Məhkəmə qərarları › İş №2(011)-1710/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1710/2023

09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1710/2023 09.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2, ilkin iddia üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X14, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh3 cavabdehə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçının tələb və dəlilləri: İddiaçı cavabdehlər “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X14, Cavabdeh2 və Cavabdeh3 qarşı “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”nın həkimlərinin səhvi nəticəsində sağlamlığına vurulan maddi zərərin əvəzi olaraq 4500 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pul vəsaitlərinin cavabdehlərdən “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X10, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəlilləri ondan ibarət olmuşdur ki, o, 2022-ci ilin təqribən iyun ayında iddiaçının ayaqlarında şişkinlik olduğu üçün müayinə və müalicə almaq məqsədilə İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”na getmişdir. O, orada Nefrologiya şöbəsinin həkimi X2 qəbulunda olmuşdur. O, iddiaçının problemini dinləyib, müayinə etmiş və laborator müayinələr üçün göndərmişdir. Müayinə nəticələrinə əsasən Cavabdeh2 oğlu İddiaçı hər iki böyrəyində iltihab müşahidə olunduğu bildirmiş, 14 gün müddətinə stasionar müalicə almalı olduğunu qeyd etmişdir. O, 14 gün müddətində stasionar müalicə almışdır. Lakin evə qayıtdıqdan sonra onun ayaqları yenidən şişməyə başlamışdır. İddiaçı təkrar “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”na müraciət etmiş, bu dəfə Cavabdeh2 onu Nefrologiya şöbəsinin müdiri Cavabdeh3 yanına apardı. Ona təkrar 14 gün müddətinə stasionar müalicə təyin edilmişdir. Cavabdeh2 və X8 iddiaçıdan hərəyə 180 manat pul aldılar. Bu dəfə müalicə zamanı iynə və dərmanların dozası daha da yüksəlmişdir. Müəlicənin 10-cu günündə iddiaçının vəziyyəti pisləşmiş, qəbul etdiyi dərmanlar nəticəsində o, əsəbi olmuş, sinir sistemi pozulmuşdur. İkinci müalicəsinin 10-cu günü Cavabdeh2 İddiaçı otağına çağırıb bildirmişdir ki, Cavabdeh3 deyir ki, ona 500 manat ödəniş etsin və İddiaçı ikinci qrup əlil olmağının müəyyən edilməsi üçün sənədlər hazırlansın. O, da Cavabdeh2 500 manat ödəniş etmişdir. 14 gün tamam olduqdan sonra İddiaçı evə buraxıldı. Daha sonra vəziyyəti pisləşmiş, reanimasiya düşmüşdür. Bir qədər səhhəti düzəldikdən sonra o, həmin xəstəxanadan çıxıb “Mediland Hospital”a getmişdir. Orada müayinə olduqdan sonra “Ureaplasma spp” xəstəliyi əziyyət çəkdiyi müəyyən olunmuşdur. O, səbəblə də ayaqları şişmişdir. Onun böyrək xəstəliyi yoxdur. İddiaçı analizlərin nəticələrini götürüb “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”na getmiş, orada həkimlərə iradlarını bildirmişdir. Onlara da məlum olmuşdur ki, İddiaçı böyrək xəstəliyi yoxdur. İddiaçı 7 gün müddətində “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”nda müalicə etmişdirlər, ürək döyüntüləri 110-dan aşağı düşmürdü. Səhvən vurulmuş iynələr, sistem və dərmanlar iddiaçını çox pis hala salmışdır. 7 gün sonra İddiaçı evə buraxıldı. Əmirahlı X6 Arifə Tofiq qızı və Cavabdeh2 əməllərindən müvafiq qurumalara şikayət etmişdir. Şikayətlərin nəticəsində hər iki həkimə töhmət verildi. Xəstəxananın həkimlərinin səhvlərinə görə İddiaçı səhhətinə zərər vurulmuş, onun səhhətində əsəb gərginliyi və digər psixoloji problemlər yaranmışdır ki, bunun da aradan qaldırılması üçün 7 ay psixoloq yanında müalicə almağı vacibdir. Bunun üçün o, həkim-psixoloqa ümumilikdə 4500 manat ödəniş etməlidir. İddiaçı pretenziya qaydasında “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”na müraciət edərək, 4500 manat pulun ödənilməsini xahiş etmişdir. Lakin onun müraciətinə cavab verilmədi. Bütün bu hadisələr iddiaçının keçirtdiyi əsəb gərginliyi, mənəvi sarsıntı və iztirab işləməyinə də maneçilik törətmişdir. Beləliklə, “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”nın həkimləri tərəfindən İddiaçı həm maddi, həm mənəvi zərər vurulmuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddiaya dair etirazının dəlilləri və qarşılıqlı iddia tələbi İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı cavabdehin iddiaçıdan 900 manat pulu qanunsuz əldə edərək əsassız varlanan İddiaçı həmin məbləğin tutularaq Cavabdeh3 ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddiaya etiraz edərək məhkəmədən ilkin iddianın rədd edilməsini xahiş etmişdir. O, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”nda səhv müalicə aparılması ilə bağlı müxtəlif orqanlara şikayət etmişdir. Xəstəxananın rəhbərliyi Cavabdeh3 məsələnin araşdırılmasını tapşırmışdır. Cavabdeh3 İddiaçı nə istədiyini maraqlananda, sonuncu müalicə üçün xərc çəkdiyini bildirmiş və pul tələb etmişdir, əks halda xəstəxanada olanlar barədə məlumatları yaymaqla təhdid etmişdir. Cavabdeh3 da bu təhdidlərə ilkin olaraq boyun əyərək, İddiaçı 900 manat pul ödəmişdir. Hesab edirlər ki, İddiaçı heç bir hüquqi əsas olmadan müxtəlif təzyiqlərlə Cavabdeh3 900 manat pulu qanunsuz əldə etmişdir. İlkin iddia üzrə cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X13 etirazının dəlilləri Cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X13 nümayəndəsi məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, məhkəmədən ilkin iddianın rədd edilməsini xahiş etmişdir. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində xəstəxananın keçmiş həkimləri tərəfindən müalicənin düzgün aparıldığı müəyyən edilmişdir. İlkin iddia üzrə Cavabdeh2 etirazının dəlilləri: Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı səhhətində ümumi zəiflik, halsızlıq və sidik ifrazının azalması şikayəti ilə xəstəxanaya müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində ona “Xroniki nefritik sindrom digər dəyişikliklərlə, xroniki qlomerulonefrit, NSD kardinal tipli, konversion pozuntu” diaqnozları aşkar edilmiş və Xəstəxananın Nefrologiya şöbəsinə xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022 və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində stasionar müalicəyə cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ambulator müalicəni davam etdirməklə evə buraxılmışdır. İddiaçı onun qoyulmuş səhv diaqnoz və müalicə nəticəsində səhhətinin pozulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçının bu dəlili təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X15 tərəfindən verilmiş 335/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1993-cü il təvəllüdlü İddiaçı 28 oktyabr 2022-ci il tarixdə akademik M.Ə.Mirqasımov adına Respublika Xəstəxanası PHŞ-nə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Xroniki nefritik sindrom digər dəyişikliklərlə, NSD kardinal tipli, Konversion pozuntu” diaqnozu düzgün təyin edilmişdir, İddiaçı 28 oktyabr 2022-ci il tarixdə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası PHŞ-də daxil olduqdan sonra ona stasionar şəraitində təyin edilmiş diaqnoza uyğun adekvat müalicələr aparılmışdır. Çıxarış epikrizinə əsasən, xəstə xəstəxanada olmadığı üçün xəstəlik tarixi bağlanmış və xəstənin 04 noyabr 2022-ci il tarixdə xəstəxanadan çıxma tarixi qeyd edilmişdir. Stasionar müalicə müddətində xəstənin düçar olduğu xəstəlikləri ilə əlaqədar hər hansı bir ağırlaşma qeyd edilməmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, İddiaçı müxtəlif orqanlara şikayətlərinin qarşısını almaq məqsədi ilə iddiaçı Cavabdeh3 tərəfindən İddiaçı 900 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia əsassız hesab edilərək rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməldiir. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı ilkin iddia üzrə cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”nda düzgün diaqnoz qoyularaq düzgün müalicə edildiyi və müalicə nəticəsində sonuncunun səhhətinə hər hansı zərərin yetirilmədiyi müəyyən edildiyinə görə, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı sağlamlığına zərərin vurulduğu əsası ilə cavabdehlərədn maddi və mənəvi zərətin, həmçinin dövlət rüsumunu tutulması haqqında ilkin iddia əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı hər hansı qanuni və ya müqavilə əsasən olmadan Cavabdeh3 900 manat məbləğində pul almış, bununla da onun hesabına əsassız olaraq varlanmışdır. Belə olan halda, cavabdeh İddiaçı 900 manat məbləğində pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır. Odur ki, qarşılıqlı iddia təmin edilərək cavabdeh İddiaçı 900 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh3 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə ddiaçı İddiaçı cavabdehlər “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X14, Cavabdeh2 və Cavabdeh3 qarşı “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”nın həkimlərinin səhvi nəticəsində sağlamlığına vurulan maddi zərərin əvəzi olaraq 4500 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pul vəsaitlərinin cavabdehlər “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X10, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya verilməsi tələbinə dair ilkin iddiası rədd edilməli, qarşılıqlı iddia təmin edilərək, İddiaçı 900 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ödənilməlidir. ərizəsi Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə ddiaçı İddiaçı cavabdehlər “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X14, Cavabdeh2 və Cavabdeh3 qarşı “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası”nın həkimlərinin səhvi nəticəsində sağlamlığına vurulan maddi zərərin əvəzi olaraq 4500 manat, mənəvi zərərin əvəzi olaraq 5000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 115 manat məbləğində pul vəsaitlərinin cavabdehlər “Akademik M.Ə.Mirqasımov adına Respublikası Klinik Xəstəxanası” X10, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya verilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 900 (doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar