Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1499/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı – Cavabdehndən iddiaçıya vurulmuş maddi zərərə görə 180 manat və mənəvi zərərə görə 1000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə, iddianın verilməsi ilə bağlı ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edərək bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 2-də yerləşən fərdi yaşayış evində quraşdırılmış smart kart qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən çıxarılmış və yeni mexaniki qaz sayğacı ilə əvəzlənmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. ARDNŞ Cavabdeh qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixdə akt tərtib etmişdir. Çıxarılmış sayğacın dövlət yoxlaması zamanı yararsız olması göstərilmiş və əsassız olaraq 216 manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi xx.xx.2021-ci il tarixdə İddiaçıanın Cavabdehnə qarşı "əsassız hesablanmış borcun silinməsinə dair" iddia tələbinə baxaraq iddianın təmin edilməsi, qazdan istifadəyə görə hesablanmış 216 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdehin tərəfin qanunsuz olaraq borc hesablaması nəticəsində, iddiaçı məhkəməyə müraciət etmiş, iddia qaldırmış, dəfələrlə məhkəməyə gedib-gəlmiş, vaxt itirmiş və nümayəndəsi işini buraxaraq məhkəmə iclaslarında iştirak etmişdir. Gedib-gəlməyə sərf olunan yol xərcinə və vaxt itkisinə görə maddi zərərə məruz qaldığını bildirmişdir. İddiaçı maddi zərərin əvəzi olaraq cavabdehdən 180 manat məbləğində pul tutularaq ona ödənilməli olduğunu bildirir. İddiaçıa bildiri ki, Cavabdehin təqsiri üzündən, çox ciddi stress və əsəb gərginliyi keçirdiyini, qanunsuz borc hesablanması səbəbindən maddi mənəvi zərərə məruz qaldığını və əlavə olaraq vaxt itirməyi şuuruna psixoloji mənfi təsir etmiş, sağlamlığı pozulmuşdur. İddiaçının nümayəndəsi olan həyat yoldaşı Balaxan Fətullayeva əsəb gərginliyi keçirmiş və əməliyyat olunmuşdur.İddiaçı cavabdehin nümayəndəsi tərəfindən ona vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirdiyini bildirir. Hesab edir ki, cavabdehin əməli nəticəsində çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5785/2021 nomrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Azəriqaz İB-nə qarşı qaldırılmış “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasi təmin edilmiş və İddiaçıaya qazdan istifadəyə görə hesablanmış 216 manat məbləğində borc silinmiş və cavabdeh Azəriqaz İB-nən 20 manat məbləğində dövlət rüsumu tutulmuşdur. İş materiallarına əlavə edilmiş “X8”-in L0014906-Y210005612 sənəd-protokolun sürətindən görünür ki, Balaxan Fətullayevain üzərində xx.xx.2021-ci il tarixində OD fako+iol əməliyyatı icra olunmuşdur. Göründüyü kimi, iddiaçı iddia tələbini ona maddi və mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan yetirildiyini qeyd etsə də, məhkəməyə istinad etdiyi halları təsdiq edən hər-hansı bir sübutu təqdim etməmiş və bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır Bundan başqa, iddiaçı tələb etdiyi 180 manat məbləğində maddi ziyanın hansı şəkildə ona vurulduğunu və vurulmuş maddi ziyanın miqdarını hansı şəkildə hesablayaraq tələb etdiyini nə iddia ərizəsində, nə də məhkəmə araşdırılması zamanı sübut edə bilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.. Belə ki, Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Qeyd olunan işin xüsusatlarına əsasən, məhkəmə hesab edir ki, iddia maddi ziyanın ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin “1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin hissədə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər( ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, şəxsin mənəvi cəhətdən ziyana uğraması halı bir neçə əsasla şərtləndirilmişdir. Həmin şərtlərdən (onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s) isə heç biri və ya iddiaçı tərəfindən onun digər qaydada mənəvi zərərə uğramasını sübut edən hər hansı hal məhkəmə iclasında araşdırılan sübutlarla, tərəflərin verdikləri izahatlarla və mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığından, ödənilmiş 32 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəm qətetdi: İddiaçı X2 Cavabdeh İB-nə qarşı – Cavabdeh İB-dən maddi ziyan olaraq 180 manat və mənəvi ziyan 1000 manat pul vəsaitinin və ödənilmiş 32 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-1499/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1499/2022
29.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver