Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1298/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə (“xxxx” İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 14 iyul 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC ilə (“xxxx” İKB ASC) Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 küçəsi, döngə 4, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin nisyə alğı-satqı qaydasında 268.000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 100.000 manat məbləğində satıcının İddiaçı ASCnin hesabına ödəyir, qalan 168.000 manatı isə 14 yanvar 2021-ci il tarixinədək hər ay 28.000 manat olmaqla banka ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən 100.000 manat məbləğində vəsait banka ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 küçəsi, döngə 4, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı banka heç bir ödəniş edilməmişdir. Mübahisənin məhkəmədənkənar həll olunması üçün yazılı xəbərdarlıq məktubu 18 noyabr 2020-ci il tarixdə cavabdehə şəxsən təqdim edilmiş, o xəbərdarlıq məktubunun surətinə imza etməklə qəbul edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə (“xxxx” İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 14 iyul 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçıASC ilə (“xxxx” İKB ASC) Cavabdeh arasında 14 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinin nisyə alğı-satqı qaydasında 268.000 manata Cavabdeh satılması nəzərdə tutulmuşdur. Müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ilkin olaraq 100.000 manat məbləğində satıcının İddiaçı ASC-nin hesabına ödəyib, qalan 168.000 manatı isə 14 yanvar 2021-ci il tarixinədək hər ay 28.000 manat olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 100.000 manat məbləğində vəsait banka ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh istifadəsinə verilmişdir. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı banka heç bir ödəniş edilməmişdir. Cavabdehə öhdəlik ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərlərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilə üzrə ilkin ödəniş olaraq 100.000 manat pul vəsaitini ödəmiş, qalan 168.000 manat pulu isə hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin ödəniş edildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X2 küçəsi, döngə 9, ev 4 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, əmlakın dəyərini iddiaçıya ödəməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraiət etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki Cavabdeh daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında iddiaçıdan əmlakı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əmlakın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan daşınmaz əmlakı almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin boşaldılaaq banka təhvil verilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinin cavabdehin istifadəsində olması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə (“xxxx” İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 14 iyul 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən 10 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə (“xxxx” İKB ASC) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 51 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 14 iyul 2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1298/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1298/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver