Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-218/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi isə məhkəməyə müraciət edərək Cavabdeh mənzilinə dəyiş 3000 manat maddi ziyanın, 30 manat dövlət rüsumunun və mənəvi zərərin əvəzi isə 3000 manat dəyərində hesablanaraq, ümumi 6030 manatın onun xeyrinə tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.09.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil İddiaçı və X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə vurulmuş mənəvi ziyana görə 195 manat məbləğində pulun ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, 29.09.2021-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsini cavabdeh X4 hissədə müdafiə etmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən mənzil ona məxsusdur, cavabdeh onun üst qonşusudur, aldığı arayışa əsasən, həmin ev cavabdehin adınadır, mənzildə öz ailəsi yaşayır, onun mənzilinin boruları nasaz olduğundan öz mənzilinə 2020-ci ildə su axması nəticəsində ziyan dəymişdir, həmin su axma nəticəsində mənzilinin mətbəxi, dəhlizi və qonaq otağının divar kağızları döşəmə laminatı, iki mebel ara qapısı və mənzilinin işıq sistemi xarab olub sıradan çıxmışdır, bu barədə cavabdehə şikayətini bildirmiş, hətta ərazi Polis şöbəsinə də şikayətini bildirmişdir, polisdən bununla bağlı məhkəməyə müraciət etməyini bildirmişlər, cavabdehin dediyinə görə guya şikayətlərindən sonra ona 570 manat pul verilmişdir, lakin cavabdeh tərəfindən ona heç bir maddi və mənəvi köməklik göstərilməmişdir, işıq sistemi sıradan çıxdığı üçün usta çağırıb düzəltdirmişdir, təkcə elə buna 50 manat xərci çıxmışdır, əlavə olaraq mən mənzilin mətbəxini, dəhlizini və qonaq otağının təmiri üçün usta çağırmışdır, mənzilinin təmiri üçün usta divar kağızlarının dəyişdirilməsi, iki ara mebel qapının dəyişdirilməsi və döşəmə laminatm dəyişdirilməsi üçün 3000 manat pul tutacağını bildirmişdir, bunu cavabdehə bildirsə də, cavabdeh imtina edərək guya ki, mənə evin təmiri, material və ya 570 manat pul verə bilər, bununla da mənzilə dəyən ziyan ödəniləcək, onunla razılaşmayaraq bildirmişdir ki, mənzilinə 3000 manat ziyan dəymişdir, 500-600 manat məbləğ azdır, həmçinin özü yaşlı qadındır, himayəsində 2-ci qrup əlil olan yataq xəstəsi qızı var, yenidən mənzili təmir elətdirməyə gücü çatmır, cavabdeh isə mənzilinə vurduğu ziyanı tam ödəməkdən imtina edir, məcbur qalıb məhkəməyə şikayət etməli olmuşdur, cavabdeh mənzili təmir etməkdən min bəhanələrlər boyun qaçırmışdır, buna görə ağır sarsıntı keçirmişdir, mənzilin divarları su içindədir, özü və xəstə qızı bu səbəbdən xəstələnmişdir, qarşılıqlı iddia tələbini qəbul etmir, qarşı tərəfin təqdim etdiyi səs yazısı da ona məxsus deyildir, səs qızınındır. Sonda İddiaçı ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili K.E.Nurəliyev iddiaçının izahatına uyğun izahat verərək ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 27.09.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini qəbul etməyək izahatında bildirmişdir ki, iddiaçının bir mərtəbə yuxarı qonşuluğunda həyat yoldaşı rəhmətə getdiyi üçün tək yaşayır, övladları ailəlidir, ayrı yaşayırlar, 2020-ci ilin avqust ayında alt qonşusu-iddiaçı ona evindən onun evinə axşam saatlarında binaya suyun verildiyi zaman su axdığını bildirmiş, dərhal tərəfindən su axmasının qarşısı alınmış, həmin mənzilə baxılmış, mətbəx və koridordakı divar kağızlarında və həmin ərazilərin döşəməsində su izləri müşahidə olunduğu üçün dəymiş zərərin ödəniləcəyini bildirmişdir, sonra pandemiyadan irəli gələn risklərə baxmayaraq iddiaçının evinə dəyən ziyanın qarşılanması üçün bütün cəhdlər edilmişdir, birgə söhbət aparılmış, oğlu, iddiaçı və onun nəvəsi Səbinə ilə birlikdə dəfələrlə mağazalara gedərək, mənzilə lazım olan divar kağızları tapılmış, alınması təklif edilmiş, lakin iddaçı həmin divar kağızlarının qiyməti müqabilində pul ödənilməsini xahiş etmişdir, divar kağızlarının məbləği və usta pulu hesablanaraq iddiaçı və nəvəsi Səbinəyə təqdim edilmişdir, həmçinin döşəməsinə dəymiş ziyan müqabilində ona iddiaçı və nəvəsinin birgə seçib bəyəndiyi laminat alınaraq evinə gətirilmiş, təmir üçün lazım olan usta pulu və başqa xərclər ödənilmişdir, malların alınması ilə birlikdə iddiaçıya dəymiş ziyanı ödəmək üçün 570 manat məbləğində xərc çəkilmişdir, bir müddət sonra iddiaçı yeni alınmış və özü seçmiş Polşa istehsalı olan laminatları mağazaya geri qaytarmış və ödənilmiş pul iddiaçıya mağaza tərəfindən geri qaytarılmışdır, bundan sonra iddiaçı yeni şərtlərlə ondan pul tələb etməyə başlamış, ölkədə olan tikinti materiallarını bəyənmədiyini və onların Ukrayna və digər xarici ölkələrdən gətirilməsini tələb etmişdir, bu bir ildir ki davam edir və hər dəfə bəhanələr gətirərək iddiaçı və qızı Təranə ondan əsassız yerə pul istəmişdir, hadisədən 1 ildən çox müddət keçdikdən sonra isə iddiaçı belə əsassız iddia ilə məhkəməyə iddia qaldırmışdır, onun və iddiaçının yaşadığı mənzilə də mütəmadi olaraq üst qonşular tərəfindən su axıdılmış, öz evinin divarları da yararsız vəziyyətə düşmüşdür, öz evini təmir etmək üçün imkanı olmamasına baxmayaraq, qonşuluq münasibətlərini üstün tutaraq iddiaçıya dəymiş ziyanı dərhal ödəmişdir, iddiaçı uzun illərdir ki, mütəmadi olaraq onu və qonşuları təhqir edir, ailəsi haqda nalayiq ifadələr işlədir, keçən ilin avqust ayından sonra isə bu vəziyyət artıq dayanılmaz hala gəlmişdir, daim eyvandan nalayiq sözlər işlədərək onu mənzilində baş vermiş nasazlıqlara görə günahkar bilir, ağıza yaraşmayan ifadələr işlədir, təkcə onu yox, övladlarını və vəfat etmiş həyal yoldaşının ruhunu da təhqir edir, həyat yoldaşının 1948-ci ildə Ermənistan SSRİ-dən deportasiya olunaraq qaçqın gəlməsini bildiyi üçün onları erməni adlandıraraq ictimai şəkildə təhqir edir və ləyaqətlərini alçaldır, bununla bağlı AR Daxili İşlər Nazirliyinin "102" xidmətinə 35 saylı Polis bölməsinə müraciət olunmuş və iddiaçıya və qızı Təranəyə xəbərdarlıq edilməsinə, 50 manat məbləğində cərimələməsinə baxmayaraq, şikayətlər və ödənilmiş cərimə nəticəsini verməmiş, bu günə qədər də iddiaçı tərəfindən təqib və söyüşlər davam edir. Sonda Cavabdeh ilkin iddia tələbinin təmin edilməməsini, qarşılqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək, cavabdehin izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, su sızmadan sonra cavabdeh 570 manat dəyərində mal almış və iddiaçıya təqdim etmişdir, iddiaçı isə əvvəl onları qəbul etsə də, sonradan səhəri gün onları geri qaytarıb, pulunu almışdır, eyni zamanda ekspertin rəyinin də qeyd etdiyi rəqəmlərlə razı deyildir, səbəb isə onların şişirdilməsi və indiki bazar qiymətinə uyğun olmamasıdır, İddiaçı və qızı cavabdehi təhqir etmişdir, hətta qızı bununla bağlı 50 manat məbləğində cərimələnmişdir, təqdim edilən səs yazısında danışanlar həm iddiaçı, həm də onun qızıdır. Sonda Vəkil ilkin iddia tələbinin rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan 96 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 33 №-li 20.08.2021-ci il tarixli məktubdan görünür ki, General Mehmandarov küçəsi ev 84, mənzil 38 ünvanda mənzilin sahibi Cavabdehdır, ailə tərkibi Cavabdeh, X7, X6, X8, X5r. İş materiallarından görünür ki, 96 saylı MKİS-in Rəisi Z.İsmayılov, Mühəndis R.Əhmədov, Sahə nəzarətçisi R.Fərəcova tərəfindən 20.08.2021-ci il tarixində imzalanmış aktda qeyd edilmişdir ki, 10.08.2020-ci il tarixdə General Mehmandarov küçəsi ev 84, mənzil 36-da yaşayan X1 mənzilinə üst qonşu mənzil 38-də yaşayan Cavabdeh mənzilindən su axıntısı olmuşdur və mənzilə müəyyən ziyan dəymişdir, baxış keçirilməsi və hal-hazırda mənzildə heç bir su axıntısı yoxdurş İş materiallarında olan məhkəmə ekspertizası mərkəzinin 21.12.2021-ci il tarixli 10/5550 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus 36 saylı mənzilin binanın 5-ci mərtəbəsində, cavabdehə məxsus mənzilin isə binanın 6-cı mrtəbəsində yerləşdiyini, 38 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otaqları tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən 1 saylı evin 38 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su axıdıldığı və nəticədə mənzilin dəhliz, mətbəx və yaşayış otaqları tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur, Bakı şəhəri, General Mehmandarov küçəsi ev 84-də yerləşən 36 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2946.0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 84 də yerləşən 36 saylı mənzil İddiaçı məxsusdur, həmin mənzilə ondan yuxarı mərtəbədə yerləşən Cavabdeh məxsus 38 saylı mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin dəhliz, mətbəx və yaşayış otaqlarının divar və tavan hissələrinə aiddir, həmin hissələrin təmir-bərpa xərcləri 2946,0 manat təşkil edir, cavabdeh tərəfindən iddiaçıya mənzilin təmiri ilə bağlı 570 manat pul ödənilmişdir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini və dəymiş zərərin ödənilməsini istisna edən, habelə İddiaçı təqsirli hərəkətləri nəticəsində Cavabdeh mənəvi zərər dəyməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının rəyi üzrə ekspertin gəldiyi nəticələr əmlaka dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün əsas kimi qəbul edilməli, iddiaçının ilkin iddia ərizəsində qeyd etdiyi “cavabdeh tərəfindən ona 570 manat pul verilmişdir” barədə etirafları nəzərə alınaraq dəymiş maddi ziyan kimi 2376 manat (2946-570=2376) alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, ilkin iddia tələbinin “vurulmuş mənəvi zərərə görə 3000 manatın cavabdehdən tutulması” barədə hissəsinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdehin hüquqa zidd əməli, İddiaçı mülkiyyətində olan daşınmaz əmlakına vurulmuş ziyanın aradan qaldırılması və onun öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməli və İddiaçı dəymiş mənəvi zərərin əvəzi 100 manat həddində qiymətləndirilməlidir. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, bu, tələb irəli sürən tərəfin (Cavabdeh) sübutetmə yükü ilə bağlıdır və o, bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına belə sübutlar əlavə edilməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Bundan başqa onun qarşılıqlı iddia tələbi üzrə dəlilləri, həmçinin təqdim etdiyi sübutlar da İddiaçı qanunsuz əməlləri barədə halları özündə ifadə etmir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı deyil və buna görə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 2376 manat məbləğində pul, mənəvi zərərin əvəzi kimi 100 manat, ümumilikdə 2476 manat alınaraq İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi və ilkin iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları müəyyən edilmədiyindən, ekspertiza ilə əlaqədar aparılmış tədqiqatın dəyərini təşkil edən 50 manat və ilkin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq, müvafiq olaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) və İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən, ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 2376 manat, mənəvi zərərin əvəzi kimi 100 manat, ümumilikdə 2476 (iki min dörd yüz yetmiş altı) manat və dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçı qarşı “vurulmuş mənəvi ziyana görə 195 manat məbləğində pulun ona verilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-218/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-218/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver