Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1518/2023 13.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Baxşəliyev Əkbər Cavabdeh1 oğluna, XXX Cavabdeh1, Cavabdeh2, XXX Cavabdeh3, Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Baxşəliyev Əkbər Cavabdeh1 oğlunun, XXX Cavabdeh1, Cavabdeh2, XXX Cavabdeh3, Cavabdeh4 yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X8, 20.0.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında İddiaçı qısa izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisindən alqı-satqı müqaviləsinə əsasən almışdır, bu barədə ona reyestr xidmətindən çıxarış verilmiş, mənzil adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir, mənzil satılarkən qeydiyyatda olan şəxslər evin satılmasına razılıqlarını bildirmişdirlər, aralarında bağlanmış müqavilənin 13-cü bəndinə əsasən, cavabdeh mənzili satdıqdan sonra mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, amma yaşayış sahəsini ona satdıqdan və evdən çıxıb getmələrinə baxmayaraq özü və ailə üzvləri qeydiyyatdan çıxmamışdırlar, digər cavabdehlər isə onun uşaqlarıdır, onların formal olaraq qeydiyyatda qalmaları mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, “yaşamadıqları üçün təqdim etmək mümkün olmadı” barədə 87 saylı MKİS-in rəisi tərəfindən qeyd aparılmış bildirişlər məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı XXX Cavabdeh1 və alıcı İddiaçı arasında bağlanmış 8 sentyabr 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı XXX Cavabdeh1, ünvan 3 ünvanında yerləşən ümumi hissəsi tam 96,17 kv/m olan 5 otaqlı mənzili alıcı İddiaçın mülkiyyətinə verməyi, müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, həmin müqavilənin 11-ci bəndinə əsasən satıcı xx.xx.2022-ci il tarixinədək mənzili alıcının faktiki sahibliyinə verməyi, Müqavilənin 13-cü bəndinə əsasən, xx.xx.2022-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş elektron Çıxarışdan görünür ki, ümumi sahəsi 105,07 kv.m olan ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2022-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Baxşəliyev Əkbər Cavabdeh1 oğlu, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.1958-ci il təvəllüdlü XXX Cavabdeh1, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1965-ci il təvəllüdlü XXX Cavabdeh3, xx.xx.2015-ci il təvəllüdlü X9,xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh4 ünvan 2-da qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon Məhkəməsi üzrə xx.xx.2023-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh XXX Cavabdeh1 və iddiaçı arasında bağlanmış 8 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçıya satılmışdır, müqaviləyə əsasən, XXX Cavabdeh1 xx.xx.2022-ci il tarixdən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payla xx.xx.2022-ci il tarixdən İddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdehlər xx.xx.1958-ci il təvəllüdlü XXX Cavabdeh1, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1965-ci il təvəllüdlü XXX Cavabdeh3, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh4 həmin mənzildə qeydiyyatda olmalarına baxmayaraq, orada yaşamır və mənzildən istifadə etmirlər, xx.xx.2013-cü il təvəllüdlü X8, 20.0.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 cavabdehlərin yetkinlik yaşına çatmayan övladlarıdır, iddiaçının ailə üzvü deyildirlər. Bununla belə, cavabdehlərin yetkinlik yaşına çatmayan övladları ilə birlikdə iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Baxşəliyev Əkbər Cavabdeh1 oğlunun, XXX Cavabdeh1, Cavabdeh2, XXX Cavabdeh3, Cavabdeh4, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 ünvan 3-dan istifadə hüquqlarına xitam verilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, Baxşəliyev Əkbər Cavabdeh1 oğlunun, XXX Cavabdeh1, Cavabdeh2, XXX Cavabdeh3, Cavabdeh4, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 ünvan 3-dan istifadə hüquqlarına xitam verilməsi onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə, məhkəmə xərclərinə (dövlət rüsumu) münasibətdə isə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Baxşəliyev Əkbər Cavabdeh1 oğlunun, XXX Cavabdeh1, Cavabdeh2, XXX Cavabdeh3, Cavabdeh4, X4, X2, X7 və X1 ünvan 3-dan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1518/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1518/2023
13.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver