Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1458/2020 22.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiasıüzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASCcavabdehlər Cavabdeh1 və Cavabdeh2qarşı “subroqasiya tələbinin təmin edilməsi” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E270” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1.240 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 1.270,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E190” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes Benz E270” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Mercedes Benz E270” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.240 manat ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 053701 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 1.240 manat sığorta ödənişi həyata keçirmişdir. Daha sonra iddiaçının nümayəndəsi iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh2 əsl cavabdeh olan X7 ilə əvəz edilməsi üçün zəruri tədbirlərin görülməsi və “Mercedes Benz E270” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1.240 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 1.270,40 manat pulun cavabdehlər Cavabdeh1 və X3 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, “Mercedes Benz E190” markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixinədək 55.000 manat sığorta məbləği olmaqla icbari sığorta növü ilə sığortalanmışdır. Həmin avtomobilin mülkiyyətçisi X10 olmuşdur. Əli Əliyev avtomobili etibarnamə əsasında Cavabdeh2 vermişdir. Cavabdeh2 isə etibarnamə üzrə avtomobili öz oğlu hazırkı iş üzrə cavabdeh olan X5 vermişdir. Avtomobili idarə etmək hüququ olmayan (etibarnaməsi olmayan) Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticəsində X1 idarə etdiyi “Mercedes Benz E270” markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Cavabdeh1 təqsirli şəxs olaraq inzibati cərimə edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkənin avtomobilinə dəymiş zərərə görə 1.240 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəməiclasındamüəyyənolunduki, xx xxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E270” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 1.240 manat ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığorta hadisəsi baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün təqsirli bilindiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Eyni zamanda, iddiaçı qanuni əsasla avtomobilə sahiblik edən şəxsə qarşı da iddia irəli sürmüşdur. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yol-nəqliyyat hadisəsi baş verən dövrdə avtomobilin qanuni sahibi onu etibarnamə əsasında idarə etmək hüququna malik olan şəxs X7 olmuşdur. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iş üzrə digər cavabdeh X7yüksəktəhlükəmənbəyininvurduğuziyanagörə məsuliyyət daşıyır. Beləki, işmateriallarıilə Cavabdeh1 həmin avtomobili etibarnaməsi olmadan idarə etməsi və avtomobilin sahibliyindən hüquqa zidd götürülməsində X4 məlumatlı olmaması kimi hallar müəyyən olunmamış, məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında izahat vermiş Rəşad Cavadov nəqliyyat hadisəsi baş verən zaman özünün də avtomobildə olmasını qeyd etmiş və işin bu halında Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etməsi ilə bağlı inzibati protokolun tərtib edilməsinin absurd olduğunu bildirməsinə baxmayaraq, o istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X9 Nəfəsova nəqliyyat hadisəsi ilə bağlı yazılmış cərimələri özü şəxsən ödəmiş və hər hansı protokol, qərar onun tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda o, Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etməsi halını qəbul etmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və X7 vurulmuş maddi zərərin əvəzini ödəməlidirlər. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X3 vurulmuş zərərə görə 1.240 manat məbləğindəsığortaödənişi, ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 1.270,40 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X3 vurulmuş zərərə görə 1.240 (bir min iki yüz qırx) manat məbləğində sığorta ödənişi, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 1.270,40 (bir min iki yüz yetmiş manat qırx qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-1458/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1458/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver