Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2305/2021 29.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Azərbaycan Respublikası Əmlak Məsələlri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onlara dəyən zərərin bir səhmə görə 5 manat qiymətləndirilərək, İddiaçı1 2400 manat (480 səhm x 5 manat), İddiaçı2 6720 manat (1344 x 5 manat), İddiaçı3 17500 manat (3500 səhm x 5 manat), İddiaçı4 720 manat (144 səhm x 5 manat), İddiaçı5 1920 manat (384 səhm x 5 manat), İddiaçı6 720 manat (144 səhm x 5 manat) konpensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələlri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyini göstərmişdir, göstərilmiş cavabdehlər inzibati orqanlardır, iddiaçının cavabdehlərə mülki mübahisə ilə bağlı hər hansı bir tələbi yoxdur, mövcud tələb inzibati orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və ərizəçilərə münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia ərizəsi mülki mübahisə ilə əlaqədar olmadığından və inzibati orqanın üzərinə öhdəlik qoyulması tələbindən ibarət olduğundan iddiaçı bu barədə müvafiq inzibati orqana (cavabdehlərə), onun cavabından asılı olaraq isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Bundan başqa, iddia ərizəsində birgə iddiaçılar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə istinad etmələrindən də görünür ki onlar mövcud mübahisənin inzibati icraat qaydasında baxılmasında maraqlıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyil və buna görə də ərizə və ona əlavə edilmiş sənədlər iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməli və ərizə və ona əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə verilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 153, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Azərbaycan Respublikası Əmlak Məsələlri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “səhmlərin dəyərinin ödənilməsi” barədə tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah edilsin ki, qanunla nəzərdə tutulmuş əsaslarla və qaydada ərizə ilə cavabdehlərə və Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2305/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2305/2021
29.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver