Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-186/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı “əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə ekspert rəyinin etibarsız hesab olunması və təkrar qiymətləndirilmə keçirilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – “əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə ekspert rəyinin etibarsız hesab olunması və təkrar qiymətləndirilmə keçirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsalar da, lakin onlar məhkəməyə gəlməmişdirlər. Üçüncü şəxs X2 məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiadan görünür ki, iddiaçı fərdi yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə qiymətləndirmənin nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2021 saylı xx.xx.2021-ci il tarixli icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadı ilə müəyyən edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə hesab edir ki, mövcud iddiaya mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə icra məmurunun hərəkətlərindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə ekspert rəyinin etibarsız hesab olunması və təkrar qiymətləndirilmə keçirilməsi” tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-186/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-186/2022
09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver