Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1511/2025 19.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi tam mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Bununla bağlı hüquqlarını dövlət qeydiyyatı haqqında çıxarışı da hazırki ərizəsinə əlavə edir. Ondan başqa həmin mənzildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadır. Bununla bağlı müvafiq arayışı da hazırki ərizəsinə əlavə edir. Bu hal onun öz mülkiyyətindən rahat və maneəsiz istifadənə, onun üzərində sərbəst şəkildə sərəncam vermək hüququna maneçilik törədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsində istifadə hüququ itirilməli və cavabdehlər həmin ünvandakı mənzildə qeydiyyatdan çıxarılmalıdır.
2. İlk əvvəl qeyd etmək istəyir ki, cavabdehlər sözügedən mənzildə yaşamır, onların həmin mənzilə heç bir ehtiyacı yoxdur. Belə ki, cavabdehlərin yaşayacaq başqa mənzilləri vardır. Ümumiyyətlə cavabdehlər heç vaxt ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildə yaşamamış, oradan istifadə etməmişdilər. Bugünkü günədək həmin məzildə o yaşamış və mənzildən istifadə etmişdir. Sadəcə cavabdehlər formal olaraq həmin mənzildə qeydiyyatda olmuşdular. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş Cavabdeh1 cavabdeh olduğu başqa bir məhkəmə işi üzrə qəbul edilmiş 2(011)- 57/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsində o öz ifadəsində dolayısı ilə ünvan 1 ünvanında yerləşən mənzildə yaşamadığını, həmin məzillə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclas zalında öz izahatında: "İddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 1987-ci ildə X5 ilə ailə həyatı qurduqdan sonra o, gəlin gələrkən qayınatasının 22 il müddətində yaşadığı ünvan 2 ünvanına köçmüşdür. Cehiz emlaklarını da bu ünvana gətirmişdir. Hazırda da cehiz əmlakları uzun illər keçsə də hamısı bu mənzildə yerləşir, oğlu xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh2 da bu evdə dünyaya göz açıb, hal-hazırda da bu mənzildə o, onun həyat yoldaşı, nəvəsi və o birlikdə yaşayırlar” fikrini bildirmişdir. İş materiallarına əlavə etdiyi həmin qətnamədən açıq-aşkar Cavabdeh1 həmin mənzildə heç vaxt yaşamadığı və 1987-ci ildə gəlin köçərkən Nəsimi rayonunda qayınatasına məxsus evə köçdüyünü bildirir. Lakin 2017-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qətnaməsində cavabdehlərin 1987-ci ildə orda köçüb-yaşaması nəzərə alınaraq və 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsi rəhbər tutularaq Ayna ve Rövşənin mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Lakin 2017-ci il tarixdən bugünə kimi Ayna və Rövşən həmin mənzildə yaşamamışdır. Cavabdehlərin 7 il ərzində həmin mənzildə yaşamaması onların mübahisəli mənzildə yaşamaq zərurətinin hansı dərəcədə "vacib olduğunu” göstərir. Hətta 2019-cu il tarixdə Ayna və Rövşən Xətai rayon icra şöbəsinə ərizə ilə müraciət edərək köçürülmənin qeyri-müəyyən tarixə təxirə salınmasını xahiş etmişlər. Bununla bağlı cavabdehlərin ərizəsini iş materiallarına əlavə etmişdir. 2023-cü ildə cavabdehlərin istifadə hüquqlarının itirilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət etdikdən sonra cavabdehlər icra şöbəsinə ərizələr ünvanlayaraq həmin mənzilə köçürülmələrində israr etməyə başladılar. Bundan sonra 2024-cü ilin yayında icra məmurunun iştirakı ilə Ayna və Rövşən 3 ədəd sumkalarını evə yerləşdirdikdən sonra 7 aydan çoxdur ki, evə köçüb bir gün də yaşamadılar. 2023-cü il tarixdə istifadə hüququnun itirilməsi ilə bağlı iddiası təmin edilsə də, məhkəmə tərəfindən kompensasiya məbləği yüksək təyin edildiyi və mülkiyyətçi kimi onun razılığı alınmadığı üçün Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni ləğv etmişdir. Hazırda hesab edir ki, istifadə hüququ ilə bağlı mübahisə dəyişən mübahisə olduğu üçün məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Hörmətli məhkəmənin diqqətinə çatdırır ki, qeyd etdiyi hallar işin faktiki və mübahisəsiz hallarıdır. Göründüyü kimi işə nəzər yetirdikdə açıq-aşkar görünür ki, Ayna və Rövşən istifadə hüququnun mahiyyətinə zidd olaraq yaşamaq zərurətindən deyil, hüquqdan sui-istifadə edərək sanki gəlir əldə edərək ona zərər yetirmək məqsədi daşıyırlar. Hazırki ərizənin hüquqi mahiyyətini məhkəmənin diqqətinə çatdırmaq üçün Konstitusiyamızda, Mülki Məcəllədə və Konstitusiya Məhkəməsinin qərarlarında sərgilənən mülkiyyət və istifadə hüququnun mahiyyətinin nədən ibarət olduğunu bildirmək istəyir.
İddiaçının tələbi:
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12000 manat məbləğində kompensasiya verilməklə onların iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qüvvəyə minmiş məhkəmə qərarları olduğunu, məhkəmənin 28.800 manat kompensasiya vermədən onların yaşamaq hüquqlarının iddiaçının əllərindən ala bilməyəcəyi barədə tələb qoyduğunu, hədsiz dərəcədə ədalətsiz mülkiyyətçi tərəfindən əzildiklərini, onlara dözülməz iztirab yaşatdıqlarını, hüquqlarının kobudcasına tapdalandığını, bütün bunları nəzərə alaraq problemli İddiaçı (bu səbəbdən 34 saylı polis bölməsində problemli ailə kimi qeydiyyatdadır) əsassız olan iddiasının rədd edilərək onların qanuni hüquqlarının qüvvədə saxlanılmasını xahiş etmişlər.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz ünvanlayaraq İddiaçı əsasız və təkrar qaldırdığı 2(011)-1511/2025 saylı iş üzrə iddiasının rədd edilməsini xahiş etmişdir.
7. Cavabdeh1 nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməsi haqqında müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, iddianı müdafiə etdiklərini, mübahisə predmeti olan mənzilin Xətai ərazisində 60 kv.m sahəsi olan ev olduğunu və bu evə görə 30000 kompensasiya verilməsinin iddiaçının hüququnu pozacaqdır. O həmçinin məhkəmə qətnaməsi ilə 3 iddiaçının uşağına 20000 manat kompensasiya verilməsi nəzərdə tutulduğunu, digər şəxslərə 30000 kompensasiya verilməsinin məhkəmə təcrübəsinin vahidliyinin pozulması kimi qiymətləndiriləcəyini bildirmişdir. O bu münasibətlərin 3 illik kirayə haqqına uyğun hesablandığını bildirmişdir. İddiaçının nümayəndəsi (vəkili) münasibətlərin dəyişən münasibətlər olduğunu, Apellyasiya məhkəməsinin həmin dövrdə qeyd etdiyi məbləğin mütləq məbləğ olmamalı olduğunu qeyd etmişdir.
9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında cavabdehlərə bir otaq düşürsə, 1 otağın qiyməti veriləcəyini, mübahisəli mənzilin 2017-ci ildə təmir olunduğunu, qapıların atasının dövründə qoyulan qapı olduğunu, maddi imkanının olmadığını, qızının 1000 manat əmək haqqısı olduğunu, onun əsasında kredit götürərək təklif etdikləri məbləği verə biləcəyini, daha artıq məbləğ ödəməyə maddi imkanlarının kifayət etmədiyini bildirmişdir. O cavabdehlərin həmin mənzildə yaşamadıqlarını özlərinin də bildirdiyini və bununla bağlı video görüntünün mövcud olduğunu bildirmişdir. İddiaçı cavabdehlərin qalsalar 1 otaqda qalacaqlarını bildirmiş, ən çoxu 15000 manat verə biləcəyini bildimişdir. O, məhkəmə qətnaməsi ilə 3000 manat pul vəsaitinin ondan tutulmasının müəyyən edildiyini bildirmişdir.
10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 mütəxəsis rəyi ilə razı olmadıqlarını 700 manat məbləğinin az olduğunu bildirmişdir. O AR MPM-nin 81-ci maddəsinə istinad edərək eyni tərəflər arasında eyni mübahisənin mövcud olmadığını, həmçinin Apellyasiya məhkəməsinin öz qətnaməsində konkret olaraq 28800 manat məbləğin məqbul hesab etmədiyini bildirmişdir.
11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, apellyasiya məhkəməsinin qeyd etdiyi məbləğin qüvvədə qalmasını xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
12. ÖM № 171265 saylı qeydiyyat vəsiqəsi.
13. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayış.
14. xx.xx.2017-ci il tarixli akt.
15. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(011)- 5144/2017 saylı qətnaməsi iddiaçıların mənzilə köçürülmə tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi, iddiaçılar Cavabdeh1, X5 və Cavabdeh2 Bakı şəhəri, Xocalı prospekti, 5 saylı evin 78 saylı mənzilinə köçürülməsi qət edilmişdir.
16. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1304/2021 saylı qətnaməyə əsasən Cavabdeh1 ilə X5 arasında 02 iyul 1987-ci il tarixdə Quba rayonu, Güləzi kəndi sovetində bağlanmış nikah pozulması, hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 20 manat X2 alınaraq, Cavabdeh1 verilməsi qət edilmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-162/2022 saylı qərarına əsasən Cavabdeh1 kassasiya şikayəti təmin edilməniş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)-5624/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-57/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X11 ailə üzvləri ilə birlikdə iddiaçı X6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr., M.Cəlal küçəsi, ev 10, 165 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 800 (səkkiz yüz) manat cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.
19. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4378/2022 saylı qətnaməsinə əsasən X5 ilə Cavabdeh1 arasında Quba rayonu, Güləzi kənd sovetində 02 iyul 1987-ci il tarixdə bağlanmış 5 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6816/2022 saylı qətnaməyə əsasən Apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-57/2022 saylı iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh1 aid hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 2416/2023 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(103)-6816/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-801/2023 saylı qərardadına əsasən təqdimat təmin edilmiş, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5, 78 nömrəli mənzildə qeydiyyatda olan borclu İddiaçı Bakı şəhən Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır.
23. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu.
24. xx.xx.2023-cü il tarixli akt.
25. xx.xx.2023-cü il tarixli akt.
26. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu.
27. xx.xx.2024-cü il tarixli akt.
28. xx.xx.2024-cü il tarixli akt.
29. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktub.
30. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-288/2024 saylı qərardadına əsasən Borclu İddiaçı icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır.
31. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/604 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 5 saylı evdə yerləşən 78 saylı mənzilin və oxşar şəraitli mənzilin aylıq icarə haqqının orta bazar qiyməti 800,00 manat müəyyən edilir.
33. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu.
34. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı.
35. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı.
36. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu.
37. Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktub.
38. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrininİdarəetmə Birliyi” X25 “Quba Rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışı.
39. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə bildirişə əsasən İddiaçı ikinci dərəcəli əlildir.
40. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə bildirişə əsasən X15 üçüncü dərəcəli əlildir.
41. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı.
42. 39. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu.
43. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-338/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 28.800 (İyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi əvəzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 (Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
44. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6336/2024 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən 20000 (iyirmi min) manat məbləğində pul kompensasiyası verilməklə, X3, X7 və X4, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5, 78 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, X12, X16 və X13 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi,ev 5, 78 saylı mənzildən çıxarılması, X8, X10 və X1 verilməklə onların Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi,ev 5, 78 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
45. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)- 801/2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5, 78 nömrəli mənzildə qeydiyyatda olan borclu İddiaçı Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərar almışdır.
46. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5151/2024 saylı qətnaməsinə əsasən İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-338/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
47. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)- 1030/2024 saylı qərardadına əsasən şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin 20 may 2024-cü il tarixli Qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-10320/2017 nömrəli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır.
48. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraatın təzələnməsi barədə” qərarı.
49. Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qısamüddətli mühafizə orderi.
50. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin mütəxəsis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5 ünvanında yerləşən 5 otaqlı 78 nömrəli mənzilin 1 aylıq kirayə haqqı 400 manat, 3 illik kirayə haqqı isə 14400 manat təşkil edir.
51. “Qiymətləndirmə və X14 Məsuliyyətli Cəmiyyətinin 02 qprel 2025-c il tarixli mütəxəsis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5 ünvanında yerləşən 78 nömrəli mənzilin aylıq kirayə məbləği 650 manat, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5 ünvanında yerləşən 78 nömrəli mənzilin analoji vəziyyətində 2 (iki) otaqlı mənzilin bazar qiymətinə uyğun olaraq aylıq kirayə haqqı 400 manat təşkil edir.
52. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, №01/25-518 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 5 ünvanında yerləşən 78 nömrəli 5 otaqlı mənzilin xx.xx.2025-ci il tarixə olan aylıq kirayə dəyəri 700 (yeddi yüz) manat təşkil edir. Həmin 5 otaqlı mənzilin 2 otağının kirayə dəyəri 300 (üç yüz) manat təşkil edir.
53. Disklər və fotoşəkillər.
54. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
55. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi:
56. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahını məcmu halında qiymətləndirərək və iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.
57. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi iş üzrə icraata xitam verilməsi üçün 3 şərt müəyyən edilmişdir - 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması.
58. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-338/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 cəmi 28.800 (İyirmi səkkiz min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi əvəzində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 (Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5151/2024 saylı qətnaməsinə əsasən İddiaçı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 338/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kompensasiya verilməklə yaşayış sahəsindən İstifadə hüququnun itirilməsi" tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
59. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair də qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin məhkəmə qərarında istifadə hüququna xitam verilməsi üçün ötən il üçün müəyyən edilmiş kompensasiya məbləği müəyyən edilmişdir.
60. Məhkəmə qeyd edir ki, hazırki mübahisə eyni tərəflər arasında eyni mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı eyni əsaslı mübahisə ürzə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra tərəflər arasındakı münasibətlər dəyişməmiş, tərəflərin istinad etdiyi hallar eyni ilə təkrarlanmışdır. Eyni zamanda məhkəmə iş materiallarını nəzərdən keçirən zaman iddiaçının cavabdehlərə öncəki məhkəmə proseslərində 10000 manat və 11000 manat təklif etmiş, hazırki məhkəmə prosesində isə 12000 manat təklif etməklə bərabər məhkəmə iclasında verdiyi izahatda 15000 manatdan artıq kompensasiya verilməsi üçün maddi imkanın kifayət etmədiyini bildirmişdir. Həmçinin məhkəmə mülki iş materiallarına əlavə edilmiş mütəxəssis rəylərini və ekspert rəyini nəzərdən keçirərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyini mötəbər və ağlabatan hesab edir. Məhkəmə eyni tərəflər arasında eyni əsasla qeyri-adekvat məbləğ artımı ilə kompensassiya təklifini hüquqdan sui-istifadə halı kimi qeyd edir ki, məhkəmələr bu cür hüquqdan sui-istifadə hallarına yol verməməklə digər vətəndaşların hüquqlarının lazımsız məhdudlaşdırmamalı və ədalət mühakiməsinin səmərəliliyinə zərər yetirəcək hallardan uzaq durmalıdır.
61. Məhkəmə mülki iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-5151/2024 saylı qətnaməsini nəzərdən keçirən zaman müəyyən etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına 10.800 manat kompensasiya verilməklə xitam verilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin kompensasiya məbləğini istifadə hüququna xitam verilməsi üçün kifayət hesab etməyərək mübahisəli mənzilin bazar qiymətinə uyğun aylıq kirayə haqqı məbləği nəzərə alınmaqla, cavabdehlərin davamlı surətdə yaşamaq imkanlarının təmin edilməsi üçün adekvat kompensasiya məbləği olaraq 28.800 manat pulun iddiaçıdan cavandehlərin xeyrinə tutulması qənaətinə gəlmişdir. İş materiallarından, o cümlədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı məhkəmənin ədalətli hesab etdiyi kompensasiya məbləği ilə razılaşmayaraq cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün kompensasiya olaraq verilməli məbləğin 10.800-11.000 manat həcmində müəyyən edilməsində israrlıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya araşdırmanın bu mərhələsində də 28.800 manat məbləğində kompensasiya verməklə mübahisəni yekunlaşdırması, barışığa gəlinməsi təklif edilmişdir. Belə ki, mülki məhkəmə icraatının başlıca məqsədlərindən öndə gələni mübahisə tərəfləri arasında barışığa nail olmağa cəhd etməkdir. Belə ki, yuxarıda qeyd edilən məhkəmə qərarında da məhkəmə kollegiyası bu məbləğdən az olmayaraq kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Belə ki, həmin məbləğ müəyyən müddət daxilində (üç il) mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
62. Göründüyü kimi İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında (eyni tərəflər arasında), eyni mənzilə istifadə hüququnun itirilməsi (eyni predmet) barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan icraata xitam verilməlidir.
63. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
Məhkəmə xərcləri:
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.
65. Qeyd edilən qanunvericilik normasına əsasən, ərizəçinin tələbi üzrə mülki iş üzrə icraata xitam verildiyindən ərizə verilərkən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin.
2. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş 100,60 (yüz manat altmış qəpik) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova