Məhkəmə qərarları › İş №2(011)-1758/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1758/2021

15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1758/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh X3 qarşı “maddi mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə maddi ziyana görə 30000 manatın və mənəvi zərərə görə 10000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə saat 06.50 radələrində cavabdeh X4 idarə etdiyi özünə məxsus “Mersedes Benz 230” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ yolunda, Zığ dairəsi istiqamətindən Sadıxcan küçəsi istiqamətində hərəkətdə olarkən “Nur” mərasim evinin yaxınlığında yolu sağdan sola adi yerişlə keçərkən avtomobilin sağ ön hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan sağ baldır sümüklərinin qapalı sınıqları, başın alın nahiyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Xətai rayon məhkəməsi cavabdeh haqqında hökm çıxarmışdır. Ayaqlarının əməliyatı zamanı ona maddi kömək edilməmişdir. Sümükləri düz bitişmədiyindən yenidən əməliyyata getməlidir, lakin maddi imkanı yoxdur. Bundan başqa, törədilən cinayət nəticəsində ona mənəvi ziyan dəymişdir. Cavabdeh X4 iddia ərizəsinə etiraz edərək göstərmişdr ki, iddiaçı xx.xx.2019-cu il tarixdə saat 06:50 radələrində Bakı şəhəri Xətai rayonu Zığ yolunda Zığ dairəsi yaxınlığında "Nur" mərasim evinin yaxınlığında nizamlanmayan yol ayrıcında və ümumiyyətlə piyada keçidi nəzərdə tutulmayan yerdən nəqliyyat vasitələrinin arasından qəflətən yolun hərəkə hissəsinə çıxmışdır. (Qara libasda görməni məhdudlaşdıran geyimdə). Tormozlamadan mümkün qədər istifadə etsə də ona xəsarət yetirmişdir. Dərhal avtomabildən düşərək ona yaxınlaşmış və öz avtomabili ilə onu Nevroxirrugiya xəstəxanasına apararaq ona ilkin tibbi yardım göstərilmiş və dərindən müainə olunmuşdur. Bundan sonra TTY maşını ilə iddiaçını Sabunçu rayonu 3 saylı Xəstəxanasına aparmışdır. İddiaçı 3 gün xəstəxanada müalicə olundmuş, bu müddət ərzində onun bütün müalicə xərclərini özü çəkmişdir. İddiaçının səhhəti normallaşdığı üçün o, ambulator müalicəyə buraxılmışdır. Lakin iddiaçı ev şəraitində müalicə olunsa da, bir neçə dəfə ona baş çəkmiş, kifayət qədər bazarlıq etmişdir. Sonradan iddiaçı israrla bildirmişdir ki, “sizdən daha şikayətimiz yoxdur. Əziyyət çəkib bir daha gəlməyin.” Bununla belə cinayət işi Xətai rayon Polis İdarəsində araşdırılmışdır. İddiaçı istintaq zamanı tam səmimi etiraf edərək öz izahatlarında göstərmişdir ki, onun bütün müainə və müalicə xərclərini o, çəkmişdir. Buna görə ondan heç bir şikayəti yoxdur. Cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Xətai rayon məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə təqsirli bilinmiş və hökmlə cəza təyin edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğuna görə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdeh X4 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-169/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 06:50-də texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus “Mersedes- Benz-230” minik markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu ilə Zığ dairəsi istiqamətindən Sadıqcan küçəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək üçün sağdan sola adi yerişlə hərəkətdə olan İddiaçı görsə də, vaxtında avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün tormoz əyləcini sıxmamış, nəticədə avtomobili piyadaya çatanadək saxlaya bilməyərək, avtomobilin qabaq sağ qanadı ilə İddiaçı vuraraq, ehtiyatsızlıqdan ona sağ baldır sümüklərinin qapalı sınıqları, başın alın nahiyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək yol-nəqliyyat hadisəsini törətmişdir. Zərərçəkmiş şəxs İddiaçı ifadəsində göstərmişdir ki, onu vuran avtomobilin sürücüsü Cavabdeh onu öz avtomobilinə mindirib xəstəxanaya aparmış, müalicə aldığı zamanı dərmanların alınmasında ona yardım etmiş, lakin xəstəxanadan çıxandan sonra onunla maraqlanmamış və heç bir maddi yardım göstərməmişdir. İş materiallarında olan 3 nömrəli Şəhər Klinik Xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubundan və əlavı olunmuş xəstəlik tarixçəsindən görünür ki, İddiaçı xəstəxananın travmataloji və ortopediya şöbəsinə xx.xx.2019-cu il tarixdə “Sağ baldır sümüklərinin qapalı sınığı yerdəyişməsi” diaqnozu ilə daxil olmuş, xx.xx.2019-cu il tarixdə ambulator müalicə üçün evə yazılmışdır. İş materiallarında olan “Zəfəran” Hospitalın xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sabir qızı ortoped travmatoloqun müayinəsindən keçmiş, şikayətlərə və müayinələrə əsasən xəstəyə “Sağ qamış sümüyünün yuxarı 1\3-nin qeyri-düzgün bitişmiş sınığı” diaqnozu qoyulmuş və “Sağ tərəfli yüksək tibia osteotomiyası, metal lövhə ilə fıksasiyası” cərrahi əməliyyatı məsləhət görülmüşdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində İddiaçı sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulması qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-169/2020 saylı hökmü ilə təsdiq olunmuşdur. İddiaçı baş vermiş hadisədən sonra müalicə almaq məcburiyyətində qalmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçının sağlamlığına az ağır dərəcəli xəsarət vurulması nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin mənəvi zərərin həcmi 1000 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi 30000 manat maddi ziyanın tutulması hissəsində təmin olunmamalıdır. Belə ki, İddiaçı Sabir qızının ayaında olan sınığın qeyri-düzgün bitişməməsi Cavabdeh yox, müalicə aparmış həkimlərin səhvi nəticəsində baş vermişdir. Həmçinin, iddiaçı tərəfindən aldığı xəsarətlə üzündən çəkdiyi xərclərlə bağlı, ona göstərilən və ya göstəriləcək tiddi yardımı pulsuz almaq hüququnun olmadığını müəyyən edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar