Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-1993/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş pulun geri qaytarılması, maddi və mənəvi ziyanın, işgüzar fəaliyyətin xələl gətirdiyinə görə ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair qarşılqılı iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru Cavabdeh irəli sürdüyü iddia tələbinin təmin olunmaması, ondan avtomobili kirayə vermək adı ilə aldığı 11800 manat pul vəsaitinin qaytarılması, 2020-ci ilin may ayından hazıra qədər ona verməli olduğu avtomobili və ya ödədiyi pul vəsaitini qaytarmasına görə vurduğu ziyana görə ona 5000, yalandan və əsassız olaraq ona dəymiş ziyanı ödəməməsiylə bağlı işgüzar fəaliyyətinə ləkə gətirdiklərinə görə isı 8000 manat ziyanı cavabdeh tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini; "xxxx" MMC-nin direktoru Cavabdeh təqdim etdiyi müqavilənin 2-ci səhifəsini dəyişdirərək onun yerinə saxta imzanın ona məxsus olmadığını nəzərə alıb iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24.02.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək cavabdeh İddiaçı 9000 manat icarə haqqının, 3000 manat icarə haqqının gecikdirilməsinə görə borcun, 3000 manat əldən çıxmış faydanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli 2(011)-1993/2021 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 14.06.2021-ci il tarixli 4/517 saylı rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 122 manat təşkil edir. 27.07.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh lazımı qaydada məlumatlanmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir, ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə təqdim edərək və qarşılıqlı iddia tələbi üzrə iddiaçının məhkəmə iclasında iştirak etməməsini əsas gətirərək ilkin və qarşılıqlı iddia ərizələrinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilkin İddiaçı və onun nümayəndəsi və vəkili R.Musayevin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılqılı iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə verildiyindən “ödənilmiş pulun geri qaytarılması, maddi və mənəvi ziyanın, işgüzar fəaliyyətin xələl gətirdiyinə görə ziyanın ödənilməsi” dair ilkin iddia ərizəsi, qarşılıqlı iddiaçı Cavabdeh isə üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyi və gəlməməyin üzrlü səbəbləri barədə sübutları məhkəməyə təqdim etmədiyi üçün onun “icarə haqqının ödənilməsinə” dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ilkin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, ilkin iddiaçının məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 122 manat İddiaçı aid edilməli, ondan 122 manat alınaraq Məhkəmə ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185, 259, 260, 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “ödənilmiş pulun geri qaytarılması, maddi və mənəvi ziyanın, işgüzar fəaliyyətin xələl gətirdiyinə görə ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair qarşılqılı iddia ərizəsi baxılmamış saxlansın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 (yüz iyirmi iki) manat pul məbləği İddiaçı tutularaq Məhkəmə ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-1993/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-1993/2021
27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver