Məhkəmə qərarları › İş №2(011)-151/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-151/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-151/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 17 oktyar 2019-cu il tarixdə, saat 17:15 radələrində Bakı şəhəri, Noel prospektində Cavabdeh hazırda ləğvetmə prosesində olan (LPO) ASC "xxxx" Sığorta Şirkəti tərəfindən icari sığorta növü ilə sığortalanmış, X1 məxsus Mercedes Benz C230 minik markalı, ** MO *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yalnış manevr etmiş və nəticədə X3 məxsus olan CHERY Tiqqo minik markalı, ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi zərər vurmuşdur. Xətai rayon DYPŞ-nin inzibati xəta haqqında protokoluna əsasən Məmmədov X2 Respublikasının İnziati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və onun barəsində xx.xx.2019-cu il tarixdə, AP ******* saylı “İnzibati xəta haqqında protokol” tərtib olunmuşdur. Hazırki iddia ərizəsinə əlavə edilən qiymətləndirmə aktından görünür ki, X3 məxsus olan CHERY Tiqqo minik markalı, ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 100 manat mələğində maddi zərər vurulmuşdur. Bununla əlaqə olaraq, xx.xx.2019-cu il tarixli, İC AA 5877/19 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablanmaları həyata keçirildikdən sonra, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən zərərçəkən X3 məxsus olan CHERY Tiqqo minik markalı, ** NA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 15 yanvar 2020-ci ildə 100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 100 manat vurulmuş ziyanın əvəzinin və işə baxılması ilə əlaqədar ödənilən 20 manat dövlət rüsumunun, ümumilikdə 120 manat pulun LPO ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, İC AA 5151/19 saylı sığorta aktından məlum olur ki, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən sığortalanmış Mercedes Benz C230 markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtomobillə “Chery Tiggo” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində maddi zərər dəymişdir və maddi zərərin məbləği 100 manat müəyyən edilmişdir. Həmin aktdan görünür ki, 100 manat zərər məbləği X3 ödənilmişdir. İş materiallarında olan Xətai rayon DYPŞ-i tərəfindən tərtib edilmiş AP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh idarə etdiyi avtomobillə arxaya doğru hərəkət edərkən Chery Tiggo markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerini tərk etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati tənbeh qismində cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən,dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, Cavabdeh idarə etdiyi avtomobil tərəfindən X3 məxsus avtomobilə maddi ziyanın vurulmasında Cavabdeh təqsirliliyi inzibati xəta haqqında protokolla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh inzibati xətanı törətməsini müəyyən edən qüvvədə olan qərarı nəzərə alınaraq, Mercedes Benz C230 markalı, ** MO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC "xxxx" Sığorta Şirkəti tərəfindən sığorta olunduğundan, sığorta şirkəti tərəfindən zərərçəkənə sığorta ödənişi ödənildiyindən və bu fakt iş materiallarında olan ödəniş tapşırığı ilə təsdiq olunduğundan, iddia əsaslı olduğu üçün təmin edilməli, ASC "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh Fəxərddin oğlundan tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 100 manat sığorta ödənişi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı LPO ASC "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar