Məhkəmə qərarları › İş №2(103)-9474/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9474/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9474/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh Sahəddin qızının etibarnamə əsasında nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5042/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Sahəddin qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Sahəddin qızına qarşı “ölmüş şəxsin kredit borcunun miras qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh Sahəddin qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 5.202,22 manat əsas borc, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “ABB Müştəri Xidməti departamenti” ilə X4 arasında bağlanmış 02.05.2019-cu il tarixli, BPM**********22 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 5350 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu X4 05.05.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 2 saylı “Asan Xidmət” mərkəzinin Notariat Kontorunun məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 vərəsəsi ünvan 1 ünvanında yaşayan Cavabdeh Sahəddin qızına Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 07.05.2021-ci il tarixli maliyyə arayışına əsasən, X3 banka ödənilməmiş qalan 5.202,22 manat əsas borcu qalmışdır. Cavabdeh Sahəddin qızı mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5042/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 5.202,22 (beş min iki yüz iki manat iyirmi iki qəpik) manat məbləğində əsas borcun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının X3 vərəsəsi olan Cavabdeh Sahəddin qızından tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Sahəddin qızı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5042/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi mülki və prosessual hüquq normaların pozulması ilə çıxarıldığı üçün əsassız və qanunsuz hesab edilərək ləğv edilməli, iddia tələbi qismən, yəni vərəsə kimi qəbul etdiyi miras pay, yəni 1.403,01 manat həcmində təmin edilməlidir. Vəfat etmiş əri Çingiz Amaxanovdan miras əmlak qismində yalnız onun iş yerində əmək haqqının 3 (ilç) qədər alınmamış 1.403,01 manat müavinət qalmışdır ki, həmin məbləği onun vərəsəsi kimi almışdır. Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 41, mənzil 178 xüsusi mülkiyyət hüququ əsasında X1r və hazırda həmin mənzildə yaşayır. Lakin, məhkəmə onun həmin mənzilə tam hissədə miras payının olmasını yəni bu hüquqi faktın mövcudluğunu müvafiq sübutlarla əsaslandırmamışdır. Həmin mənzildə miras payının olması ilə bağlı məhkəmənin gəldiyi nəticə sırf subyektiv mülahizəyə əsaslanır. Vəfat etmiş borclu mirasqoyan hesab edilsədə ölən günə qədər onun mülkiyyətində hər hansı əmlakı o cümlədəndə daşınmaz əmlakı olmadığından vərəsəsi hesab edilsə də vərəsəlik yolu ilə daşınmaz əmlakda pay qəbul etməmişdir. Həmçinin miras qoyan ərinin mülkiyyətində bu və digər daşınmaz və daşınar əmlakın olması barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və Bakı şəhəri Xətai rayonu Neapol küçəsindəki ev 41, mənzil 178 daşınmaz əmlak kimi ölən ərinin xüsusi mülkiyyətində olmamışdırş. Bu baxımdan həmin mənzil miras kütləsinə daxil olmamışdır və həmin mənzilin mülkiyyətçisi X2r, özü isə onun vərəsəsi sayılmır. İddiaçı qarşısında vafat etmiş əri Çingiz Amaxanovla birgə har hansı müqavilə öhdəliyi olmamışdır və mülki qanunvericiliyin tələblərinə asasən vafat etmiş ərinin müqavilə öhdəliklərinə cavab verməli şəxs deyil. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5042/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və Cavabdeh Sahəddin qızı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin və Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X8 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5042/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh Sahəddin qızı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi Emin Amaxanovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" ASC-nin “ABB Müştəri Xidməti departamenti” ilə X4 arasında bağlanmış BPM**********22 saylı, 02 may 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank Çingiz Amaxanova illik 24 % hesablanmaqla 60 ay müddətinə 5.350 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.(İ.vər. 14 - 16) İş materiallarında оlan, "xxxx" ASC-nin “ABB Müştəri Xidməti departamenti” ilə X4 arasında bağlanmış BPM**********22 saylı, 02 may 2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlinin surətindən görünür ki, bоrclu Çingiz Amaxanov 5.350 manat məbləğində əsas bоrcu və 3.879,63 manat faiz məbləğini, hər ay 154 manat оlmaqla banka 9. 229,63 manat məbləğini 02 iyun 2019-cu il tarixdən 02 may 2024-cü il tarixə kimi ödəməli idi.(İ.vər. 17 - 19) İş materiallarında olan, MXK-0395 saylı, 07 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X4 "xxxx" ASC-yə BPM**********22 saylı, 02 may 2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə 06 may 2021-ci il tarixinə 5.202,22 manat məbləğində borcu vardır.(İ.vər. 6) İş materiallarında olan, 20 may 2019-cu il tarixli, AZ-İİ № 012325 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 05 may 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin may ayının 20 günündə 876 № ilə qeyd edilmişdir.(İ.vər. 10) İş materiallarında olan, Reyestrdə 2V-45 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 08 fevral 2020-ci il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, mərhum X3 vərəsəsi arvadı Cavabdeh Sahəddin qızıdır- Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 41, mənzil 178- və o, şəhadətnaməyə əsasən miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Mərhumun sürücü vəzifəsində işlədiyi Bakı Səhiyyə İdarəsinin X7 mərhumun vəfat etməsi ilə əlaqədar veriləsi orta əmək haqqının 3 misli qədəri müavinət 1403,01 məbləğində vəsaitdən ibarətdir.(İ.vər. 9) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi "xxxx" ASC tərəfindən Çingiz Amaxanova verilmiş kredit məbləğinə görə BPM**********22 saylı, 02 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə bankın borcludan tələb etdiyi məbləğ - 5.202,22 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsaslanan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin əri kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehin əri kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini geri qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini Çingiz Amaxanovun vərəsəsi Cavabdeh tələb etməkdə haqlıdır və iddia təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə kоllegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə kоllegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində ölmüş borclu mirasqoyan hesab edilsədə, ölən günə qədər onun mülkiyyətində hər hansı əmlakı, o, cümlədəndə daşınmaz əmlakı olmadığından vərəsəsi hesab edilsə də vərəsəlik yolu ilə daşınmaz əmlakda pay qəbul etmədiyini göstərsə də, Qanun üzrə vərəsəlik hüququ haqqında 08 fevral 2020-ci il tarixli şəhadətnamədən görünür ki, cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Odur ki, məhəmə kollegiyası Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və həmin dəlillərlə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Həmçinin Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5042/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Sahəddin qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5042/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar