Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2404/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Xətai rayon MKTB-nin 2 saylı MKİS-in baş mühasibi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya vurduqları maddi zərərə görə 15.000 manat, mənəvi zərərə görə 5000 manat və ödədiyi 150 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 1 otaqlı 17 saylı və 2 otaqlı 14 saylı mənzillər 28 noyabr 2002-ci ildə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 həmin mənzilləri 04 may 2002-ci il tarixdə X2, 29 avqust 2002-ci il tarixdə X1. İddiaçı 14 noyabr 2004-cü il tarixdə həmin ünvanda yerləşən 17 saylı bir otaqlı mənzili almışdır. Həmin mənzil iddiaçıya satılarkən Bakı şəhəri, Xətai rayonu, MKTB-nin 2 saylı MİKS-in əməkdaşları-MKİS-in həmin vaxtkı rəisi, mühasib Cavabdeh2, mühəndis Kərim Kərimov sənədləri saxtalaşdıraraq iddiaçıya 2 saylı formada sənədlərinin tam qaydasında olmasını bildirmişlər və bununla da mənzildə qeydiyyatda olan şəxsləri iddiaçıdan və notariatdan gizlətmişlər. Bununla da onlar iddiaçının mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı 5 il sonra bundan xəbər tutmuşdur və aldığı mənzilin ona məxsus olmadığını və mənzildə ondan başqa 20 nəfərin qeydiyyatda olduğunu öyrənmişdir. Cavabdeh2 2003-cü ildən 2022-ci ilə kimi sakinlərdən mənzil haqqını şəxsən özü yığmışdır. Baxmayaraq ki, qəzalı binalar mənzil haqqı ödəməməlidirlər. İddiaçı məhkəmə qərarı ilə yeni çıxarış almışdır və həmin şəxsləri evindən qeydiyyatdan çıxarmışdır. Cavabdeh1 mənzili iddiaçıya satarkən alğısatqı müqaviləsində saxtakarlıq edərək iddiaçının adına mənzili yox, yalnız 10 kv.m sahəsini sənədləşdirmişdir. İddiaçı bu məsələlərlə əlaqədar xəstəlik tapmışdır. İllərlə məhkəmələrdə sürünmüşdür. Məhkəmələrə, vəkillərə və müxtəlif sənədlərin hazırlanmasına və sorğular verilib alınmasına 5000 manatdan çox xərc çəkmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehlər iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 1 otaqlı 17 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh Həmin mənzil iddiaçıya satılarkən Bakı şəhəri, Xətai rayonu, MKTB-nin 2 saylı MİKS-in əməkdaşları-MKİS-in həmin vaxtkı rəisi mühasib Cavabdeh2, mühəndis Kərim Kərimov sənədləri saxtalaşdıraraq iddiaçıya 2 saylı formada sənədlərinin tam qaydasında olmasını bildirmişlər və imza etməklə iddiaçıya təqdim etmişlər. Həmçinin iddiaçının yaşadığı bina qəzalı olduğu halda iddiaçıdan vəsait toplanmışdır. İddiaçı Cavabdeh1 ilə aralarında illərlə çəkən məhkəmə çəkişmələrinə görə maddi və mənəvi ziyan çəkdiyini, bunun da əvəzinin Cavabdeh1 tutulmalı olduğunu qeyd etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən hansından və hansı miqdarda ziyan tələb etməsi ilə bağlı iddiaya dəqiqləşmə verməmişdir. İddiaçının məhkəməyə müraciət etmə səbəbi cavabdehlərin hərəkətkləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsi olmuşdur. Məhkəmədə işə baxılan zaman maddi ziyanla bağlı tələb üzrə iddiaçıdan maddi ziyanın nədə ehtiva olunması və bununla bağlı məhkəməyə sübutlar təqdim edilməsi təklif edilsə də, iddiaçı yalnızca müəyyən vaxtlarda həkim müayinələrində olması ilə bağlı sənədləri təqdim etməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, baş vermiş hansı hadisələrdən sonra səhhətinə hansı ziyanın dəyməsi, bunun nəticəsində hansı həkimin müayinəsindən keçməsi, həkim müayinəsinə sərf edilmiş məbləğlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı Cavabdeh2 qarşı tələbində binanın kommunal xərclərinə görə qanunsuz vəsaitin yığılması ilə bağlı ona ziyan dəydiyinə istinad etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi qəzalı vəziyyətdə olan yaşayış binalarının kommunal xidmətlər ödəməkdən azad olması ilə bağlı hər hansı qanunvericilik aktına rast gəlinməmişdir. Qəzalı olan binada binanın sakinləri mənzildən köçürülməmişlərsə və o binaya kommunal xidmətlər göstərilirsə, binadakı sakinlərdən kommunal xidmətlərə görə xərclər də yığılmalıdır. Daha sonra məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan mənzilin alğı-satqısı zamanı MKİS tərəfindən Forma 2 arayışı alınan zaman ona yalnış məlumat verildiyinə görə Cavabdeh2 ziyan çəkdiyini bildirsə də, təqdim olunmuş sənədlərdən və cavabdehin məhkəmədə verdiyi izahatdan görünür ki, bu arayış tək Cavabdeh2 tərəfindən deyil, 2 saylı MKİS-nin rəisi M.Hüseynov, qeydiyyatçı R.Lətifova və mühasib Cavabdeh2 tərəfindən imzalanmışdır. İstinad olunan arayış təqdim olunmuş rəsmi çıxarışlar əsasında verilmişdir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, cavabdehlərin törətdiyi əməl nəticəsində ona mənəvi ziyan vurulduğunu, nəticədə sağlamlığının pozulduğunu, mənəvi iztirab çəkdiyini qeyd etsə də, qeyd olunan halalrı sübuta yetirəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və iddia ərizəsində göstərilənlər işin hər hansı halı ilə məhkəmə iclasında müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəf cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 150 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Xətai rayon MKTB-nin 2 saylı MKİS-in baş mühasibi Cavabdeh2 qarşı - cavabdehlərdən iddiaçıya vurduqları maddi zərərə görə 15.000 manat, mənəvi zərərə görə 5000 manat və ödədiyi 150 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2404/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2404/2023
05.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver