Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2486/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 11, 26 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və onun və pasport qeydiyyatından çıxarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1996-ci il tarixdə verilmiş seriya MH 014261 №-li qeydiyyat vəsiqəsi əsasən onun xüsusi mülkiyyətindədir. 1996-cı ildən ailəsi həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh, onun qızı olduğu üçün, o, bu ünvanda qeydiyyatdadır, lakin 2003-cü ildə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçdüyünə görə, faktiki olaraq bu ünvanda yaşamır. O, sonuncu dəfə 2008-ci ildə Bakı şəhərinə iki həftəlik səfər etmişdir. Cavabdeh, artıq Rusiya Federasiyasının vətəndaşıdır, bunu Rusiya Federasiyasının vətəndaşının daxili və xarici pasportları sübut edir. Hazırda cavabdeh Stavropol bölgəsi, Georgievsk şəhərində yaşayır. Cavabdeh əsassız olaraq pasport qeydiyyatında bu günə kimi qalır, bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılır, cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh göstərilən ünvandakı mənzildə yaşamırsa da, formal olaraq orada qeydiyyatdadır. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş materiallarını və iddia tələblərini nəzərdən keçirərək məhkəmə hesab edir ki, “cavabdehin pasport qeydiyyatından çıxarılması” barədə iddia tələbinə məhkəmədə baxılmalı olmadığından, həmin tələb üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması”nı müəyyən edən 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 493 saylı, xx.xx.1996-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid edildiyindən, mövcud iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də qeyd olunan hissədə iddia tələbləri üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pasport qeydiyyatından çıxarılma” barədə iddia tələbi üzrə icraata işə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. İddiaçıya Cavabdeh ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması tələbi ilə aidiyyəti inzibati orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumu) müraciət etmək hüququnun olması izah olunsun. İddiaçıya izah olunsun ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi eyni tərəflər arasında, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməsinə mane olur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-2486/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2486/2023
21.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver