Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1346/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X8 Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı – X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5563,14 manat əsas borc, 74,39 manat faiz borcu olmaqla, cəmi 5637,53 manat borcun və ödənilmiş 76,38 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Gəncə filialı ilə X7 arasında xx.xx.2019-cu il tarixli, BPM**********46 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 36 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 8000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 40 saylı Notariat Ofisinin x-602 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X3 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, X4 banka ödənilməmiş qalan 5563,14 manat əsas borcu, 74,39 manat faiz borcu, cəmi 5637,53 qalmışdır. Cavabdeh X3 mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 4487,53 manat borcun tutulması, məhkəmə rüsumu kimi ödənilmiş 76,38 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borc verən "xxxx" ASC ilə borc alan Rahim Həsənov arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 18% olmaqla, 36 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan maliyyə arayışından görünür ki, Rahim Həsənovun banka 4487,53 manat əsas borcu vardır. İş materiallarında olan ünvan ünvanladığı məktubundan görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X7 adına Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2020-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin məktuba əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu- Cavabdehdur-o Bakı şəhəri, Xətai rayonu, 2№-li Zeytun Sovxozu, Naximov küçəsi, döngə 2, ev 53B miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında görünür ki, Bakı şəhəri Xətai Rayon məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3974 saylı ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixə cavabdeh X4 iddiaçı "xxxx" ASC-nə olan borcu 5563,14 manat əsas, 74,39 manat faiz borcu kimi müəyyən edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin atası Rahim Həsənov kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Rahim Həsənov kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin Rahim Həsənovun vərəsəsi Cavabdeh ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması qaydasına görə əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəf Emanat elektron sistem vasitəsi ilə xx.xx.2022-ci il tarixində cəmi 200 manat məbləğində ödəniş etmişdir. Odur ki, məhkəmə edilmiş ödənişi nəzərə alaraq hesab edir ki, həmin ödəniş cavabdehin əsas borcundan çıxılmalı və qalan 4287,53 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 76,38 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında vərəsəsi olduğu atasının bankla aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və bank xidmət haqqının ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci 100 manat Cavabdeh tutulmalıdır. Belə ki, ekspertiza tədqiqatından göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat məbləğindədir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza xərcinə daxil olan 100 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və bank xidmət haqqı cavabdehlə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 76,38 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4287,53 (dörd min iki yüz səksən yeddi manat əlli üç qəpik) manat məbləğində əsas borc, 76,38 (yetmiş altı manat otuz səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı X4 vərəsəsi olan Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rahimli
Məhkəmə qərarları › İş №2(011)-1346/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1346/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver