Məhkəmə qərarları › İş №2(011)-2124/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2124/2025

19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2124/2025 19.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Mehtiyeva Nailə Amur qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Sol üz sinirlərinin neyropotiyası, sol tərəfli orta dərəcəli prozoporez rezidnol diaqnoz ilə Azərbaycan Elmi Tədqiqat X7 müraciət etmişdir. İsntitutun həkim Cavabdeh onun müayinə və müalicələrini öz üzərinə götürmüş və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müalicələr etmiş, aparmış olduğu müalicələr üçün müəyyən aylarda ödənişlər almış, buna dair müvafiq resseplər yazmış buna görə iddiaçı yüzlərlə manat pul vəsaitləri xərcləyərək həmin Cavabdeh yazmış olduğu dərman preparatlarını almış və onları qəbul etmişdir. Uzun çəkən müayinə və malicələrdən sonra iddiaçının səhhətində heç bir irəliləyiş olmamış və bununla əlaqədar olaraq institutun baş həkiminə və həkim Cavabdeh iradlarını bildirmiş, ancaq bunların heç bir nəticəsi və təsiri olmamışdır. Dəfələrlə həkim Mustafayevaya bildirsə də ki, müailəcə prosesinin heç bir nəticəsi olmamış, ancaq o öz növbəsində bildirmişdir ki, "Narahat olmayın, düzələcək, sağalacaqsınız". Ancaq daha da ağırlaşmışdır. xx.xx.2023-cü il tarixində “Türk Med” Medical Center klinikasına məcburiyyət qarşısında müraciət edərək səhhətinin ağırlaşması və müalicə edilmənin mümkünlüyü öyrənilərkən məlum olmuşdur, onun müalicə və müayinələri düzgün şəkildə aparılmamış, baş beyin nahiyyəsində kistaların əmələ gəlməsi müşahidə edilmiş, normal olmuş hüceyrələr düzgün getməmiş müalicə nəticəsində məhv edilmiş, pataloji dəyişikliklərin olması və sair ağırlaşmış hallar müəyyən edilmişdir. Buna dair disk şəklində nəticələr iddiaçıya təqdim edilmişdir. Bundan sonra da İnstitutun direktoruna müraciət etmiş, onun müalicə və müayinələrini Cavabdeh düzgün etməmiş və düzgün etmədiyi müalicələrə görə onun 6-7 min manata yaxın xərclərinin çıxdığını bildirmiş, ancaq onlar özlərini müdafiə etmiş, heç bir addım ata bilməyəcəklərini bildirmişdirlər. Həkim Cavabdeh isə etdiyi müalicələrin tamamilə düzgün olmadığını bildiyi üçün ümumiyyətlə müalicənin davam etdirilməsindən imtina etmişdir. Həkim səhlənkarlığından kəskin surətdə əziyyət çəkir, həkimin səhlənkarlığı nəticəsində mənəvi iztirablar keçirmiş, bundan başqa maddi xərcləri də olmuşdur.

İddiaçının tələbi:

2. Azərbaycan Elmi Tədqiqat X6 həkimi Cavabdeh səhlənkarlığı nəticəsində ona dəymiş 7000 (yeddi min) manat maddi və 1000 (bir min) manat mənəvi zərərin əvəzi olaraq cəmi 8000 (səkkiz min) manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən heç bir yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahar verərək iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı ona müraciət etdikdə üzü çox əyilmişdi. Aparılan müalicələr nəticəsində müəyyən müsbət dinamika əldə edilmişdi. Müəyyən xəstəliklərin tam bərpa olunmur.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat X9”nun xx.xx.2023-cü il tarixli, 268 saylı Arayışına əsasən, İddiaçı G 51.0 Sol üz sinirinin neyropatiyası, residual dövr, Sol tərəfli prozoporez diaqnozu ilə xx.xx.2021-ci il tarixdə massaj N10 fonofarez hidrokartizonla N10 peloidoterapiya, N10 müalicə təyin edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat X9”nun xx.xx.2023-cü il tarixli, 266 saylı Arayışına əsasən, İddiaçı G 51.0 Sol üz sinirinin neyropatiyası diaqnozu ilə xx.xx.2023-ci il tarixdə botulinoterapiya 25 vahid məsləhət görülmüşdür.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat X9”nun xx.xx.2023-cü il tarixli, 267 saylı Arayışı.

9. “Türk Med” Medical Center xx.xx.2023-cü il tarixli Kranio-cerebral MRT incələməsinə əsasən, İddiaçı baş beyin strukturları MRT müayinəsi görüntüləri patologiyasızdır. Sisterna magna retroserebellar sahədə geniş izlənilir.

10. Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişə əsasən, İddiaçı qeyd etmişdir ki, həkim Cavabdeh onun müayinə və müalicələrinii etmiş, müalicə və müayinələri heç bir effekt verməmişdir. xx.xx.2023-cü il tarixində Türk Med medical Center klinikasına məcburiyyət qarşısında müraciət edərək səhhətinin ağırlaşması və müalicə edilmənin mümkünlüyü öyrənilərkən məlum olmuşdur, onun müalicə və müayinələri düzgün şəkildə aparılmamış, baş beyin nahiyəsində kistaların əmələ gəlməsi müşahidə edilmiş, normal olmuş hüceyrələr düzgün getməmiş müalicə nəticəsində məhv edilmiş, pataloji dəyişikliklərin olması və sair ağırlaşmış hallar müəyyən edilmişdir. Yenidən əməliyyat və malicə edilməsi zərurəti olduğunu bildirmişdir.

11. Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli təklifə (pretenziyaya) əsasən, E.Azadla aralarında razılaşdıqları və E.Azad tərəfindən çəkilmiş 7000 (yeddi min) manat pul vəsaitini İddiaçı ödəməyi xahiş edilmiş, əks təqdirdə, mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat X9”nun İddiaçı məxsus müalicə kitabçası.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rezonans Klinikasının həkimneyrocərrah X3 tərəfindən İddiaçı yazılmış xx.xx.2024-cü il tarixli resepti.

14. Azərbaycan Tibb Universitetinin X1 xx.xx.2024-cü il tarixli İddiaçı EKQ müayinəsinin rəyinə əsasən, “ÜEO sola. Sinus ritmi. ÜVS 78 vur/dəq. Sol mədaciyin hipertrofiyası. Sol mədəciyin arxa ön-yan divarının koronar qan tachizatının zəiflənməsi” qeyd edilmişdir.

15. Medera Hospital tərəfindən verilmiş İddiaçı Elektroneyromioqrafiyasına əsasən sol tərəfli facial sinirin hər üç şaxəsini əhatə edən xronik dövr aksonal degenerasiyalı neyropatiyası lehinədir.

16. Azərbaycan Elmi Tədqiqat X6 xx.xx.2024-cü il tarixli İddiaçı Abdominal ultrasəs müayinə protokolu.

17. Azərbaycan Elmi Tədqiqat X6 xx.xx.2024-cü il tarixli İddiaçı qanın ümumi müayinəsi.

18. Azərbaycan Elmi Tədqiqat X6 xx.xx.2024-cü il tarixli İddiaçı makroskopik müayinəsi.

19. Medera Hospital tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İddiaçı Kranial MRT nəticəsinə əsasən, intrakranial orqanik patologiya izlənilmir, retroserebellar araxnoidal kista.

20. Azərbaycan Elmi Tədqiqat X6 xx.xx.2024-cü il tarixli İddiaçı klinik laboratoriya nəticələri.

21. Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Məmməd Zeynəlovun xx.xx.2024-cü il tarixli Qərarına əsasən vət. Mustafayeva Elșana Eldar qızının şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi və materialın saxlanılması üçün Nərimanov RPİ-nin 18-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır.

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13882255 saylı Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışı.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” xx.xx.2025-ci il tarixli KEŞ-337 saylı rəyinə əsasən, 1-ci sual: İddiaçı xəstəliyi ilə bağlı Cavabdeh tərəfindən ona diaqnoz düzgün təyin edilmişdirmi? 2-ci sual: Cavabdeh tərəfindən təyin edilmiş müalicə İddiaçı diaqnozuna uyğun aparılmışdırmı? 3-cü sual: İddiaçı müalicəsindən öncə (xx.xx.2021) və sonra (xx.xx.2022) aparılmış elektroneyromioqrafiya müayinəsində hansı dinamika (müsbət və ya mənfi) olmuşdur? 4-cü sual: Cavabdeh tərəfindən İddiaçı təyin edilmiş müalicə ilə digər həkimlərin təyin etdiyi müalicələr arasında fərqlilik, yaxud eynilik varmı? 5-ci sual: Cavabdeh tərəfindən təyin etdiyi müalicənin aparılması nəticəsində İddiaçı səhhətində ağırlaşma, yaxud yeni törəmə (beyin nahiyyəsində kistaların əmələ gəlməsi) baş vermişdirmi? 6-cı sual: İddiaçı təyin edilmiş əsas diaqnoza görə təcili-təxirəsalmaz cərrahiyyə və plastik əməliyyat tələb olunurmu? Tədqiqatın nəticələri: 1-ci sual üzrə: İddiaçı xx.xx.2021-ci il tarixdə “X5 İnstitutu" PHŞ-nə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona "Sol üz sinirinin neyropatiyası, rezidual dövr; Sol tərəfli prozoparez" diaqnozu düzgün təyin edilmişdir. 2-ci sual üzrə: İddiaçı həkim Cavabdeh tərəfindən təyin edilmiş müalicə (Massaj, № 10; Fonofarez Hidrokartizonla, № 10; Peloidoterapiya) təyin edilmiş diaqnoza uyğun olmuşdur. 3-cü sual üzrə: İddiaçı müalicəsindən öncə (xx.xx.2021) və sonra (xx.xx.2022) aparılmış Elektroneyromioqrafiya müayinələrinin nəticələrini müqayisə etdikdə, alınmış nəticələrdə (nazaris əzələsində olan sinirdə) müsbət dinamika qeyd edilir. 4-cü sual üzrə: İddiaçı aparılmış kompleks müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur və aparılmış müalicələrin şəxsin mövcud olan sağlamlıq durumunun ağırlaşmasına (beyin nahiyəsində kistaların əmələ gəlməsinə) səbəb ola bilməsi istisna edilir. 6-cı sual üzrə: İddiaçı hal-hazırda təcili cərrahi müdaxiləyə tibbi göstəriş qeyd edilmir.

24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” xx.xx.2025-ci il tarixli 753/KEŞ saylı rəyinə əsasən, 1-ci sual üzrə: İddiaçı xx.xx.2021-ci il tarixdə “X5 İnstitutu" PHŞ-nə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona "Sol üz sinirinin neyropatiyası, rezidual dövr; Sol tərəfli prozoparez" diaqnozu düzgün təyin edilmişdir. 2-ci sual üzrə: İddiaçı həkim Cavabdeh tərəfindən təyin edilmiş müalicə (Massaj, № 10; Fonofarez Hidrokartizonla, № 10; Peloidoterapiya) "Sol üz sinirinin neyropatiyası, rezidual dövr; Sol tərəfli prozoparez" diaqnozuna uyğun olmuşdur. 3-cü sual üzrə: İddiaçı müalicəsindən əvvəl (xx.xx.2021) və sonra (xx.xx.2022) aparılmış Elektroneyromioqrafiya müayinələrinin nəticələrini müqayisə etdikdə alınmış nəticələrdə (nazaris əzələsində olan sinirdə) müsbət dinamika qeyd edilmişdir. 4-cü sual üzrə: İddiaçı aparılmış kompleks müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur və aparılmış müalicələrin şəxsin mövcud olan sağlamlıq durumunun ağırlaşmasına (beyin nahiyəsində kistaların əmələ gəlməsinə) səbəb ola bilməsi istisna edilir. 6-cı sual üzrə: İddiaçı hal-hazırda təcili cərrahi müdaxilənin icra eilməsinə tibbi göstəriş qeyd edilmir.

25. Fotoşəkillər.

26. CD-disk.

27. İş materiallarına əlavə edilmiş digər sənədlər. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı.

32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.

33. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli Qərarı

34. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı

Məhkəmənin mövqeyi:

33. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir.

34. Məhkəmə qeyd edir ki, hazırkı tələbin qanuni əsasını ziyan təşkil etdiyindən, iddianın təmin olunması üçün ilk olaraq cavabdehin təqsirli hərəkət və ya hərəkətsizlikləri müəyyən olunmalıdır. Belə ki, MM-in 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. (§33)

35. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

36. İşin mübahisəsiz hallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat X9”nun xx.xx.2023-cü il tarixli, 266 saylı Arayışına əsasən, İddiaçı G 51.0 Sol üz sinirinin neyropatiyası diaqnozu ilə xx.xx.2023-ci il tarixdə botulinoterapiya 25 vahid məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan Elmi Tədqiqat X9”nun xx.xx.2023-cü il tarixli, 268 saylı Arayışına əsasən, İddiaçı G 51.0 Sol üz sinirinin neyropatiyası, residual dövr, Sol tərəfli prozoporez diaqnozu ilə xx.xx.2021-ci il tarixdə massaj N10 fonofarez hidrokartizonla N10 peloidoterapiya, N10 müalicə təyin edilmişdir. (§6, §7)

37. İş üzrə məhkəmə tərəfindən təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası Mərkəzi və X4” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli KEŞ-337 saylı və xx.xx.2025-ci il tarixli 753/KEŞ saylı rəylərinə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə “X5 İnstitutu" PHŞ-nə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona "Sol üz sinirinin neyropatiyası, rezidual dövr; Sol tərəfli prozoparez" diaqnozu düzgün təyin edilmişdir. İddiaçı həkim Cavabdeh tərəfindən təyin edilmiş müalicə (Massaj, № 10; Fonofarez Hidrokartizonla, № 10; Peloidoterapiya) "Sol üz sinirinin neyropatiyası, rezidual dövr; Sol tərəfli prozoparez" diaqnozuna uyğun olmuşdur. İddiaçı müalicəsindən əvvəl (xx.xx.2021) və sonra (xx.xx.2022) aparılmış Elektroneyromioqrafiya müayinələrinin nəticələrini müqayisə etdikdə alınmış nəticələrdə (nazaris əzələsində olan sinirdə) müsbət dinamika qeyd edilmişdir. İddiaçı aparılmış kompleks müalicələr ona təyin edilmiş diaqnoza uyğun olmuşdur və aparılmış müalicələrin şəxsin mövcud olan sağlamlıq durumunun ağırlaşmasına (beyin nahiyəsində kistaların əmələ gəlməsinə) səbəb ola bilməsi istisna edilir. İddiaçı hal-hazırda təcili cərrahi müdaxilənin icra eilməsinə tibbi göstəriş qeyd edilmir. (§23, §24).

38. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh İddiaçı düzgün diaqnoz qoyularaq, müalicə düzgün icra edilmiş, onun sağlamlığına hər-hansı zərər vurulmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin təqsiri ucbatından hər hansı zərərin dəyməsi iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia maddi ziyanın vurulması hissəsində əsassızdır. İddiaçı iddi tələbinin digər bir hissəsində cavabdehdən 1000 (bir min) manat mənəvi zərərin əvəzi olraq pulun cavabdehdən tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. (§32)

37. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. (§33)

38. İddiaçının maddi ziyanla bağlı tələbi mənvi ziyanla bir başa əlaqədardır. İddiaçı ona maddi və mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur.

38. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona maddi və mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun maddi və mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. İddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar