Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2479/2024 20.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzili keçmiş mülkiyyətçisindən alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən həmin əmlak iddiaçının adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Alqı-satqı müqaviləsinin 13-cü maddəsinə əsasən cavabdeh mənzili ona satdıqdan sonra həmin mənzildən ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, yaşayış sahəsini ona satdığı vaxtdan köçüb getməsinə baxmayaraq ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmamışdır. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 noyabr 2012-ci il tarixli 12023- 213/099441 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, “Satıcı” (Cavabdeh8) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21 ünvanında yerləşən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindəki 52 saylı mənzili “Alıcı- İpoteka qoyanın” (İddiaçı) mülkiyyətinə vermişdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən Satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 30 gün müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, 52 saylı mənzilində Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 97,82 kv.m olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 89 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 193 saylı arayışdan görünür ki, Cavabdeh8 Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, 52 saylı mənzilində yaşayır. Qardaşı Cavabdeh6 (1963) xx.xx.1986-cı ildən, qardaşı Cavabdeh7 (1978) xx.xx.1978-ci ildən, qardaşının arvadı Cavabdeh5 (1971) və qardaşı qızı Cavabdeh3 (1990) xx.xx.1992-cü ildən, qardaşı oğlu Cavabdeh1 (1993) xx.xx.1993-cü ildən, qardaşı oğlu Cavabdeh4 (2005) xx.xx.2009-cu ildən, qardaşı qızı Cavabdeh2 (1997) və qardaşı oğlu Cavabdeh9 (2000) xx.xx.2014-cü ildən göstərilən ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 16 noyabr 2012-ci il tarixli ərizədən görünür ki, İskəndərov X3 Xədicə Nəsrulla qızına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, ünvanında yerləşən 52 saylı mənzilin ipotekaya qoyulmasına və satılmasına etriaz etmir. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etmədiyini öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 23 noyabr 2012-ci il tarixli ərizədən görünür ki, İsgəndərov Cavabdeh7 Xədicə Nəsrulla qızına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, ünvanında yerləşən 52 saylı mənzilin ipotekaya qoyulmasına v əsatılmasına etriaz etmir. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etmədiyini öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 16 noyabr 2012-ci il tarixli ərizədən görünür ki, X1 Xədicə Nəsrulla qızına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, ünvanında yerləşən 52 saylı mənzilin ipotekaya qoyulmasına və satılmasına etriaz etmir. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etmədiyini öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 16 noyabr 2012-ci il tarixli ərizədən görünür ki, Cavabdeh5 Cavabdeh8 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, ünvanında yerləşən 52 saylı mənzilin ipotekaya qoyulmasına və satılmasına etriaz etmir. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etmədiyini öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 16 noyabr 2012-ci il tarixli ərizədən görünür ki, Cavabdeh3 Cavabdeh8 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, ünvanında yerləşən 52 saylı mənzilin ipotekaya qoyulmasına və satılmasına etriaz etmir. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etmədiyini öhdəsinə götürmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 16 noyabr 2012-ci il tarixli ərizədən görünür ki, İskəndərov X5 Xədicə Nəsrulla qızına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 21, ünvanında yerləşən 52 saylı mənzilin ipotekaya qoyulmasına və satılmasına etriaz etmir. İpotekaya qoyulmuş əmlakın ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etmədiyini öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh8 xx.xx.1997-ci il təvəllüdlü, Cavabdeh9 xx.xx.2000-ci il təvəllüdlü, Cavabdeh4 xx.xx.2005-ci il təvəllüdlü olmaqla müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh6, X2 övladlarıdırlar. Mübahisəli yaşayış sahəsinin 2012-ci ildə özgəninkiləşdirilməsi zamanı Cavabdeh8, Cavabdeh9, Cavabdeh4 yetkinlik yaşına çatmadıqlarından, onların valideynləri olaraq isə müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh6, X2 mübahisəli sahəyə istifadə hüquqları itirildiyindən cavabdehlər Cavabdeh8, Cavabdeh9, Cavabdeh4 da mübahisəli sahəyə istifadə hüquqları itirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh8 arasında ünvan 2 ünvanında yerləşən mənzilə dair 23 noyabr 2012-ci ildə alqı-satqı müqaviləsi bağlanılmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində Cavabdeh8 mülkiyyət hüququ və mülkiyyət hüququ ilə bağlı bütün hüquqlar itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. İddiaçı mənzili alarkən üçüncü şəxslərin mənzildə qeydiyyatdan çıxmalarını güman etmiş, lakin sonradan cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 həmin mənzilə qeydiyyatda qalmaları ona məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırki iddia üzrə Cavabdeh8 iddiaçıya məxsus mənzilin keçmiş mülkiyyətçisi olaraq mənzildə qeydiyyatda qalsa da iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən yüksüz əldə etmişdir və hal-hazırda onun mülkiyyətçisidir. Cavabdeh mübahisəli mənzili özgəninkiləşdirərək mənzilə dair hüquqlarına xitam verdiyindən, onun iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmur. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatları formal xarakter daşıdığından, onların həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, iddia tələbi təmin edilməli, cavabdehlərin göstərilən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 21 ünvanında yerləşən 52 saylı mənzildən istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2479/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2479/2024
20.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver