməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz etməklə yanaşı, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, o, artıq mənzilini satmış, kooperativin üzvlüyündən və "xxxx" MMMC-nin sədri vəzifəsindən çıxmışdır. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vəkil Namiq Bağırova ünvanlanmış 01 dekabr 2022-ci il tarixli 05/7501/3-13 nömrəli məktubun surətindən görünür ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə bağlı daxil olmuş müraciətə baxılmış, Cavabdeh1 qurumun qanuni təmsilçisi seçilməsi faktı xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan "xxxx" MMMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəisi cənab İlqar Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun müddəalarına uyğun olaraq, Xətai-7 MMMC-nin qanuni təmsilçisinin dəyişilməsi faktının qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X6 görünür ki, 17 nəfər üzvlərin iştirakı ilə MMMC-nin idarə heyətinin sədrinin və MMMC-nin səlahiyyətli nümayəndəsinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, Cavabdeh1 "xxxx" MMMC-nin idarə heyətinin sədri seçilmiş, "xxxx" MMMC-nin yeni sədrinin və yeni idarə heyətinin seçilməsi ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmək Cavabdeh2 həvalə edilmişdir. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli 2 №-li "xxxx" MMMC-nin X6 görünür ki, MMMC-nin 223 nəfər üzvündən 210 nəfərinin iştirakı ilə MMMC-nin idarə heyətinin üzvlərinin seçilməsi, MMMC-nin təftiş komissiyasının üzvlərinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, X34, X30, X45, X55, X46, X47, X21, X22, X50, Cavabdeh1, Cavabdeh2, X4, X3, X23, X31, X35, X56 MMMC-nin İdarə Heyətinin üzvü seçilmiş, X10, X36, X32, X11, X12, X18, X41, X33, X19 və X24 təftiş komissiyasının üzvləri seçilmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vəkil Namiq Bağırova ünvanlanmış 01 dekabr 2022-ci il tarixli 05/7501/3-13 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə qurumun yeni qanuni təmsilçisi kimi Cavabdeh1 seçilməsi barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Cavabdeh1 seçilməsi faktının hüquqi əsası olan sənədlərin təsdiq olunmuş surətləri təqdim olunur. Məktuba ərizə, 20 oktyabr 2022-ci il tarixli 2 №-li "xxxx" MMMC-nin X15 surəti (Protokolda yalnız iki imza mövcuddur), 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X7 Protokolunun surəti (Protokolda yalnız iki imza mövcuddur), Cavabdeh1 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vəkil Namiq Bağırova ünvanlanmış 24 noyabr 2022-ci il tarixli 05/7501/2-13 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə qurumun yeni qanuni təmsilçisi kimi Cavabdeh1 seçilməsi barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. İş materiallarında olan Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, 05/ƏN11-2-314/2-14 nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə 1117-MM4-0065 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi İddiaçıdır. İş materiallarında olan "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətin nizamnaməsindən görünür ki, "xxxx" MMMC müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 4A ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmış, Nizamnamə sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə səlahiyyətli şəxs İddiaçı tərəfindən imzalanmış, MMMC 22 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, 05/7501-14 nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə 1117-MM4-0065 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi Cavabdeh1dur. İş materiallarında olan "xxxx" MMMC tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin rəisi cənab İlqar Məmmədova ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli ********** nömrəli məktubdan görünür ki, "xxxx" MMMC 22 dekabr 2017-ci ildə qeydiyyata alınmışdır. 2019-cu ilin sonlarında MMMC X7 çağırılması və yeni seçkilərin keçirilməsi baş tutumuş və protokollaşdırılmışdır. Lakin qısa müddətə covid 19 pandemiyasının başlaması ilə əlaqədar olaraq yeni seçkilərin rəsmiləşdirilməsi mümkün olmamışdır. Pandemiya şəraitini və digər yuxarıda göstərilən səbəbləri nəzərə alaraq 22 dekabr 2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMMC-nin idarə heyətinin sədri funksiyalarını İddiaçı həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, o, təftiş komissiyasında etibarnamə ilə atası X14 təmsil edir. Heç bir iclas keçirmədən qeyri-qanuni seçki olmuşdur. Onu qonşular komendant kimi orda görmək istəmişlər və seçmişlər. Lakin sonradan aşkar olunmuşdur ki, onlar səsləri saxtalaşdırırlar. O, yenidən seçkinin keçirilməsini xahiş etmişdir. Cavabdehlər qeyri-qanuni pul yığmışlar. İndiki gündə atası Ramiz Balayev oranın üzvüdür. Qarşılıqlı müqavilə bağlanmasını istəmişlər. Cavabdeh1 formal olaraq seçilmişdir. Cavabdehlər kalkulasiyanı verməmişlər. Camaata artıq borclar yazmışlar. X62, Cəfər Seyidzadə idarə edir. İ.Abdullayeva və qonşular heç bir iclasda iştirak etməmişlər. 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X7 Protokolunda atası X5 Təftiş Komissiyasına üzv seçilməsi qeyd edilsə də, həmin iclasda atası X24 iştirak etməmiş, belə bir iclas barədə məlumatı olmamış, sakinlərdən də soruşduqda belə bir iclasın keçirilmədiyi təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X7 Protokolunda qeyd edilmiş iclasda o, iştirak etməmişdir, çünki ümumiyyətlə həmin iclas keçirilməmişdir. Orada sadəcə 10-15 adamın arasında iclas keçirilmişdir. Özləri özlərini təyin etmişlər. Həmin adamların özləri 3-4 il kommunal ödəməmişlər. Ona 2400 manat kommunala görə borc yazmış, izahatını verməmişlər. 10 aydı hesabat vermirlər. Belə olan halda nə ödədiklərini bilmirlər. X2 təsdiq etmişdir ki, 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X28 210 nəfər sakinin iştirak etdiyi qeyd edilsə də, iclasda iştirak etməmişdir, çünki sakinlərin dediyinə görə belə bir iclas keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 bildirmişdir ki, o, 20 oktyabr 2022ci il tarixli 1№-li "xxxx" MMMC-nin X7 Protokolunda qeyd edilmiş iclasda iştirak etməmiş, heç səsvermədə də olmamışdır. O, Protokolda qeyd edilmiş şəxslərin adlarını belə bilmir, sadəcə kənardan tanıyır. Ümumiyyətlə, heç bir iclasda olmamışdır. Protokolda 210 nəfər sakinin iştirak etdiyi qeyd edilsə də, iclasda iştirak etməmişdir, çünki sakinlərin dediyinə görə belə bir iclas keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 bildirmişdir ki, həmin binadakı mənzil ona məxsusdur, mənzildə faktiki onun qızı X13 yaşayır və etibarnamə əsasında onu təmsil edir. X24 bildirmişdir ki, 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X7 Protokolunda qeyd edilmiş iclasda nə özü, nə qızı iştirak etməmiş,iclas barədə heç bir məlumatı olmamışdır. Həmin Protokolda onun Təftiş Komissiyasına üzv seçilməsi qeyd olunsa da, onun bu barədə məlumatı yoxdur, o, bir dəfə də olsun iclaslarda iştirak etməmişdir. Protokolda 210 nəfər sakinin iştirak etdiyi qeyd edilsə də, binanın sakinlərinin dediyinə görə belə bir iclas keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 bildirmişdir ki, o, həmin binanın sakinidir. O, 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X7 Protokolunda qeyd edilmiş yığıncaqda iştirak etməmişdir. Seçilmiş şəxslər barədə məlumatı yoxdur, binanın sakinlərinin dediyinə görə belə bir iclas keçirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X42 bildirmişdir ki, o, həmin binanın sakinidir, eyni zamanda həmin binada 2% paya malikdir. O, 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin X16 qeyd edilmiş yığıncaqda iştirak etməmişdir. Seçilmiş şəxslər barədə məlumatı yoxdur, çünki binanın sakinlərinin dediyinə görə belə bir iclas keçirilməmişdir. Gündə birini sədr seçirlər. Adlarını dəqiq bilmir. Bildiyinə görə hətta kooperativin üzvü olmayan kirayədə yaşayan adamı da seçmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva Rəmziyə bildirmişdir ki, o, həmin binanın sakinidir. Orada onun mənzili var. O, yığıncaqda iştirak etməmişdir, qol da çəkməmişdir. Seçilmiş şəxslər barədə məlumatı yoxdur, çünki həmin iclas keçirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Kooperativlərin ən geniş yayılmış növü olan mənzil-tikinti kooperativlərinin anlayışı Mənzil Məcəlləsinin 109.1-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. Bununla bağlı Mənzil Məcəlləsinin 109.4 və 109.5-ci maddələrində qeyd edilir ki, mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, kooperativin yaradılması zamanı qarşıya qoyulmuş məqsədə nail olunmuşsa, o cümlədən mənzil-tikinti kooperativi halında binanın inşası başa çatmışsa, həmin kooperativ mövcud və təsdiq olunmuş balans və maliyyə vəziyyətinə görə hər bir üzvə düşən pay müəyyən edilib verilərək ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyəti yaratmış iştirakçılarının səslərinin sayı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxunu təşkil etməlidir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı hər il mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti tərəfindən çağırılmalıdır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş bu Məcəllənin 44.4-cü və 44.5-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunur və göndərilir. Həmin Məcəllənin 126.4-cü maddəsinə əsasən bu Məcəllənin 125.2.2-ci, 125.2.6cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 126.9-cu maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43-45,141-ci maddələrinə, məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması) təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. (maddə 141.1) Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: Çoxmənzilli bina üç qaydada idarə edilə bilər: (maddə 141.2) 141.2.1. Binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə; 141.2.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən; 141.2.3. İdarəedici təşkilat təyin edilməklə. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. (maddə 141.3.) Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. (maddə 141.4.) Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. (Maddə 141-1.1.) Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. (maddə 141-1.2.) Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. (maddə 141-1.3.) Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır.(maddə 142.1.) Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. (maddə 142.2.) Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində aşağıdakılar göstərilməlidir: 142.3.1. barəsində idarəetmənin həyata keçirildiyi çoxmənzilli binanın ümumi əmlakının tərkibi və həmin binanın ünvanı; 142.3.2. çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı, bu siyahıya dəyişiklik edilməsi qaydası, habelə idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərin siyahısı; 142.3.3. müqavilə qiymətinin, yaşayış sahəsinin saxlanması və təmirinə və idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərə görə haqqın miqdarının müəyyənləşdirilməsi qaydası, habelə bu haqqın ödənilməsi qaydası; 142.3.4. idarəedici təşkilatın çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət qaydası; 142.3.5. bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəalar. 142.4. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Bununla yanaşı Mənzil qanunvericiliyində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. (Maddə 44.2) Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. (maddə 44.3) Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. (maddə 44.4) Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; (Maddə 44.6.1.) Həmin Məcəllənin 44.5-ci maddəsinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat, yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə),yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan, yığıncağın gündəliyi, yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı göstərilməlidir. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. (Maddə 44.6.2.) Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra bu məcəlləyə istinad olunacaq) 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti nizamnamə əsasında 22 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi İddiaçı olmuşdur. 20 oktyabr 2022-ci il tarixdə cavabdehlər tərəfindən "xxxx" MMMC-nin X17 tərtib edilmiş, həmin protokollar əsasında 20 noyabr 2022-ci il tarixdə Cavabdeh2 "xxxx" MMMC-nin qanuni təmsilçisinin dəyişilməsinə dair ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinə müraciət etmiş və 03 noyabr 2022-ci il tarixdə Cavabdeh1 "xxxx" MMMC-nin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. 20 oktyabr 2022-ci il tarixli 1№-li "xxxx" MMMC-nin İdarə Heyətinin protokoluna əsasən, 17 nəfər üzvlərin iştirakı ilə MMMC-nin idarə heyətinin sədrinin və MMMC-nin səlahiyyətli nümayəndəsinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, Cavabdeh1 "xxxx" MMMC-nin idarə heyətinin sədri seçilmiş, "xxxx" MMMC-nin yeni sədrinin və yeni idarə heyətinin seçilməsi ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmək Cavabdeh2 həvalə edilmişdir. 20 oktyabr 2022-ci il tarixli 2 №-li "xxxx" MMMC-nin X7 protokoluna əsasən MMMCnin 223 nəfər üzvündən 210 nəfərinin iştirakı ilə MMMC-nin idarə heyətinin üzvlərinin seçilməsi, MMMC-nin təftiş komissiyasının üzvlərinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, X34, X30, X45, X55, X46, X47, X21, X22, X50, Cavabdeh1, Cavabdeh2, X4, X3, X23, X31, X35, X56 MMMC-nin İdarə Heyətinin üzvü seçilmiş, X10, X36, X32, X11, X12, X18, X41, X33, X19 və X24 təftiş komissiyasının üzvləri seçilmişlər. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin binanın sakinlərinin izahatları ilə təsdiq edilir ki, 20 oktyabr 2022-ci il tarixdə MMMC-nin ümumi yığıncağında bina sakinləri iştirak etməmiş, iclas barədə məlumatları olmamışdır. Belə ki, "xxxx" MMMC-nin İdarə Heyətinin 2№-li protokolunda təftiş komissiyasının üzvləri sırasında X1 əks olunsa da, məhkəmə iclasında şahidlər X24 və X13 bildirmişdirlər ki, adı protokolda qeyd edilsə də, həmin ümumi yığıncaqda X24 iştirak etməmiş, bu barədə heç bir məlumatı olmamış, həmin iclas keçirilməmişdir. İclasda iştirak etmiş şahidlər həminbinanın sakinləri olmaqla təsdiq etmişdirlər ki, protokolda 210 nəfər sakinin iştirak etdiyi qeyd edilsə də, onlar həmin iclasda barədə məlumatlandırılmamış, həmin iclasda iştirak etməmiş, binanın digər sakinlərinin dediyinə görə belə bir iclas keçirilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Cavabdeh1 seçilməsi faktının hüquqi əsası olan sənədlər qismində təqdim olunmuş 20 oktyabr 2022-ci il tarixli 2 №-li "xxxx" MMMC-nin X15 surətində (Protokolda yalnız iki imza mövcuddur), 20 oktyabr 2022ci il tarixli 1№-li "xxxx" MMMC-nin X7 Protokolunun surətində (Protokolda yalnız iki imza mövcuddur) iclasda 223 üzvdən 210 nəfərin iştirak etdiyi qeyd edilsə də, həmin şəxslərin imzaları protokolda qeyd edilməmişdir. Bununla yanaşı məhkəmə baxışı dövründə müəyyən edilmişdir ki, Cavabdeh1 artıq "xxxx" MMMC-nin İdarə heyətinin sədri deyil. Qeyd olunanlardan göründüyü kimi, cavabdehlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi qaydası, iclaslar barədə iştirakçılara məlumatın verilməsi ilə bağlı qanuni tələblərə riayət edilməmiş, ümumi yığıncağın səlahiyətinə aid edilmiş məsələnin müzakirəsində iclaslarda yetərsayın mövcud olması imzalarla təsdiq edilməmiş, mübahisələndirilən protokollar formal olaraq tərtib edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh1 "xxxx" MMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 isə səlahiyyətli nümayəndə olması barədə "xxxx" MMMC-nin idarə heyətinin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı Protokol, həmçinin MMMC-nin idarə heyətinin üzvlərinin və təftiş komissiyası üzvlərinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli 2 saylı Protokol etibarsız hesab edilməlidir. Bununla yanaşı Cavabdeh1 "xxxx" MMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 isə səlahiyyətli nümayəndə olması barədə "xxxx" MMMC-nin idarə heyətinin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı Protokol etibarsız hesab edildiyindən və Cavabdeh1 artıq "xxxx" MMMC-nin İdarə heyətinin sədri olmadığından iddia tələbi Cavabdeh1 "xxxx" MMMC-nin idarə heyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi hissəsində təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 "xxxx" MMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 isə səlahiyyətli nümayəndə olması barədə "xxxx" MMMC-nin İdarə Heyətinin adından tərtib edilmiş "xxxx" MMMC-nin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 1 saylı Protokolu, həmçinin "xxxx" MMMC-nin idarə heyətinin üzvlərinin və təftiş komissiyası üzvlərinin seçilməsi barədə "xxxx" MMMC-nin X7 xx.xx.2022-ci il tarixli 2 saylı Protokolu etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1242/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1242/2023
22.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver