Məhkəmə qərarları › İş №2(011)-215/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-215/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-215/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ödənilmiş 4395 manat məbləğində sığorta ödənişinin və 30,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, «X1» LTD-yə (faydalanan şəxs) məxsus “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə sığortalanmış, xx.xx.2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh özünə məxsus “X2” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2016-cı il tarixdə cavabdeh barəsində (xx.xx.2016-cı il tarixli KYP410040 saylı inzibati xəta haqqında protokola əsasən) tərtib edilmiş Qərar əsasında o, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Həmçinin, "xxxx" şirkəti tərəfindən sığortalanmış avtomobilə 4495 manat məbləğində zərərin dəyməsi müəyyən edilərək, bu barədə iddiaçı tərəfindən 027270 saylı sığorta aktı tərtib edilmiş və xx.xx.2016-cı il tarixli məxaric xəzinə orderi əsasında, 100 manat franşiza çıxılmaqla, 4395 manat sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh idarə etdiyi avtomobil ilə Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətməklə «Nissan Pathfinder» markalı, ** JL *** dövlət nömrə nişanlı minik avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə ziyan dəymişdir. «Nissan Pathfinder» markalı, ** JL *** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərər 4495 manat olmaqla müəyyən edilmiş və iddiaçı tərəfindən dəymiş zərər ardan qaldırılaraq 4395 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 4395 manat cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasnda iddia ərizəsinə uyğun izahat verərək iddianın rədd edilmsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi iddianı qəbul etməyərək avtomobilə dəymiş maddi zərərin iddiaçı tərəfindən həddən artıq şişirdilməsini və iddia müddətinin keçməsini əsas götürərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin zahatlarını, iddia ərizəsinin dəlillərini, eləcə də işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və zərərvranın təqsirli olması əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə sığortalanmış “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2016-cı il) sığorta hadisəsi baş vermiş və sığortalanmış avtomobil cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir. Həmçinin, iddiaçı tərəfindən zərər dəymiş avtomobilə görə 4395 manat sığorta ödənişi nəğd qaydada ödənilmişdir. Eləcə də, cavabdehin yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olması müəyyən edilmişdir. Beləliklə, cavabdehin təqsiri nəticəsində könüllü sığortası növü üzrə sığortalı avtomobilə zərər dəydiyindən və dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, göstərilən əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ da iddiaçıya keçmişdir. Lakin məhkəmənin qənaətinə görə iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8882 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünü ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə 4270 manat maddi ziyan dəymişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmədə iddia qaldırması ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdın tutularaq iddiaçıya ,ekspertiza xərci isə dvölət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 4270 manat məbləğində pul və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar