Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-226/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Cavabdeh3 qarşı “maddi və mənəvi ziyan tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Cavabdeh3 qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan, “Hunday Grandeur minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 6647manat maddi ziyan, 5000 manat mənəvi ziyan olmaqla, cəmi 11647 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 08:30 radələrində Bakı şəhəri, Ziya Bünyatov prospekti ilə hərəkət edərkən, Cavabdeh2 idarə etdiyi “VAZ-21074” minik markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomaşın onun idarəçiliyində olan avtomaşını vurmuşdur. Cavabdeh2 idarə etdiyi nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə digər Cavabdeh1 məxsusdur. Hadisə zamanı hər hansı bir şəxsə səhhəti ilə əlaqədar xəsarət yetirilməsə də, mənə məxsus nəqliyyat vasitəsinə xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh2 barəsində xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin tarixdə TP ******* nömrəli qərar qəbul olunmuşdur. (Qərara əsasən, Cavabdeh2 ARnın İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi barədə təqsirli bilinmiş və 40 manat cərimələnmişdir. Hadisədən 1 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə "Hundai Avto Azərbaycan"(otoplaza) servis mərkəzinə müraciət olunmuş, servisdə nəqliyyat vasitəsinə baxış keçirilmiş, müvafiq qaydada qüsur aktı və hansı ehtiyat hissələri üzrə olan qüsurlar barədə xx.xx.2020-ci il tarixli, AA 040116 nömrəli Akt hazırlanmışdır. Nəticədə müəyyən olunmuşdur ki, vurulmuş maddi ziyanın məbləği ümumilikdə 8947 manat olmaqla, ziyan iki hissədən ibarətdir və 7417 manat ehtiyat hissələrinin dəyəri, 1 300 manat isə təmir xərcləri ilə bağlı zəhmət haqqıdır. Cavabdeh2 nəqliyyat vasitəsinin icbari sığortası olduğundan onun mülki məsliyyətinin sığortalanması halı ortaya çıxmışdır. Baş vermiş məsuliyyətlə bağlı “Atəşgah sığorta”ya müraciət olunmuşdur. Həmin hadisə zamanı təkcə ona deyil, iş üzrə üçüncü şəxs Cavabdeh3 idarəetməsində olan “Toyota Corolla” markalı **-UC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə də zərər vurulmuşdur. Buna görə də, sığorta şirkəti həm ona, həm də üçüncü şəxsə dəymiş ziyanı ödmək öhdəliyi olduğundan, ona 2300 manat məbləğuində pul vəsaiti ödəmişdir. Yerdə qalan 6647 manat vəsait isə cavabdehlər tərəfindən ödənilmədiyindən, həmin xərci şəxsən çəkmiş və avtomaşına vurulmuş ziyan şəxsi vəsaiti hesabına aradan qaldırılmışdır. Nəqliyyat vasitəsi hal-hazırda təmir edilmiş, onun sahiblik və istifadəsindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğu izahat verib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq təqdim olunmuş ekspert rəyi ilə razılşmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında dəymiş zərərin məbləğinin şişirdildiyini, söğorta ödənişinin həmin zərəri qarşıladığını göstərdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 və üçüncü şəxs Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh1 və üçüncü şəxs Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv, hərtərəfli və qərəzsiz araşdıraraq toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı zibati xəta haqqında protokolunun surətindən görünür ki, qərarının məzmunundan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə, saat 08:30 radələrində Cavabdeh2 idarə etdiyi “VAZ-21074” minik markalı, **-GV-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Ziya Bünyatov prospekti ilə hərəkət edərkən, ara məsafəsi qaydalarını pozaraq İddiaçı idarə etdiyi “Hunday Grandeur minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, ƏN-Vİ N 834094 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 “VAZ-21074” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xx.xx.2020-ci il tarixədək Cavabdeh2 etibar etmişdir. “Auo Azərbaycan” şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Hunday Grandeur minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8947 manat ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4032 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2020-ci il tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Grandeur” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7343 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə görə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə baxışında araşdırılmış sübutlarla Cavabdeh1 mülkiyyətində olan “VAZ-21074” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh2 idarə edilməsi üçün etibar olunması, etibarnamənin qüvvədə olduğu müddətdə Cavabdeh2 həmin avtomobillə inzibati xəta törədərək İddiaçı idarə etdiyi “Hyundai Grandeur” markalı, **- UT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilnə ekspertiza rəyi əsas götürülməklə 7343 manat məbləğində ziyan yetirməsi, həmin məbləğdən 2300 manatının sığorta ödənişi şəklində iddiaçıya ödənilməsi təsdiq edilmişdir. Buna görə də, iddia tələbi vurulmuş maddi ziyanın tutulması hissəsində qismən təmin edilərək 5043 manat məbləğdə pul Cavabdeh2 alınıb İddiaçı verilməli, iddia tələbi maddi ziyanın digər Cavabdeh1 tutulması və mənəvi ziyan hissələrində isə təmin edilməməllidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə əsasən ekspertlərə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/4032 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən edildirindən ödənilmiş 30 manat dövlət rüsumunun 12,90 manat hissəsi Cavabdeh2 alınıb İddiaçı ödənilməli, ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 43 manat hissəsi Cavabdeh2, 57 manat hissəsi İddiaçı dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyanın əvəzi kimi 5043 (beş min qırx üç) manat və ödənilmiş dövlət rüsumunun 12,90 (on iki manat 90 qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin 43 (qırx üç) manat hissəsi Cavabdeh2, 57 (əlli yeddi) manat hissəsi İddiaçı dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-226/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-226/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver