Məhkəmə qərarları › İş №2(011)-1951/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-1951/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1951/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 700 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyni izahatında göstərmişdir ki, o, Cavabdeh 22000 manat ödəyərək “Hyundai Santafe” Markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Cavabdeh iddiaçıya avtomobilə dair ümumi etibarnamə vermişdir. Avtomobili bir il idarə etmişdir. Lakin Cavabdeh “Kontak Home” şirkətinə borcu olduğuna görə, avtomobilin üzərinə həbs qoyulmuşdur. O, cavabdeh ilə əlaqə saxlaya bilməmiş, atası ilə danışmış, atası isə bu hadisə ilə əlaqəsinin olmadığını və borcu ödəməyəcəyini bildirmişdir. Nəticədə iddiaçı Cavabdeh “Kontakt Home” şirkətinə olan 579,66 manat məbləğində borcunu ödəmişdir. Bundan əlavə o, 42 manat icra xərcini də ödəmişdir. Beləliklə də, o, ümumilikdə 700 manat pul xərcləmişdir. Odur ki, həmin vəsaiti Cavabdeh onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı “X1” markalı 77BN234 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərinə dair etibarnamə vermişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-914/2022 nömrəli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3288/2022-016 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 579,55 manat məbləğində borcun "xxxx" MMC-yə ödənilməsi tələbinin borclu Cavabdeh tərəfindən icrasını təmin etmək məqsədi ilə borcluya məxsus “X1” markalı 77BN234 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı müştəri Cavabdeh borcu üzrə 579,55 manat məbləğində pul vəsaitini “Kontakt Home”, yəni "xxxx" MMC-yə ödəmişdir. Bundan başqa iddiaçı Cavabdeh əvəzinə Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-3288/2022-016 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 42 manat məbləğində icra ödənişini də ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-3288/2022-016 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələb könüllü olaraq icra edilmədiyinə görə, cavabdehin adına qeydiyyatda olan, lakin iddiaçının istifadəsi və sahibliyində olan avtomobilin üzərinə həbs qoyulmuşdur. Bunun nəticəsində də iddiaçı həmin avtomobilin üzərindən həbsin götürülməsi məqsədi ilə Cavabdeh icra vərəqəsi üzrə 579,55 manat məbləğində borcunu və 42 manat məbləğində icra ödənişini ödəmişdir. Bununla da ona ümumilikdə 621,55 manat məbləğində ziyan dəymişdir. Odur ki, iddia vurulmuş 621,55 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ümumilikdə 700 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini tələb etsə də, 700 manatdan qalan 78,45 (700 – 579,55 – 42 =621,55) manat məbləğinə dair məhkəməyə hər hansı bir dəlil və sübut təqdim etməmişdir. Belə olan halda, iddia 78,45 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, iddia ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı vurduğu maddi ziyanın əvəzi olaraq 621,55 (altı yüz iyirmi bir manat əlli beş qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar