Məhkəmə qərarları › İş №2(011)-1450/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1450/2023

11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1450/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin aliment borcunun hesablanmasına dair 23 dekabr 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-3506/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədi üzrə xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2010-cu il tarixindən başlayaraq cavabdeh X3 hər aylıq qazancının 'A (dörtə bir) hissəsi aliment qismində tutularaq İddiaçı ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-581/2015 nömrəli, xx.xx.2015-cu il tarixi icra sənədinə əsasan xx.xx.2014-cü il tarixindən hesablanaraq xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay cəmi 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-4870/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2 (011)-581/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə alimentin miqdarı dəyişdirilərək, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq xx.xx.2013-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Xətai Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli aliment borcunun hesablanmasına dair Qərarı ilə X3 xx.xx.2022-ci il tarixinədək olan aliment borcu 25393 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərar qanunsuz, əsassız və həqiqətə uyğun deyil. Qərar icra sənədləri ilə ziddiyyət təşkil edir, eyni zamanda mənim hüquqlarımı pozur. Xətai Rayon İcra Şöbəsinin 23 dekabr 2022-ci il tarixli X5 2010- cu ilin icra vərəqəsi üzrə aliment borcunun olması göstərilib. 2015 və 2019-cu illərin icra sənədləri üzrə aliment borcu nəzərə alınmayıb. Nəzərə alınmayan icra sənədləri üzrə aliment borcu 12432 manat təşkil edir. Göründüyü kimi, tələb Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3506/2010 nömrəli xx.xx.2010-cu il tarixli icra sənədinin icrası ilə bağlıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki iddianın icra vərəqəsinin icrası ilə bağlı olduğunu nəzərə alaraq iddianın mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də iddiaçının hazırki iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə qarşı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin aliment borcunun hesablanmasına dair 23 dekabr 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar