Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1898/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçıların ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsi müəyyən edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia ərizəsi “maddi və mənəvi ziyanın ödənilməsi” barədə olmaqla qiymətləndirilən iddiadır, iddiaçılar kimi İddiaçı1 və İddiaçı2, cavabdehlər kimi Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 göstərilmişdir. İş materiallarından isə görünür ki, iddiaçılardan İddiaçı2 müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azaddır. Lakin iş materiallarından digər İddiaçı1 dövlət rüsumu ödəməsi və ya onun dövlət rüsumundan azad edilməsi hallarına dair hər hansı sübutun olması görünmür, həmçinin belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçılar iddia ərizəsində cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 müştərək qaydada maddi ziyana görə 450000 manat, mənəvi ziyana görə 200000 manat olmaqla, ümumilikdə 650000 manat olmaqla pulun tutularaq onlara ödənilməsini xahiş etmiş, hər bir iddiaçıya ayrılıqda ödəniləcək məbləği dəqiq göstərməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İM : İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 Məmmədəli oğlu və Cavabdeh1 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurları aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-1898/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1898/2025
10.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver