Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2113/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə dəymiş zərərin və mənəvi zərərin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh X6 qarşı – cavabdeh X4 mənzilə dəymiş 2000 manat maddi ziyanın, 50 manat dövlət rüsumunun və mənəvi zərərin əvəzi olaraq isə 1000 manat dəyərində hesablanaraq ümumi 3050 manatın cavabdeh X4 alınaraq iddiaçının xeyrinə tutulması və əlavə olaraq ünvan 1 ünvanında yerləşən cavabdehin mənzilinin su borularının cavabdeh X4 öz hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə texniki yanlışlığın aradan qaldırılması barədə ərizə ilə müraciət edərək iddia ərizəsində texniki yalnışlıq etdiyini, Cavabdeh əvəzinə X9 yazdığını, bunları nəzərə alaraq texniki yalnışlığın aradan qaldırılaraq cavabdehi Cavabdeh olaraq dəyişilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının üst qonşusudur. Bakı şəhəri Xətai Rayon 89 saylı MKİS-dən aldığı arayışa əsasən ünvan 3 ünvanda yerləşən mənzil cavabdeh X5 adınadır. Cavabdeh X6 məxsus mənzildə kirayəşinlər yaşayır. Cavabdehin mənzilinin boruları nasaz olduğundan iddiaçının mənzilinə indiyənə qədər küllü miqdarda ziyan dəymişdir. Hər dəfə iddiaçı cavabdehdən xahiş edəndə ki, borularınızı düzəltdirin evinin təmiri bərbad hala düşür, bu xahişi heç bir müsbət nəticə verməmişdir. Uzun illərdir ki, iddiaçının mənzilini ara sıra suya verirlər. Son iki ildir ki demək olar ki, hər gün cavabdeh mənzilindən iddiaçının mənzilinə su axır. Nasaz olan su borularını isə düzəltdirmək istəmir. Bununla bağlı iddiaçı dəfələrlə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə müraciətlər etmişdir. Amma buna baxmayaraq qarşı tərəf iddiaçıya maddi ziyan vurmaqda israrlıdır. Mülkiyyətində olan mənzildə iddiaçı ürək xəstəliyindən əziyyət çəkən anası ilə yaşayır. Bütün bu olanlara görə anası mənzil bərbad hala düşəndən sonra məcbur qalıb qohumlarının evində yaşayası olmuşdur. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Xətai rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil Komunnal Təsərrüfat Birliyi 89 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, X1(keçmiş Telnov) küçəsi, 10 saylı evin, 66 saylı mənzilində qeydiyyatdadır və mənzilin sahibidir. İş materiallarında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, mənzil 64 iddiaçının xüsusi mülkiyyətindədir, hüquqların qeydiyyat tarixi xx.xx.2016-cı ildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçının mənzilinə baxış keçirilmiş, həqiqətən də 64-cü mənzilin vanna otağı və tualeti pis vəziyyətdə idi. Telnov 10, 66 nömrəli mənzilin sahibi X9 ilə telefonla əlaqə saxlanmış, o, gələcəyini bildirmişdir. Lakin gəlməmiş, mənzildə qalan kirayənişinlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də su axıntısı var və əllərinə keçən zibilləri balkondan aşağı atırlar. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 10, mənzil 66 mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1507 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1,3 və 4-cü sualları üzrə: iş üzrə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 66 saylı mənzilə baxış zamanı mənzilin şaxtasında, sanitar qovşaq avadanlıqlarında və su borularının aşkarda olan hissələrində faktiki olaraq qüsur (boru birləşmələrində qüsurları, su axıntısı və s.) aşkar edilməmişdir. Belə olan halda su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, mülki iş materialalrında (səh.10) 89 saylı MKİS-nin mühəndisi Ç.Quliyev, fəhlə M.Musayev və sahə nəzarətçisi S.Həsənova tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən işüzrə iddiaçıya məxsus 64 saylı mənzilə həmin ünvanda yerlədən 66 saylı mənzildən su axıdıldığı müəyyən olunur. Qərardadın ikinci sualı üzrə: Tikililərdə yaranmış qüsurların hansı tarixdə baş verməsinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın 2-ci sualının cavablandırılması mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: iş üzrə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 64 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmirbərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 954 manat məbləğində müəyyən olunur. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən xərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Sudan istifadə” Qaydalarının 5.1.8-ci maddəsinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) balansında olan STTSAS-da(su təchizatı və tullantı sularının axıdılması sistemləri) baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüquqlarıdır. Həmin Qaydalarının 9.9.-cu maddəsinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin hallarından da görünür ki, iddiaçıya məxsus məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 64 saylı mənzilə su axıdılır. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 66 saylı mənzilə baxış zamanı mənzilin şaxtasında, sanitar qovşaq avadanlıqlarında və su borularının aşkarda olan hissələrində faktiki olaraq qüsur (boru birləşmələrində qüsurları, su axıntısı və s.) aşkar edilməmişdir. Belə olan halda su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, mülki iş materiallarında (səh.10) 89 saylı MKİS-nin mühəndisi Ç.Quliyev, fəhlə M.Musayev və sahə nəzarətçisi S.Həsənova tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən iş üzrə iddiaçıya məxsus 64 saylı mənzilə həmin ünvanda yerləşən 66 saylı mənzildən su axıdıldığı müəyyən olunur. Tikililərdə yaranmış qüsurların hansı tarixdə baş verməsinin müəyyən edilməsinə dair metodika olmadığından mümkün olmamışdır. İddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 64 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 954 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin mülkiyyətində olduğu mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olub-olmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfi deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi). Bundan başqa, ekspert cavabdehə məxsus məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 66 saylı mənzilinə baxış zamanı mənzilin sanitar qovşağının şaxtasında həmçinin sanitar qovşaq avadanlıqlarında qüsur (su sızıntısı, boru və boru işləmələrində çatlar və s.) aşkar edilmədiyini bildirsə də, baxışın hansı qaydada, vizual, yaxud mənzilin sanitar qovşağına açıq şəkildə baxılmasını rəyində açıqlamamışdır. Ona görə də, məhkəmə hesab edir ki, rəyin həmin hissəsinə əsaslanmaqla iddianın rədd edilməsi qanuni hesab edilə bilməz. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə dəymiş zərərin 2000 manat olması hissəsində qismən əsaslıdır. Belə ki, Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1507 nömrəli rəyi ilə də müəyyən edilmişdir ki İddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 64 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 954 manat məbləğində müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, binadan nəyinsə axıdılması zamanı zərər vuran şəxsin məsuliyyət daşıması üçün bu şərtlər olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), şəxsiyyət və ya əmalka dəymiş zərər, həmin zərərin binanın (mənzilin, yaxud otağın) lazımi qaydada saxlanılmamasından irəli gəlməsi, yəni əməllə zərər arasında uyğun səbəbli əlaqə, məsuliyyətə səbəb olan binanın (mənzilin, yaxud otağın) cavabdehin mülkiyyətində və ya hər hansı formada sahibliyində olması. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən cavabdehin mənzilinin su borularının cavabdeh X4 öz hesabına təmir edilməsi” hissəsinə münasibət olaraq bildirir ki, iş üzrə təyin edilmiş ekspert rəyindən müəyyən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 10 ünvanında yerləşən 66 saylı mənzilə baxış zamanı mənzilin şaxtasında, sanitar qovşaq avadanlıqlarında və su borularının aşkarda olan hissələrində faktiki olaraq qüsur (boru birləşmələrində qüsurları, su axıntısı və s.) aşkar edilməmişdir. Belə olan halda yəni, boruların hansı hissəsində qüsurun olduğu müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehlərin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi mütənasib olaraq 50 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tikinit-texniki ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 50 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 954 (doqquz yüz əlli dörd) manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdehdan alınaraq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2113/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2113/2024
19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver