Məhkəmə qərarları › İş №2(011)-2091/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2091/2023

31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2091/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: Hazırki iddia ərizəsi üzrə cavabdeh digər şəxslərlə qabaqcadan əlbir olan qrup halında iddiaçının etibarından sui-istifadə edərək iddiaçıya Bakı şəhərində müxtəlif lombardlarda olan iddiaçının qızıllarını çıxarıb baha qiymətə satmaqla iddiaçının yeznəsi X7 eyni adla alınmış 60.000 ABŞ dollarının qısa müddətdə qaytaracaqlarına yalan vəd verib aldadaraq 2019-cu ilin dekabr ayının ortalarında milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollarını, 2019-cu ilin dekbar ayının sonlarında eyni adla 30.000 manat, 2020-ci ilin yanvar ayının əvəllərində eyni adla 14.000 manat, 2020-ci ilin yanvar ayının sonlarında eyni adla, milli ön ödəmə terminalı vasitəsilə 2500 manat, 2020-ci ilin ferval ayının əvvəllərində eyni adla milli məzənnə ilə fevral 2020-ci il tarixdə 30.000 manat, 2020-ci ilin fevral ayının sonlarında eyni adla milli ön ödəmə terminalı vasitəsilə 2500 manat, 2020-ci ilin mart əvvəllərində eyni adla 20.000 manat, 25 mart 2020-ci il tarixdə milli məzənnə ilə 23.800 manat təşkil edən 14.000 ABŞ dolları və 15.000 manat, 2020-ci ilin mart ayının sonlarında eyni adla milli ön ödəmə terminalı vasitəsilə 2500 manat, 01 aprel 2020-ci il tarixdə eyni adla “Turan Bank” vasitəsilə milli məzənnə ilə 25.000 manat təşkil edən 15.000 ABŞ dolları, 2020ci ilin aprel ayının sonlarında eyni adla milli ön ödəmə terminalı vasitəsilə 1100 manat, 2020ci ilin may ayının ortalarında eyni adla 1000 manat, cəmi 194.500 manat məbləğində pulu ələ keçirmişlər. Hazırda məhkum olunmuş X1 Nailə Rasim qızı qabaqcadan əlbir olan qrup halında iddiaçının etibarından sui-istifadə edərək iddiaçıya Bakı şəhətində lombardlarda olan iddiaçının qızıllarını çıxarıb baha qiymətə satmaqla iddiaçının yeznəsi X7 eyni adla alınmış 60.000 ABŞ dollarını qısa müddətdə qaytaracaqlarına yalan vəd verərək aldadaraq 2019-cu ilin mart ayının əvəllərində 20.000, 2019-cu ilin mart ayının sonlarında eyni adla 20.000 manat və milli məzənnə ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, 2019-cu ilin aprel ayının əvvəllərində eyni adla 50.000 manat dəyərində olan qızıl-ziynət əşyaları, 2019-cu ilin may ayının əvvəllərində eyni adla 8000 manat, 2019-cu ilin may ayının ortalarında eyni adla 10.000 manat, 2019-cu ilin iyun ayının ortalarında eyni adla milli məzənnə ilə 4250 manat təşkil edən 2500 ABŞ dolları, həmin gün 2000 manat, 2019-cu ilin iyun ayının sonlarında eyni adla 5000 manat dəyərində qızıl-ziynət əşyaları, 2019-cu ilin noyabr ayının əvəllərində eyni adla 10.000 manat pulunu, cəmi 133.500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan çəkdiyini, əsəb sarsıntısı keçirdiyini, eləcə uzun müddət istintaq və təhqiqat orqanlarına və məhkəmələrə gedib-gəlməyə məcbur olduğunu qeyd etmişdir. İddia ərizəsində də iddiaçı çəkdiyi mənəvi ziyanı 60.000 manat məbləğdə qiymətləndirmişdir. Əvvəlcədən əlbir şəkildə qrup halında cinayət yolu ilə iddiaçıya və digər zərərçəkmişlərə əmlak ziyanı vurmuş şəxslərə o cümlədən hazırki iddia ərizəsi üzrə cavabdehə törətdikləri əməllərə görə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir, hazırda həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuşlar. Onların o cümlədən hazırki iddia ərizəsi üzrə cavabdehin cinayət əməli tam sübuta yetirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-610/2022 saylı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə zərərçəkmiş şəxslər X3, X8, məhkumlar X4, X12, müdafiəçiləri X9 və X2 apellyasiya şikayətləri mənim və X12 müdafiəçisi X9 apellyasiya şikayətlərinə əlavələri təmin edilməmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin iş üzrə hökmü dəyişdirilmədən saxlanılmış, cavabdehə qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ mənə izah edilmişdir. Cavabdehin və onunla əlbir olan qrupun qanunsuz və cinayət əməlləri nəticəsində maddi və mənəvi ziyan çəkdiyini və mülkiyyət hüquqlarının pozulduğunu iddia ərizəsində qeyd etmişdir. Qeyd edilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə 194.500 manat maddi ziyanın və 20.000 manat mənəvi zərərin cəmi 214.500 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının tələbi: Cavabdeh iddiaçının xeyrinə 194.500 manat maddi ziyanın və 20.000 manat mənəvi zərərin cəmi 214.500 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdeh tərəfindən iddia ərizəsinə heç bir yazılı etiraz, o cümlədən əlavə sübutlar təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən (xx.xx.2023-cü il tarixdə) İddiaçı öz izahatında qeyd etmişdir ki, o, 2019-cu ilin dekabr ayından sonra Nailə ilə münasibətlərini kəsmişdir, daha sonra təsadüfən Nailə ilə qarşılaşmış, həmin zaman Nailənin yanında Xeyransa da olmuşdur. Beləliklə, Nailə vasitəsilə Xeyransa ilə tanış olmuşdur. Xeyransa iddiaçıya bildirmişdir ki, o, maliyyə sahəsi üzrə təhsil almışdır və bu səbəbdən Nailənin pul vəsaitlərini artıq o, idarə edir, bu sahədə təcrübəlidir. Xeyransa iddiaçıya bildirmişdir ki, iddiaçı ona lazımi pul vəsaitlərini verərsə, bu işdə hər iki tərəf qazanc əldə edəcəkdir. Bu səbəbdən iddiaçı Xeyransaya inandığını və bu hadisədən sonra pul vəsaitlərini iddiaçı yalnız Xeyransaya vermişdir. İddiaçı qeyd etmişdir ki, vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesləri baş tutmuşdur. İddiaçı cinayət işinin əvvəllərində Nailədən şikayətçi olduğunu lakin daha sonra şikayətini geri götürdüyünü bildirmişdir. Çünki pul vəsaitlərini iddiaçı yalnız Xeyransaya vermişdir və səs yazısı ilə iddiaçıya məlum olmuşdur ki, Aqil Nailə və Xeyransanı döyərək onlardan pul vəsaitlərini almışdır. Aqillə bağlı cinayət işinə Bakı Apellyasiya Məhkəməsində baxıldığını qeyd etmişdir. İddiaçı bildirmişdir ki, ona ümumilikdə 300.000 manat ziyan vurulmuşdur. Bakı Ağır Cinayət Məhkəməsində məhkəmə prosesi baş tutan zaman Aqil iddiaçıya 100.000 manat pul ödəmiş, daha sonra Nailə 35.000 manat pul vəsaitini Aqilin verdiyini bildirərək iddiaçıya vermişdir. Sonrakı dövrlərdə Nailə yenə də iddiaçıya müxtəlif məbləğlər ödəmişdir, iddiaçı öz izahatında da qeyd etmişdir ki, o hal-hazırki dövrə qədər geri qaytarılmış məbləği 50.000 manat qiymətləndirir odur ki, iddia tələbindən 50.000 manat həcmində imtina edir. İddiaçı mənəvi zərərlə bağlı bildirmişdir ki, baş vermiş məhkəmə prosesləri zamanı çox stress yaşamış, onun səhhətində problemlər yaranmışdır. Eyni zamanda pul vəsaitlərini vermək üçün iddiaçı öz tanışlarından hətta borc aldığını bildirərək utanc hissi yaşadığını öz izahatına əlavə etmişdir. Məhkəmənin cinayət işi üzrə təqsirli bilinən digər şəxsləri də cavabdeh qismində cəlb etməsi ilə bağlı mövqeyinə cavab olaraq bildirmişdir ki, o, yalnız Cavabdeh tələb etməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən cinayət işi üzrə təqsirli bilinən şəxslərdən biri olan Aqillə bağlı o hələ də cinayət mühakimə icraatı qaydasında şikayətçidir. Aqil barəsində hal-hazırda Ali Məhkəmədə iş davam etməkdədir. Nailə barəsində isə iddiaçı şikayətçi olsa da sonradan öz şikayətindən imtina etdiyini bildirmişdir. Həm də Nailə ona 50000 manat vudruğu ziyanı ödədiyi üçün onu cavabdeh qismində cəlb etmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, o, əvvəllər Aqilin yanında operator işləmişdir, Nailə ilə Aqil vasitəsilə tanış olmuşdur, daha sonra Nailə ilə yaxın dostluq münasibətləri olmuş, Nailə ilə işləməmiş, heç bir iş münasibəti olmamışdır. Cavabdeh qeyd etmişdir ki, o, yalnız Nailənin avtomobilini idarə etmişdir. Nailə və Aqil birlikdə qızıl işləri görürdü. İddiaçı pulu masa və yaxud digər əşyaların üzərinə qoymuş, pul verilən zaman Nailə və Xeyransa birlikdə olmuşlar, lakin, iddiaçı pulu qoyduqdan sonra pulu özü qəbul etməmişdir. Düzdür, müxtəlif vaxtlarda onun hesabına iddiaçı pul köçürmüş, lakin cavabdeh bu pulu özü götürməmişdir. Yalnız bir dəfə Yeganə şadlıq sarayının yanındakı evdə Bulud müəllim Nailə ilə ona pul verəndə, Bulud müəllim demişdi ki, Xeyransa gəl pulu götür. Mən də götürüb saymışam. Cavabdeh qeyd etmişdir ki, çox vaxt verilən pulların məbləğini saymamış və nə qədər pul olduğunu bilməmişdir. Həmçinin, iddiaçı cavabdehin hesabına pul vəsaitləri köçürmüş, bunu cavabdeh özü də izahatlarında təsdiq etmişdir, lakin həmin pul vəsaitləri cavabdehin kart hesablarına göndərilsə də, cavabdeh pul vəsaitlərini özü üçün xərcləmədiyini, göndərilən bütün məbləğləri Nailəyə verdiyini demişdir. Həmçinin cavabdeh bildirmişdir ki, pul vəsaitlərinin bir hissəsini iddiaçıya geri qaytarmışdır, lakin ödəniş qəbzlərini bu günədək saxlamamışdır, bu səbəbdən də ödənişlərin həyata keçirildiyini sübut edə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-610/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 Hökmünə əsasən, İddiaçı zərərçəkmiş şəxslərdən biri kimi tanınmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-610/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına əsasən, məhkəmə zərərçəkmiş şəxs İddiaçı məhkum Cavabdeh münasibətdə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olması izah edilmişdir; - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 Hökmünə əsasən, X10 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək X5 təyin olunmuş 07 (yeddi) il 06 (6) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməklə 2(iki) il sınaq müddəti müəyyən edilmişdir. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. X18 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək X14 təyin olunmuş 07 (yeddi) il 06 (6) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməklə 2(iki) il sınaq müddəti müəyyən edilmişdir. X12 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Cavabdeh təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: İddiaçı və X6 hazırki iş üzrə mülki iddiaçı qismində iştirakları və həmin iş üzrə mülki iddiaları üzrə icraata xitam verilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 Hökmünün müəyyən etdi hissəsinə əsasən cinayət işi üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı o cümlədən müvafiq epizodlar üzrə iş üzrə təqsirləndirilən şəxslər X10 və X12 qeyd edilən dələduzluq cinayət əməlləri nəticəsində İddiaçı 133500 manat (yüz otuz üç min beş yüz manat) məbləğində maddi ziyan vurulduğu, həmçinin X10, X18 və Cavabdeh birlikdə törətmiş olduqları cinayət əməlləri nəticəsində isə İddiaçı 194500 (yüz doxsan dörd min beş yüz manat) məbləğində maddi ziyan vurulduğu, onun irəli sürmüş olduğu iddia tələbi ilə bağlı 30 (otuz) manat məbləğində pulun dövlət rüsumu kimi ödədiyi müəyyən edilmiş, lakin qeyd edilən cinayət əməlləri nəticəsində İddiaçı mənəvi ziyan vurulduğu öz təsdiqini tapmamışdır. - Bakı şəhər prokurorunun ədliyyə müavini ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən tərtib edilmiş X18, X10 və Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə 09 iyul 2021-ci il tarixli İttiham aktına əsasən, müəyyən olunur ki, Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokol: 1.Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. 135.1. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

502. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

503. Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki iş üzrə Cavabdeh 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapdığından və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan iddia tələbi qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 610/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 Hökmünə əsasən, zərərçəkmiş şəxslərdən biri kimi tanınmışdır. Mülki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1413/2021 Hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-610/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarının müəyyən etdi hissəsinə əsasən, məhkumlar X18, X10 və Cavabdeh cinayət əməlini törətmələri özlərinin ifadələri, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan və qeyd edilən hökmə əsasən, şəxsin təqsirli olması və cinayət hadisəsi ilə birbaşa əlaqəsi öz təsdiqini tapdığından Cavabdeh iddiaçı qarşısında öhdəlik daşıması preyudisial əhəmiyyətli faktdır. Məhkəmə cinayət işi üzrə bir neçə təqsirləndirilən şəxs olmasına baxmayaraq qeyd edilən pul məbləğinin məhz hazırki mülki iş üzrə Cavabdeh tutulması məsələsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı məhkəmə iclaslarında öz izahatları zamanı qeyd etmişdir ki, o, bütün sözügedən pul vəsaitlərini Cavabdeh ödəmişdir. Həmçinin məhkəmə iclasları zamanı hər iki tərəf pul vəsaitinin Xeyransaya göndərilməsini təsdiq etmişdir. İddiaçı öz izahatlarında pul vəsaitinin nə üçün yalnız Cavabdeh tələb etməsi ilə bağlı məsələyə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən cinayət işi üzrə təqsirli bilinən şəxslərdən biri olan Aqillə bağlı o hələ də cinayət mühakimə icraatı qaydasında şikayətçidir. Aqil barəsində hal-hazırda Ali Məhkəmədə iş davam etməkdədir, Nailə barəsində isə iddiaçı şikayətçi olsa da sonradan öz şikayətindən imtina etdiyini bildirmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Aqil, Nailə və Xeyransa bu cinayət əməlini əlbir olaraq qrup şəklində törətsə də o, Nailə ilə əlaqəsini uzun zaman öncə (2019-cu ildən) kəsmiş, sonra isə pul vəsaitlərini yalnız Xeyransanın vədlərinə aldanaraq ona ödəmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı qarşısında birgə borclular (X18, X10, Cavabdeh) movcuddur. Belə ki, preyudisial əhəmiyyətli qanunu qüvvəsini almış cinayət işinin materiallarından da görünür ki, vurulmuş zərərlə bağlı iddiaçı qarşısında bir neçə şəxs öhdəlik daşıyır, bu öhdəliyin icrası borcluların hər birinə bütövlükdə həvalə edilmiş, onların iddiaçıya vurduğu zərər üzrə payları müəyyən edilməmişdir, burda birgə öhdəlik mövcuddur (AR MM 500-cü maddə). Mülki qanunvericiliyin tələbinə əsasən kreditor qismində çıxış edən iddiaçı öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. (AR MM 501-ci maddə). Məhəkəm hesab edir ki, mülki qanunvericiliyə əsasən birgə öhdəliyi icra etmiş borclu, gələcəkdə qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir (MM 509.1-ci maddə). İddiaçı iddia ərizəsində 194.500 manat maddi ziyanın vudulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bu məbləğdən 50000 (əlli min) manat iddiaçıya artıq ödənilmişdir. Bu səbəbdən də məhkəmə tələbin maddi ziyanla bağlı hissəsində 194.500 manat deyil, (194.500-50000=144.500) daha az məbləğdə olduğunu təsbit etdiyindən iddia tələbinin maddi ziyanla bağlı hissəsində iddianın 144.500 manat həcmində təmin edilməsini ədalətli hesab edir. İddiaçının tələblərindən biri də məhz ona vurulmuş mənəvi zərərin ödənilməsidir. Məhkəmə mənəvi zərərin ödənilməsi məsələsi ilə bağlı belə qənaətə gəlir ki, cavabdehin və digər şəxslərin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi stress və sarsıntıların, bir sözlə, ona vurulmuş mənəvi zərərin nədən ibarət olduğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya vurulmuş mənəvi zərər öz təsdiqini tapmadığından iddia tələbinin bu hissəsinə münasibətdə təmin edilməməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 144.500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq yəni 434,50 (dörd yüz otuz dörd manat əlli qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 144.500 (yüz qirx dörd min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh 434,50 (dörd yüz otuz dörd manat əlli qəpik) manat tutularaq dövlət rüsumunun əvəzi olaraq Dövlət nəfinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar