Məhkəmə qərarları › İş №2(011)-1501/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1501/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1501/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkilləri Vəkil2, ilkin iddia üzrə cavabdeh qarşılılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə Cavabdeh7 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı əmlak tələbi, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı və digərinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı və digərlərinə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və digərlərinə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh7 qarşı iddiaçının mülkiyyətində olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması, avtomobilin naturada olmadığı təqdirdə isə onun dəyərinin, yəni 35000 manatın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində mülkiyyətində olan Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq niyyəti ilə Cavabdeh2 ilə razılığa gəlmiş və bu səbəblə cavabdehin adına olan nəqliyyat vasitəsini idarə etmək səlahiyyətinə dair ona etibarnamə vermişdir. Cavabdeh avtomobilə müştəri tapdığını bildirərək, əmlakını 35000 manata satacağına vəd vermişdir. Avtomobil ilkin olaraq xx.xx.2023-cü il tarixdə Babək prospekti ünvanında yerləşən “Murad Avto salon”un işçisi Cavabdeh3 adına etibarnamə ilə keçirilmişdir. Daha sonradan isə xx.xx.2023-cü il tarixində geniş səlahiyyətli etibarnamə ilə digər Cavabdeh1 satıldığını iddiaçıya bildirilmişdir. Lakin cavabdehlər avtomobilin dəyərini ödəməkdən boyun qaçırırlar. Cavabdehlər iddiaçının inamında sui-istifadə edərək, onun əmlakını qanunsuz olaraq ələ keçirmiş və nəticədə iddiaçını əmlakından məhrum etmişlər. İddiaçı dəfələrlə cavabdehlərə müraciət edərək, avtomobilin qaytarılmasını tələb etsə də, onlar hər dəfəsində yalan vədlər verərək, nəqliyyat vasitəsinin satıldığını və onun satışından əldə olunan gəliri (35000 manat) iddiaçıya verəcəyini bildirmişlər. İddiaçı cavabdehlər tərəfindən aldadıldığını müəyyən edəndən sonra onlara verilmiş etibarnamələri ləğv etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, ona qarşı irəli sürülən qarşılıqlı iddialara etiraz edərək, qarşılıqlı iddiaların ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı cavabdehlərdən müştərək qaydada 2000 manat məbləğində vəsaitin tutularaq Cavabdeh2 ödənilməsi tələbinə dair qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, onun Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı İddiaçı heç bir borcu yoxdur. Əksinə İddiaçı və Cavabdeh5 ona 2000 manat borcu vardır. O, əvvəllər Cavabdeh5a 2 dəfə avtomobil satmışdır. Onlar arasında heç bir vaxt narazıçılıqlar olmamışdır. Cavabdeh5 Cavabdeh2 öz maşını satmaq üçün deyil, özünə başqa avtomobil lazım olduğu üçün müraciət etmişdir. Öz maşını üçün müştərinin olmasını soruşdur. Cavabdeh2 də bildirmişdir ki, avtomobili avtosalona qoya bilrə. O da razılaşıb, avtomobilin dəyərini 35000 manat müəyyən etmişdir. Həmin avtomobil 4 ay salonda qalmışdır. Həmin avtomobil satılmadığına görə İqbalın razılığı ilə avtomobildə təmir işləri aparılmışdır. Sonra avotomobili İqbalın razılığı ilə 25500 manata satmışdır. Əvvəlcə İqbala 15000 manat, sonra isə 7000 manat, 3500 manat pul vermişdir. Bununla da xx.xx.2023-cü il tarixində avtomobilin tam dəyəri İqbala ödənilmişdir. Hal-hazırda X11 GL 320 CDİ minik” markalı, **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobili üçün qoyulmuş 2000 manat xərcə görə sonuncunun ona 2000 manat borcu yaranmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. O, ilkin iddianı, və ona qarşı yönəldilmiş Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddialarını qəbul etmədəyini, həmin iddiaların ona münasibətdə təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X7 cavabdehlər İddiaçı, Cavabdeh5, Cavabdeh2 qarşı tərəfindən “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 25600 manat və avtomobilim təmiri üçün xərclədiyi 1500 manat, ümumilikdə 27100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh3 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X7 avtomobil alqı-satqısı ilə məşğul olur. Avtomaşın almaq üçün Babək prospektində yerləşən “Murad” avtosalonuna getmiş və orada “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə maraqlananda, ona bildirmişdirlər ki, avtomobil ilkin olaraq 28000 manata satışa çıxarılmışdır. Daha sonra orada olan və salonda avtomobilin alqı-satqısı ilə məşğul olan şəxs kimi tanınan Cavabdeh2 ona avtomobilin faktiki olaraq onun xalası oğlu Cavabdeh5a məxsus olduğunu, texniki pasportda isə avtomobilin İqbalın anasının adına olduğunu bildirmişdir. O, avtomobilin cari təmir işləri üçün təxminən 2000 manat pul tələb olunduğunu söyləyərək, avtomobil üçün 25000 manat təklif etmişdir. Daha sonra, Cavabdeh2 telefonla hər hansı şəxslər danışdıqdan sonra avtomobili 25600 manata satmağa razılaşdı. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində Cavabdeh3 razılaşdıqları məbləği tam şəkildə avtosalonun əməkdaşları Fikrət və Musa adlı şəxslərin iştirakı ilə Cavabdeh2a vermiş, və o, da öz növbəsində avtomaşının sahibi İddiaçı adından verilmiş baş etibarnaməni Cavabdeh3 vermişdir. Daha sonra Babək prospektində yerləşən avtoservisdə avtomobildə müəyyən təmir işləri aparılmış, bəzi detalları rənglənmiş, daha sonra cilalanmış, salonu tam şəkildə kimyəvi təmizlənmişdir. Bütün bu işlər üçün təxminən 1500 manat pul xərclənmişdir. Daha sonra həmin avtomobil “Murad” avtosalonunda 30000 manata Cavabdeh1 satılmışdır. Cavabdeh3 olan baş etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh1 baş etibarnamə verilmişdir. Təxminən xx.xx.2023-cü il tarixində ona verilmiş və onun tərəfindən Cavabdeh1 verilmiş etibarnamələrin ləğv edildiyini öyrənmişdir. Belə ki, Cavabdeh1 bildirdiyinə görə, Cavabdeh5 adlı şəxs ona zəng edərək avtomobilin pulunun ona ödənilmədiyinə görə İsmayilov Zaura verilmiş baş etibarnamənin xx.xx.2023cü il tarixində ləğv etdiyini bildirmişdir. İlkin iddia üzrə İddiaçı və onun oğlu Cavabdeh5 avtomobilin satışı barədə məlumatli olmuşlar, həmçinin avtomobili dəyəri onlara ödənilmişdir. Daha sonra isə onlarla Cavabdeh2 arasında digər səbəblərdən narazılıq yarandığına görə onlar verilmiş etibarnamələri ləğv etmişdirlər. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 məhkəmə iclasında verdiyi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. O, ilkin iddia və Cavabdeh1 qarşılıqlı iddiasına etiraz edərək məhkəmədən ilkin iddianın və qarşılıqlı iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 30300 manat və avtomobildən bu günə kimi istifadə edə bilmədiyinə görə 12600 manat və 219 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43119 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, “Turbo.az” vebsayt vasitəsilə tapdığı “Murad Avto” avtomobil salonunun sahibi Cavabdeh6 ilə əlaqə saxlamış, sonra xx.xx.2023-cü il tarixdə dostu Cavabdeh7 ilə birlikdə Babək prospektində yerləşən avtosalonundan mübahisə predmeti olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 30300 manat məbləğində pulu Cavabdeh6 ödəməklə avtomobili almışdır. Həmin avtomobili öz adına rəsmiləşdirmək üçün “Murad Avto” avtosalonun nümayəndəsi Cavabdeh3 tərəfindən ona xx.xx.2023-cü il tarixli etibarnamə verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, həmin etibarnamə xx.xx.2023cü il tarixdə avtomobilin faktiki sahibi olan Cavabdeh5 tərəfindən ləğv edilmişdir. Eyni zamanda, avtomobilin satılmasında vasitəçilik edən Cavabdeh2 adından həmin avtomobilə görə Cavabdeh5 kart hesabına 5000 manat, 2000 manat, daha sonra isə 3500 manat məbləğində, ümumilikdə 10500 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında Cavabdeh5 özü qeyd etmişdir ki, etibarnamə verməkdə məqsədi avtomobili Ramiz vasitəsi ilə satmaq olmuşdur. Bu hal onu təsdiq edirik, iddiaçı tərəfin məqsədi avtomobili satmaq olmuş, lakin sonradan hüquqdan sui-isitfadə edərək iddiaçıya məxsus pulu ələ keçirtmək niyyəti ilə qarşılıqlı iddia üzrə cavabdehlərlə birgə hərəkət etmişlər. Bundan başqa mübahisə predmeti olan avtomobildən bu günə kimi istifadə edə bilmir. İnternetdən əldə etdiyi məlumata əsasən eyni markalı avtomobilin bir günlük kirayə haqqı ortalama 70 manat olduğunu öyrənmiş və bu dövrlə ərzində qeyd olunan avtomobildən bir ay ərzində istifadə etmədiyinə görə (30 gün x 70 manat = 2100 manatlıq) 6 ay ərzində isə avtmobildən istifadə etmədiyinə görə 12600 manat məbləğində maddi ziyan dəymişdir (2100x6 ay=12600). İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. O, ilkin iddiaya etiraz edərək, ilkin iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh7 məhkəmə iclasında X2 ilkin iddiasına etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O, məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, avtomobil hal-hazırda ondadır. Avtomobili evinin həyətində saxlayır. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddiası qismən əsalıdır və qismən təmin edilməli, Cavabdeh2 qarşılıqlı iddiası sübuta yetirilmədiyinə görə rədd edilməli, X4 qarşılıqlı iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli, Cavabdeh1 qarşılıqlı iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin iddia üzrə iddiaçının adına qeydiyyatdadır və onun mülkiyyətindədir. Həmin avtomobili 35000 manata satmaq niyyəti ilə İddiaçı oğlu Cavabdeh5 vasitəsilə Cavabdeh2 ilə razılaşmıdırlar. Bu məqsədlə avtomobil Cavabdeh2 təhvil verilmiş və sonuncuya avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. Daha sonra Cavabdeh2 avtomobili satmaq barəsində X7 ilə razılıq əldə etmişdir və avtomobilə dair İddiaçı adından X6 avtomobilə dair etibarnamə verilmişdir. Etibarnamə ilə sonuncuya avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri həyata keçirtmək, avtomobili qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri etibar edilmişdir. Avtomobilə görə X1 Ramiz Mansur oğluna 25600 manat məbləğində ödəniş etmişdir. Daha sonra X7 avtomobilin satılması barədə Cavabdeh1 ilə razılaşmış, bu məqsədlə Cavabdeh2 tərəfindən İddiaçı tərəfindən etibar edilmiş əmlakı etibaretmə qaydasında Cavabdeh1 etibarnamə verilmişdir. Həmin etibarnamə ilə sonuncuya avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri həyata keçirtmək, avtomobili qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri etibar edilmişdir. Cavabdeh1 tərəfindən avotmobilə görə X6 30300 manat məbləğində ödəniş edilmişdir. Avtomobil hal-hazırda Cavabdeh1 şəriki Cavabdeh7dır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.[ Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Çəhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə aid edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı məxsus avtomobilin alqı-satqısı ilə bağlı sonuncu ilə X7 ilə arasında olan əqd, eyni zamanda həmin avtomobilin alqı-satqısı ilə bağlı X8 ilə Cavabdeh1 arasında bağlanılmış əqd avtomobilin alqı-satqısı müqaviləsinin formasına dair qanunvericilkilə müəyyən edilmiş tələblərə əməl edilmədiyinə görə etibarsız əqdlərdir. Belə olan halda, həmin əqdlər üzrə tərəflər əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Məhkəmə ilkin iddia üzrə İddiaçı ilkin iddiasına qiymət verərək belə qənaətə gəlir ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan “Mercedes Benz CL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona geri qaytarılmalıdır. Avtomobil hal-hazırda hər hansı müqavilə və ya qanuni əsas olmadan Cavabdeh7 sahibliyində olduğuna görə, həmin avtomobil ondan alınaraq İddiaçı geri qaytarılmalı, avtomobil olmadıqda isə avtomobilin dəyərinə görə 35000 manat məbləğində pul vəsaiti Cavabdeh7 alınaraq İddiaçı ödənilməlidir. İlkin iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 İddiaçı və Cavabdeh5 qarşı cavabdehlərdən avtomobilin təmirinə görə ödənilmiş 2000 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi tələbinə qiymət verərək qeyd edir ki, Cavabdeh2 tərəfindən iddia tələbinin əsasını təşkil edən halların təsdiq edilməsi üçün məhkəməyə müvafiq sübutlar təqdim edilmədiyinə görə iddia təmin edilməməlidir. Belə ki, Cavabdeh2 iddiasını sübut etmək məqsədi ilə məhkəməyə təmir işlərinin siyahısını və "xxxx" MMC-yə aparılmış ödənişlərlə bağlı qəbzləri təqdim etsə də, həmin siyahı və qəbzlərdən qeyd edilən təmir işləri və ödənişlərin məhz İddiaçı məxsus “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olduğu görünmür. Digər tərəfdən Cavabdeh2 tərəfindən avtomobilin ilkin vəziyyətinə dair da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdehlər İddiaçı, Cavabdeh5, Cavabdeh2 qarşı tərəfindən “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödədiyi 25600 manat və avtomobilim təmiri üçün xərclədiyi 1500 manat, ümumilikdə 27100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh3 ödənilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, yuxarıda göstərildiyi kimi, İddiaçı ilə X7 arasında olan “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair əqd etibarsız olduğuna görə, həmin əqd üzrə verilənlər hər biri tərəfə geri qaytarılmalıdır. Lakin avtomobilin alqı-satqına dair danışıqlar Cavabdeh2 vasitəsilə aparıldığı və avtomobilə görə 25600 manat məbləğində ödəniş Cavabdeh2 verildiyi nəzərə alınaraq, X7 tərəfindən avtomobilin dəyərinə görə ödənilmiş 25600 manat məbləğində vəsait Cavabdeh2 alınaraq X5 geri ödənilməlidir. Qarşılıqlı iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, X7 avtomobilin təmirinə 1500 manat məbləğində vəsait ödədiyini iddia etsə də, bununla bağlı sübut olaraq təqdim etdiyi qəbzdən aparılmış ödənişlərin məhz Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olduğu müəyyən olunmur. Digər tərəfdən sonuncu avtomobilin ilkin vəziyyətinə dair də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, X4 qarşılıqlı iddiası avtomobilin təmirinə görə çəkilmiş xərclərin əvəzi olaraq 1500 manat məbləğində pul vəsaitinin cavabdehlərədən müştərək qaydada tutularaq ona ödənilməsi hissəsində sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı “Mercedes Benz GL 320 CDİ minik” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 30300 manat və avtomobildən bu günə kimi istifadə edə bilmədiyinə görə 12600 manat və 219 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43119 manat məbləğində pulun qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, X7 tərəfindən ona verilmiş etibarnamə əsasında Cavabdeh1 ilə İddiaçı mülkiyyətində olan avtomobilin alqı-satqısına dair bağlanmış əqd etibarsız olduğuna görə, Cavabdeh1 tərəfindən avotomobilin dəyərinə görə ödənilmiş 30300 manat məbləğində vəsait də X3 alınaraq Cavabdeh1 geri ödənilməlidir. Qarşılıqlı iddia digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 cavabdehlərin hərəkətləri nəticəsində 12600 manat məbləğində maddi zərər çəkdiyini iddia etsə də, iddiaçı tərəfindən dəymiş ziyanın əsaslandırılması üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əldə edəcəyi gəlirlə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaya dövlət rüsumunun əvəzi olaraq 219 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutalaraq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia X6 münasibətdə qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq 180,90 manat məbləğində dövlət rüsumu X3 tutularaq Cavabdeh1 ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddiası qismən əsalıdır və qismən təmin edilməli, Cavabdeh2 qarşılıqlı iddiası sübuta yetirilmədiyinə görə rədd edilməli, X4 qarşılıqlı iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli, Cavabdeh1 qarşılıqlı iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İlkin iddia qismən təmin edilsin. “Mercedes Benz GL 320 CDİ minik” markalı 2008 il buraxılışlı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh7 alınaraq İddiaçı qaytarılsın, avtomobilin naturada qaytarılması mümkün olmadıqda, avtomobilin dəyəri olaraq 35000 (otuz beş min manat) manat məbləğində vəsait Cavabdeh7 alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh5 qarşı 2000 (iki min manat) manat məbləğində pulun İddiaçı və Cavabdeh5 alınaraq Cavabdeh2 ödənilməsinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh5, Cavabdeh2 qarşı qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh2 25600 (iyirmi beş min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh3 ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiası qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh3 30300 (otuz min üç yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180,90 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar