Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2051/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrədin qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 2 saylı evin 76 saylı mənzilindən Cavabdeh istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 2 saylı evin 76 saylı mənzilinin mülkiyyətçisidir, cavabdehlə ailə həyatı qurduqdan sonra onun mülkiyyətçisi olduğu evə qeydiyyata düşmüş və yaşamışdır, nikahları faktiki olaraq pozulduğu vaxtdan keçmiş həyat yoldaşı onun evindən köçüb getmişdir, lakin qeydiyyatdan çıxmamışdır, bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaçı eyni zamanda izahatında bildirmişdir ki, mənzil 1974-cü ildə orderlə anasına verilmişdir. Cavabdeh 1994-cü ildə onunla ailə həyatı qurandan sonra mübahisəli mənzilə köçmüşdür. 2005-ci ildən isə mənzil mülkiyyət hüququ ilə atasının adına qeydiyyata alınmışdır. Sonradan faktiki olaraq ailə münasibətləri pozulduğundan cavabdeh mənzildən getmişdir. 2014-cü ildə onun cavabdehlə nikahı rəsmi olaraq pozulduqdan sonra mülkiyyətçi olan atası hazırki cavabdehin, eləcə də onun özünün mənzildən çıxarılması üçün iddia qaldırmışdır, lakin məhkəmə qətnamələri ilə iddia təmin edilməmişdir. Bununla belə, 2015-ci ildə məhkəmə qətaməsi ilə cavabdehin mənzilə istifadə hüququ tanındıqdan sonra da, cavabdeh bir müddət mənzilə köçüb yaşamamış, yalnız, 2016-cı ildə atası rəhmətə gedəndən sonra cavabdeh mənzilə qayıtmışdır. Buna səbəb cavabdehin onun atasından çəkinməsi olmuşdur. Atası rəhmətə gedəndən sonra isə o, özü uşaqlarının xatirinə cavabdehin mənzilə köçüb yaşamasına razı olmuşdur. Atası vəfat edəndən sonra mənzil vərəsəlik qaydasında bacısının mülkiyyətində olmuş, sonradan isə bacısı Şəhla mənzili ona bağışlamışdır. Hazırda mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdeh onu mənzilə buraxmır, bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək, cavabdehin 1994-cü ildən həmin mənzildə yaşadığını, hazırda xx.xx.2000-ci il təvəllüdlü oğlu ilə birlikdə mənzildə yaşadığını və Səidə xanımın iddiaçının öz mənzilində yaşamasına heç vaxt maneçilik törətmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçının mərhum atası X2 Səidə Vaqif qızına və digərlərinə qarşı mənzildən məcburi çıxarılma və yaşayış hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4869/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7739/2015 saylı, xx.xx.20215-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, cavabdehin həmin mənzildə yaşayış hüququnun olduğunu nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, 1994-cü ildə gəlin kimi mübahisəli mənzilə köçəndən daimi olaraq orada yaşamış, yalnız qısa müddət, iddiaçı mənzilə başqa qadın gətirərkən mənzili tərk etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: 59 saylı Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 76 saylı müvəqqəti orderdən surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzil həmin order əsasında 1970-ci ildə X4 ayrılmışdır. Bakı şəhəri X12 İcariyyə Komitəsinin xx.xx.1974-cü il tarixli, 136787 saylı orderdən görünür ki, mənzildə X6, X13, X14, X15 və İddiaçı yaşamaqla Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 3 otaqlı 76 saylı mənzil X5 verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfat İdarəsinin xx.xx.2004-cü il tarixli, 93 saylı sərəncamından görünür ki, X3 vəfatı ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzili X1. 218679 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzil xx.xx.2005-ci il tarixdə xüsusi mülkiyyət hüququ kimi X7 adına qeydiyyatdan keçmişdir. xx.xx.2019-cu il tarixli miras payının bölüşdürülməsi müqaviləsindən görünür ki, X7 vəfatından sonra Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzil X8 mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsindən görünür ki, X14 Bakı şəhəri Xətai Rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzili İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzil xx.xx.2023-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X16 arasında bağlanmış nikah pozulmuşdur. 59 saylı Mənzil Tikinti Kooperativinin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, Cavabdeh 1994-cü ildə ünvan 1 ünvanına köçmüş və hal-hazıradək oğlu X10 ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4869/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 Səidə Vaqif qızına və digərlərinə qarşı mənzildən məcburi çıxarılma və yaşayış hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamə ilə müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzildən istifadə hüququ mövcuddur. Mənzilin mülkiyyətçisi olan Şirin Həsənov mülkiyyətində olan mənzilə istifadə hüquqları olan cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün əsas ola biləcək müvafiq kompensasiya təklif etmədiyindən iddia tələblərinin təmin edilməsi qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7739/2015 saylı, xx.xx.20215-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4869/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu ilin oktyabr ayının 01dək qüvvədə olan):
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı:
1. 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı: Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Məhkəmənin mövqeyi: Cavabdeh 1994-cü ildən mübahisəli mənzilə köçərək yaşadığından hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Həmçinin, 2015-ci il tarixdə qəbul edilmiş məhkəmə qətnaməsi ilə Cavabdeh köhnə Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən mübahisəli mənzildən istifadə hüququ tanınmışdır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən ailə üzvlərinin istifadə hüququna onlar daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya köçdükdə xitam verilir. İş materialları ilə təsdiq olunur ki, Cavabdeh mənzilə istifadə hüququ tanındıqdan sonra daimi olaraq yaşamaq üçün başqa yaşayış yerinə köçməmişdir. Belə ki, cavabdeh məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, 1994-cü ildə gəlin kimi mübahisəli mənzilə köçəndən sonra daimi olaraq orada yaşamış, yalnız qısa müddət, iddiaçı mənzilə başqa qadın gətirərkən mənzili tərk etmişdir. İddiaçı isə izahatında bildirmişdir ki, 2015-ci ildə məhkəmə qətaməsi ilə cavabdehin mənzilə istifadə hüququ tanındıqdan sonra cavabdeh bir müddət mənzilə köçüb yaşamamış, yalnız, 2016-cı ildə atası rəhmətə gedəndən sonra cavabdeh mənzilə qayıtmış, buna səbəb cavabdehin onun atasından çəkinməsi olmuş, atası rəhmətə gedəndən sonra isə o, özü uşaqlarının xatirinə cavabdehin mənzilə köçüb yaşamasına razı olmuşdur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh mübahisəli mənzildə yaşamış, müəyyən vaxtlarda mənzili tərk etməsi onun öz iradəsindən asılı olmayan hallardan baş vermiş və müvəqqəti xarakter daşımışdır. Məhkəmə həmçinin qeyd edir ki, 1982-ci il tarixli Mənzil Məcəlləsində istifadə hüququnun yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıldığı müəyyən edilmiş, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar istifadə hüququna xitam verilməsi isə nəzərdə tutulmamışdır. Hazırki işin hallarından da görünür ki, cavabdeh mənzilə köçərkən mənzil order əsasında başqa şəxsin adına olmuş, sonradan mənzilin icarədarı dəyişərək X13 olmuş, daha sonra isə mənzil X7 adına özəlləşdirilmişdir. Bundan sonra isə Xətai rayon Məhkəməsinin 2(011)-4869/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə mülkiyyətçi X7 yaşayış hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi rədd edilmiş, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzildən istifadə hüququ tanınmışdır. Məhkəmə qeyd edir ki, mənzilin icarədarı və mülkiyyətçilərinin daha əvvəllər dəyişməsi Cavabdeh mənzildən istifadə hüququna xitam verməmişdir, odur ki, hazırda İddiaçı mənzil üzərində mülkiyyət hüququ əldə etməsi də Cavabdeh 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən yaranmış istifadə hüququna xitam verilməsinə əsas təşkil etmir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə istifadə hüququ tanındığından və qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehin istifadə hüququnun itirilməsinə əsas olan hal baş vermədiyindən Cavabdeh hazırda da mənzilə istifadə hüququ mövcuddur. Odur ki, onun kompensasiya verilmədən Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 2, 76 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli