Məhkəmə qərarları › İş №2(011)-1308/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1308/2022

15.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1308/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsitələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş, X5 ölümü haqqında 29.10.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası X8 29.08.2021-ci il tarixdə ikitərəfli pnevmoniya” diaqnozu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlyinin Tibb X2 qəbul edilmiş, 31.08.2021-ci ildə evə buraxılmış, bununla bağlı xəstəxanadan buraxılış forması doldurulmuşdur. X8 xəstəxanadan buraxıldığı gün yaşadığı Bakı şəhəri, Y/Günəşli qəsəbəsi “D” Y/S, ev 11, mənzil 4-də vəfat etmişdir. Çağırış əsasında atasının vəfat etdiyi mənzildə olmuş Bakı şəhəri, Təcili və X3 Stansiyasının 22 saylı bölməsinin həkimi C.Yusifov tərəfindən 31.08.2021-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” və “Müşayiət vərəqi” doldurulmuş və həmin vərəqələrdə mərhumun ölüm faktı təsdiqlənməklə ölümün səbəbi kimi “COVİD-ə yoluxma” qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən mərhum X5 ölümü haqqında 29.10.2021-ci il tarixli tibbi şəhadətnamə, həmin şəhadətnamənin əsasında isə 2 saylı Bakı “ASAN xidmət” mərəkəzinin Qeydiyyat şöbəsi tərəfindən 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən "Ölüm haqqında tibbi şəhadətnamə" mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir (4.1). Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir.. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir (4.2). Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir (4.3). Həmin Qaydanın 4.4.2-ci bəndinə görə infeksiyon xəstəliklər və ya onlara şübhə olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bu baxımdan cavabdehin mərhum atası X5 ölümü haqqında tibbi şəhadətnamə verməyə səlahiyyəti olmamış, həmçin şəhadətnaməni vermək səlahiyyəti istinad olunan normativ akta əsasən onun qeydiyyatda olduğu və faktiki yaşadığı ərazi üzrə 24 saylı Birləşmiş Şəhər Poliklinikasına, yaxud patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsinə aid olmuşdur. Maraqlı şəxs vəkili Vəkil2 ərizə ilə müraciət edərək mülki işin Maraqlı şəxs maraqlarına toxunmasını və onun mülki işə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi əsassız olduğundan rəda olunmalıdır. İddiaçının hazırkı iddianı tələb etmək hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki-Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxanda sadalanan hüquq normalarından və iddia ərizəsinin mətnindən də aydın olur ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Hazırki iş üzrə ölüm haqqında şəhadətnamənin digər orqan tərəfindən verilməsi və yaxud etibarsız hesab edilməsi şəxsin və yaxud vəfat etmiş şəxsin vərəsələrinin maraqlarına toxunmur, onun hər hansı hüquqlarını pozmur. Həmçinin məhkəmə tərəfindən Cavabdeh MMC verilmiş sorğuya cavab olaraq büdinb ki. İddiaçı ölüm haqqında tibbi şəhadətnaməni mərhumun qeydiyyatda olduğu klinikadan ala bilmədiyi üçün məhkəməyə müraciət edib. Məhkəməyə olunan müraciət ərizəsi 28.10.2021-ci il tarixdə Cavabdeh MMC-yə daxil olmuş və səhəri gün X5 adına ölüm haqqında şəhadətnamə yaxınlarına təqdim edilmişdir. Bundan başqa, Medistyle MMC tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş ərizədən də göründüyü kimi, İddiaçı özü ərizəsi əsasında mərhum X5 ağır vəziyyətdə olduğuna baxmayaraq müalicəsinin dayandırılması və xəstənin evə aparılmasını, həmçinin bununla bağlı ola biləcək bütün ağırlaşmalar üzrə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. Bundan təxminən 5 saat sonra xəstədə bioloji ölüm faktı qeydə alınmışdır. Təcili yardım briqaları ölüm faktını təsdiq etsə də, ölüm haqqında tibbi şəhadətnaməni verməmişdir. Bundan sonra, iddiaçı ölüm haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, İddiaçı Bakı İnzibati Məhkəməsinə “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin icrasına məcbur etmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X10” X13n tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.11.2021-ci il tarixli, 2-1(112)-10632/2021 saylı qərardadına əsasən inzibati iş üzrə icraata xitam verilmişdir. Xitam verilməsinin əsası kimi 29.10.2021-ci il tarixdə X5 ölümünü təsdiq edin şəhadətnamənin artıq oğlu İddiaçı verildiyi göstərilmişdir. İddiaçı bundan sonrada qeyd olunan qərardadı mübahisələndirməmiş və Bakı İnzibati Məhkəməsinin 30.11.2021-ci il tarixli qərardadı ilə razılaşmışdır. Hesab edir ki, bu kimi tələblər ancaq məhkəmə işlərinin uzadılmasına xidmət edir və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xəstə hospitaldan çıxdıqdan sonra 48 saat müddətində evdə ölüm faktı qeydə alınarsa müalicə aldığı hospital ölüm haqqında tibbi şəhadətnamə verə bilər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəoə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həiumı ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edə- - şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci oənd ndə qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanT) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmin qaydanın 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. İddia ərizəsinin mətnindən də aydın olur ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bütün qeyd edilən faktlar tam şəkildə sübuta yetirir ki, iddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, nümayəndəsinin xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, göstərdi ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının uzadılması məqsədi daşıyır. Bu səbəbdən də mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri, cavabdehin və üçüncü şəxsin nümayəndələtinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, onlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunmuş ərizədən görünür ki, o, Cavabdeh MMC-yə müraciət edərək, atası X1 müayinə və müalicəsindən imtina etdiyini bildirərək, xəstəxanadan evə yazılmasını istədiyini bildirmiş, vəziyyətinin ağırlaşdığı haqda məlumatlandırıldığını göstərərək, bütün məsuliyyəti öz üzərinə götürdüyünü, tibbi personaldan heç bir narazılığının olmadığını qeyd etmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən məhkəmənin sorğusuna 14.03.2022ci il tarixli cavab məktubundan görünür ki, X8 29.08.2021-ci il tarixində Təcili və X3 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi yardım maşını ilə “Covid-19 pozitiv. İkitərəfli pnevmoniya” diaqnozu ilə Modul tipli hospitla daxil olmuşdur. 31,08.2022-ci il tarixində təxminən saat 15:00 radələrində müalicədən imtina ilə (oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxminən 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır. Təcili yardım briqadaları ölümü təsdiqləsə də ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Xəstə yaxını Muradov Yavərin qeydiyyatda olduğu poliklinikadan ölüm haqqında tibbi şəhadətnaməni ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xəstə hospitaldan çıxdıqdan sonra 48 saat müddətində evdə ölüm faktı qeydə alınarsa müalicə aldığı hospital ölüm haqqında tibbi şəhadətləndirilmə verə bilər. Məhkəməyə olunan müraciət ərizəsi hospitala 28.10.2022-ci ildə daxil olmuş və artıq səhəri gün X5 adına ölüm haqqında tibbi şəhadətnamə yaxınlarına təqdim edilmişdir. X5 müalicə həkimi Abduyev Zöhrab 19.03.2022-ci il tarixindən FHN-nin X11 tipli hospitalında həkim vəzifəsində çalışır. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Baki Şəhər Təcili və X4 Stansiyasi” X13 tərəfindən məhkəmənin sorğusuna 10.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, 31.08.2021 -ci il tarixdə saat 17:57-da “103” xidmətinə ünvan 1 ünvanından 070-322- 69-39 mobil nömrəsindən Yavər adlı şəxsin (64yaş) adına “rəhmətə gedib” səbəbi ilə çağırış verilmişdir. Çağırışı 22 saylı bölmənin həkimi Coşqun Yusifov icra edərək, ünvanda X7 məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Kişi cinsli meyit. Covidə yoluxma.” diaqnozu qoymuşdur. Hadisə barədə 33-cü polis bölməsinə kapitan Məmmədova məlumat verilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 01.11.2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 208309 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 31.08.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm səbəbi “törədicisi müəyyən olunmamış digər pnevmoniya” göstərilməklə ölüm haqqında akt qeydləri kitabında 01.11.2021-ci il tarixdə 855 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 30.11.2021-ci il tarixli, 2-1(112)- 10632/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X10" X13nə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X6, Bakı şəhəri Təcili və X3 Stansiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla tibbi şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə icraata 29.10.2021-ci il tarixdə X5 ölümünü təsdiq edin şəhadətnamənin iddiaçıya verildiyi əsas götürülməklə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətlər, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının 31.01.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.2-ci bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4.2-ci bəndinə əsasən infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmin qaydanın 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ- hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Həmçinin, Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X5 ölümü haqqında Cavabdeh MMC tərəfindən verilmiş 29.10.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verildiyini, bu səbəbdən də etibarsız olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddia ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin olunmadığına görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar