Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-245/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin təmirinə görə vurulmuş 1500 manat maddi ziyanı, 2000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda (5 mərtəbəli binanın 4-cü mərtəbəsində) öz ailəsi ilə 1992-ci ildən qeydiyyatdadır və 1995-ci ildən bu günədək bu ünvanda daimi yaşayır. 1995-ci ildən bu günədək yuxarı mərtəbədə yaşayan qonşusu (5-ci mərtəbədə üst qonşu) X7 tərəfindən evinə müxtəif illərda və vaxtlardə 30 dəfəyə yaxın su tökülmüşdür. Hər dəfə xəbərdarlıq edilsə də, bir müddətdən sonra belə hallar yenə də təkrarlanmışdır. Nəhayət 2015-ci ildə cavabdeh Məsimli Anarı həyətə çağrıb söhbət edərək evdə təmir işləri apardığı, bu təmirdən sonra da belə hallar təkrarlansa aralarında böyük narazılıq yaranacağı barədə xəbərdarlıq etmiş, cavabında cavabdeh demişdir ki, “istəyirsən gəl sən yuxarı çıx məndə aşağı düşüm qoy su töküləndədə mənim evimə tökülsün.” 2020-ci ilin yaz aylarında yenidən evi su basmış, hamamın, mətbəxin və zalın tavanından su axmış, sonradan həmin yerlərdə çatlar əmələ gəlmiş, suvağı qabarıb qalxmışdır. Bu səfər cavabdeh bildirmişdir ki “paltaryuyan maşının su borusu bilməmişik yerindin çıxıb, birdə belə hal olmaz.” 2021-cil sentyabrın 4-dən 5-nə keçən gecə evinin hamam-tualetində, mətbəxində, mətbəxə gedən koridorda və zalın tavan hissəsindən sözün əsl mənasında yağış yağmağa başlamışdır. Qapılarını döyüb soruşanda bildirmişdir ki “uşaq salfetkanı əlüz yuyana atıb onun gözü tutulub su da açıq qalıb.” Bu zaman qonşuları çağrmışdır ki, onlarda gəlib baxsınlar və eyni zamanda alt qonşu Quluyev Maisin evinədə hər an su keçə bilərdi, qoy gəlib görsün ki vəziyyət nə yerdədi. Yan qonşu Məmmədov Firuddin həyətdə olduğundan 5-6 qəqiqədən sonra gəldi və hər şeyin şahidi oldu, alt qonşu Quliyev Mais isə evdə olmadığından 1-2 saatdan sonra gəlb oda olanları gördü. Cavabdeh isə gəlib üzürhaxlıq etmək əvəzində qonşu Məmmədov Firuddinin yanında ona irad bildirdi ki, “olubdə nə olsun bəs sən niyə mənin qapımı bərk döyürsən”. Hal hazırda hamamın, mətbəxin, xırda koridorun və zalın tavanları tam təmir olunmalidir, tavanlarda panellərin birləşdiyi yerlər çat verib, qabarıb qalxıb və tavanda sarı ləkələr əmələ gəlib, hamamda isə panellərin arasının əvvəldə o yerlərdən su gəldiyi üçün suvağı demək olar ki tam tökülüb, su kranlarına əl vurduqda tok keçirilməsi hiss olunur, divar kağızları yaşdir, bəzi yerləri də divardan aralanıb. Cavabdeh X7 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, İddiaçı 04.09.2021 tarixdə gecə saat 22:30-radələrində mənzilinin qapısını möhkəm döyərək (nəzərə almadan ki, evdə iki azyaşlı 4 yaş, 7 yaş və bir də iki canlı anaları var) dedi ki, evini su basdı. Tez gedib suyu bağlamış, görmüşdür ki, uşaqlar sanitar qovşağında trapın içinə salfetka atıblar, suyu da açıq qoyublar. Əlbəttə ki, bu çox xoşa gəlməz və heç arzu olunmaz bir hadisədir. Sonra aşağı düşüb Hüseynin evinə baxmışdır (s/q-nın qarşısındakı koridorun tavanından və mətbəxin s/q tərəf tavanın küncündən su axırdı. Qonşu Firudin də orada idi. Bir daha Hüseynə usta gətirib tərəfindən zərər dəymiş nə yerlər varsa təmir etdirəcəyini təklif etmiş, o da, razılaşmışdır. 5-6 günə usta gətirib təmir işlərinə başlatacağına söz vermişdir. 08.09.21 tarixdə e-məhkəmə-dən ona məktub gələndə anlamışdır ki, Hüseyn evinə dəymiş zərəri təmir etdirmək təklifini rədd edir. 09.09.21-ci il tarixdə bir il öncə evini İcbari sığorta etdirdiyi Atəşgah sığorta şirkətinə zəng edib hadisəni olduğu kimi danışmış, şirkətin əməkdaşı mənzilə baxış keçirdikdən sonra qərar verəcəklərini demişdir. 10.09.21 tarixdə sığorta gəlib mənzilə baxış keçirmək istəyən vaxt Hüseyn sığortanı evə buraxmamış və məsələni ancaq məhkəmə yolu ilə həll edəcəyini bəyan etmişdir. Bu cür subasma ilk dəfə idi ki, baş verirdi. 2011-ci ildə evində təmir işləri aparan zaman ustanın ehtiyatsızlığı üzündən mətbəxdən Hüseynin evinin mətbəxinə cüzi miqdarda su sızmışdır. Həmən vaxt Hüseynə təklif etnişdi ki, evdə usta işləyir, gəlib düzəltsin-təklifini rədd etdi. Bir kərə də təxminən 3 il əvvəl evinin hamamından Hüseynin evinin hamamına su damcılamışdı (səbəb kafel-metlaxın aralarını dolduran sementin kiçik bir yerdən ovularaq açılması idi. O vaxt Hüseyn zəng edib xəbər vermiş, o da 1-2 günə ara dolduran sementləri yenisi ilə əvəz etmiş, məsələ həll edilmişdir və 04.09.21 tarixə qədər belə hal baş verməmişdir. Əgər İddiaçı mənzilinin onun tərəfindən korlanan yerlərinin təmir edilməsini istəyirsə - heç zaman məsuliyyətdən boyun qaçırmamışdır. Ona imkan verilsə və şərait qurulsa, zərər dəymiş yerləri təmir etdirəcək. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Prosesin gedişində iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, evin təmirinə görə vurulmuş 2500 manat maddi ziyanı, 2500 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, müraciət hadisənin ilk günündən dərhal sonra edilmişdir. Həmin vaxt hadisənin bəzi fəsadları üzə çıxmamış və sonradan divarlar quruduqca sanqovşagın divarlarındakı kafellərin qabarıb divardan aralanması və eyni zamanda mətbəxin divarında asılı vəziyyətdə yerləşən 'Toshiba" markalı televizorun üzərinə suyun axması və yaxud hadisə zamanı divardan təcili çıxardarkən aldığı hər hansı zədə nəticəsində ekranda xətlər əmələ gələrək yararsız hala düşmüşdür. (elektrik xətləri yaş olduğundan televizoru bir neçə gündən sonra toka qoşarkən bu nöqsan aşkar edilmişdir). Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan M.Rüstəmov küçəsi ev 22 mənzil 17 ünvanda yaşayan İddiaçı, M.Rüstəmov küçəsi ev 22 mənzil 16 ünvanda yaşayan X1 və M.Rüstəmov küçəsi ev 22 mənzil 15 ünvanda yaşayan X5 tərəfindən tərtib edilmiş 04.09.2021-ci il tarixli aktdan görünür ki, 04.09.2021-ci il tarixində axşam saat 21-22 arasında İddiaçı məxsus evin hamamtualetinin, mətbəxin, mətbəxtə gedən kiçik koridorun və zalın tavan hissəsindən baxış zamanı su töküldüyü, suyun axması hamamda, kiçik koridorda və mətbəxdə sürətli olduğu, zalın tavanından isə suyun axıntı surətinin bir qədər az olduğu müəyyən edilmiş, bunlar həmin vaxt çəkilən vidio çəklişldə də öz əksini tapmışdır. Hadisə yerinə yuxarıda yaşayan ev sahib, qonşu Məsimli Anar da çağrılaraq ona göstərilmiş və xəbərdarlıq edilmişdir. Qonşu Anar suyun onun evindən tökülməsini və günahkar onun ailəsinin olmasını bildirmişdir. Məhkəmənin 12.10.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.01.2022-ci il tarixli, 10/6431 saylı ekspertiza rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 17 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 19 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 17 saylı mənzilin dəhliz, mətbəx, hamam, ayaqyolu və yaşayış otağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 19 saylı mənzildən su axıdılığı və nəticədə 17 saylı mənzilin mətbəx, hamam, ayaqyolu və yaşayış otağı tikililərinə ziyan vurulduğu, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1161 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vəişgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmçinin, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilə üst mərtəbədə yerləşən, cavabdeh X4 məxsus 19 saylı mənzildən su axması nəticəsində ziyan vurulması və ekspert tədqiqatı ilə iddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-bərpa işlərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 1161 manat təşkil etməsi müəyyən olunduğundan, iddia tələbi qismən təmin edilərək cavabdehdən vurulmuş maddi ziyana görə 1161 manat, mənəvi ziyana görə isə 200 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 11.01.2022-ci il tarixli, 10/6431 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 50 manat təşkil etməklə Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 27 faiz təmin edildiyinə görə 30 manat məbləğində dövlət rüsümunun 8,10 manatı cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyərinin 13,50 manatı cavabdehdən, 36,50 manatı iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 dəymiş maddi ziyana görə 1161 manat, mənəvi ziyana görə 200 manat və ödənilmiş dövlət rüsumunun 8,10 manat hissəsi olmaqla, cəmi 1369,10 (bir min üç yüz altmış doqquz manat 10 qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 13,50 (on üç manat 50 qəpik) manat hissəsi cavabdeh X2, 36,50 (otuz altı manat 50 qəpik) manat hissəsi İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-245/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-245/2022
15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver