Məhkəmə qərarları › İş №2(011)-2317/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2317/2023

10.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2317/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs2 və Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə qarşı “avtomobilin üzərində sahiblik hüququnun tanınması və avtomobilin üzərindəki həbsin ləğv edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Maraqlı şəxs2 və Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə qarşı “avtomobilin üzərində sahiblik hüququnun tanınması və avtomobilin üzərindəki həbsin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-RZ-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E-230” markalı avtomobilin üzərində sahiblik hüququnun tanınması və avtomobilin üzərindəki həbsin ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-ci il tarixdə X8 məxsus və etibarnamə üzrə qanuni nümayəndəsi X17 tərəfindən istifadə olunan **-RZ-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E-230” markalı, gümüşü metal rəngli, 1997-ci il buraxılışlı avtomobili şahidlər X1 və qohumu X9 iştirakı ilə 13.000 manat pul ödəyərək almışdır. Həmin dövrdə sürücülük vəsiqəsində problem olduğundan və digər səbəblərdən X21 avtomobili öz adına sənədləşdirə bilməmişdir. xx.xx.2010-ci il tarixdə **-RZ-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E-230” markalı avtomobilin sahibi X13 ilə aralarında nəqliyyat vasitəsinin alqı-satqısı üzrə müqavilə imzalanmış və bu müqaviləyə əsasən X13 13.000 manat pul qarşılığında yuxarıda qeyd olunan avtomobili ona satmışdır. Bu səbəbdən də alqı-satqı müqaviləsindən sonra xx.xx.2010-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada Bakı şəhəri 48 saylı Dövlət Notariat Xidmətində **-RZ-*** dövlət nömrə nişanlı “Mersedes Benz E-230” markalı, gümüşü metal rəngli, 1997-ci il buraxılışlı avtomobili satmaq, hədiyyə etmək, öz mülkiyyətinə keçirmək səlahiyyətləri üzrə X17 tərəfindən ona etibarnamə verilmişdir. Ona məxsus **-RZ-*** dövlət nömrə nişanlı, “Mersedes Benz E-230” markalı, gümüşü metal rəngli, 1997-ci il buraxılışlı avtomobil üzərinə satıcı X17 tələbkar X7 borclu olduğundan Xətai Rayon Məhkəməsinin (hakim Səlimova Səadət) qətnaməsi və 2(011)236/2013 saylı icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Xətai Rayon Məhkəməsinin (hakim Səlimova Səadət) xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən borclu X10 295.000 ABŞ dolları borcun alınaraq tələbkar X7 verilməsi qət edilmişdir. Qətnamə ilə “Mersedcs Benz E-230” markalı avtomobilin üzərinə həbs qoymuşdur. Bu səbəbdən də onun avtomobil üzərində olan bütün hüquqları məhdudlaşdırılmışdır. Bu avtomobil hərrac dövrünə qədər müvəqqəti istifadə hüququ ilə saxlanc üçün Bakı şəhəri İcra və Probasiya Xidmətini Xətai rayon şöbəsi tərəfindən ona verilmişdir. (arayış 17/74 №12994- 2013/877/17 saylı 29 noyabr 2C18-ci il tarixli). Daha sonra, iddiaçı X15 iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki tələblərinə dəyişiklik edilərək Xətai Rayon Məhkəməsinin qətnaməsinin və 2(011)236/2013-cü il tarixli icra vərəqəsinin ləğv olunmasını və cavabdeh qismində Xətai Rayon İcra və Probasiya Şöbəsinin göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Maraqlı şəxs2 və Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, “satıcı” (X13) özünə məxsus olan nəqliyyat vasitəsini “Mercedes e-230” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 10.140 (on min yüz qırx) manata İddiaçı satmışdır. İş materiallarında olan AA 959082 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes e-230” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Maraqlı şəxs2 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 48 saylı notariat tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, “Mercedes e-230” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bir sıra hüquqlar X14 tərəfindən etibarnamə əsasında İddiaçı etibar edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsi üzərində məhdudiyyətin mövculduğu barədə məlumat vərəqindən görünür ki, “Mercedes e-230” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli , 8(011)-952/2018 saylı qərardadı ilə özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin Baş X27 İdarəsinə ünvanlanmış 29 noyabr 2018-ci il tarixli, 12994-2013/877/17 nömrəli məktubun surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-236/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə bağlı X8 məxsus “Mercedes Benz 230” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadə hüququ ilə saxlanc üçün İddiaçı verilmişdir. İş üzrə şahid qismində dindirilmiş X16 məhkəmə iclası zamanı öz ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. O bildirir ki, “Mercedes” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qardaşı İddiaçı onun iştirakı ilə alınmışdır. O, nəqliyyat vasitəsini etibarnamə əsasında almışdır. İş üzrə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, İddiaçı dostudur. O qeyd edir ki, “Mercedes” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısı notariusda olmuşdur. Nəqliyyat vasitəsini almaq üçün pulun yarısını maşın bazarında, yarısını da notariusda vermişdir. Avtomobilə qeydiyyat şəhadətnaməsi alınmamışdır. Etibarnamə 60 il müddətinə verildiyinə görə avtomobili daha sonra qeydiyyata salmağı planlaşdırıblar. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı X3 cavabdeh X8 qarşı “borc tələbi barədə” Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2057/2011 saylı mülki iş öyrənilərkən müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2057/2011 saylı qiyabi qətnaməsi ilə iddia tələbləri təmin edilərək, X4 12.500 ABŞ dolları məbləğində borc ödəniş günü məzənnəyə uyğun olaraq Azərbaycan Respublikası manatı ilə X3 xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(011)-952/2018-ci il saylı qərardadının surətindən görünür ki, 2(011)-2057/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Maraqlı şəxs2 mülkiyyətində olan “Mercedes E 200” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. X5 cavabdeh Maraqlı şəxs2 qarşı “borc tələbi barədə” Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-236/2013 saylı işi öyrənilərkən müəyyən edilmişdir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-236/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X8 qarşı 295.000 ABŞ dolları borc tələbinə dair iddia ərizəsi təmin edilərək, Maraqlı şəxs2 295.000 ABŞ dolları borc ödənişi icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 20 manat dövlət rüsumu X11 xeyrinə tutulmuşdur. Həmin qətnamə əsasında 2(011)-236/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi icrası üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin iş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək **-RZ-*** dövlət nömrə nişanlı “Mersedes Benz E-230” markalı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Həmin müraciətdə İddiaçı bildirmişdir ki, sözügedən avtomobili xx.xx.2010-cu il tarixdə Anar Həsənov adlı şəxsdən almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-236/2013 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, iş materiallarında **-RZ-*** dövlət nömrə nişanlı “Mersedes Benz E-230” markalı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad mövcud deyil. Hazırki iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən Baş X27 İdarəsinə ünvanlanmış 29 noyabr 2018-ci il tarixli, 12994-2013/877/17 nömrəli məktubun surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-236/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə bağlı X8 məxsus “Mercedes Benz 230” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadə hüququ ilə saxlanc üçün İddiaçı verilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi hərrac vasitəsilə satıldıqdan sonra yeni mülkiyyətçi barədə əlavə məlumat veriləcəkdir. Göründüyü kimi, mübahisəli avtomobilin üzrərinə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-236/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası məqsədilə X6 295.000 ABŞ dolları məbləğində borc məbləğinin tutulması üçün məhkəmə tərəfindən həbs qoyulmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarından görünür ki, qeydə alınmalı olan daşınar əmlak sayılan mübahisəli avtomobilə dair iddiaçı tərəfindən zəruri formada müqavilə bağlanılmadığında sonuncunun həmin əmlaka hər hansı hüququ yaranmamışdır. Buna görə də iddiaçının Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-236/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrası ilə bağlı sözügdən avtomobilin üzərinə qoyulmuş həbsi mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, iddiaçının sözügedən avtomobilə hüquqlarının rəsmiləşdirilməməsinə əsaslanaraq hesab edir ki, iddiaçının mübahisəli abtomobilə sahiblik və istifadə imkanı hüquqi cəhətdən təmin edilməmişdir. Həmin avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya olduğundan onu iddiaçının mülkiyyətinə keçirilməsi qanunvericiliyin tələblərinə uyğun müvafiq dövlət orqanında rəsmiləşdirilməli idi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli əmlaka sahiblik hüququ, habelə mülkiyyət hüququ, eləcə də bunun tərkibinə daxil olmuş digər hüquqları mövcud olmadığından, onun hazırki iddianı irəli sürməyə, başqa şəxsə məxsus əmlakın həbsdən azad edilməsini və onun istifadəsinə verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. İcra qurumu tərəfindən müvəqqəti avtomobilin iddiaçının saxlancına verilməsi qeyd olunan halları aradan qaldırmır. Bu səbəbdən də iddia tələbləri təmin edilməli deyil. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı mübahisəli avtomobilə dair müvafiq hüququnun ona keçdiyini sübut etmək öhdəliyini daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının hazırki tələbləri irəli sürməyə subyektiv hüququ mövcud olmadığından iddia tələbləri əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddiaçının cavabdehlər Maraqlı şəxs2 və Bakı şəhəri Xətai rayonu İcra və Probasiya Şöbəsinə qarşı “avtomobilin üzərində sahiblik hüququnun tanınması və avtomobilin üzərindəki həbsin ləğv edilməsi” barədə iddia tələbləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar