Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-250/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı Cavabdeh vurduğu zərərin əvəzi olaraq 10.610 manat, hüquqi xidmətin əvəzi kimi 500 manat, mənəvi zərərin əvəzi kimi 5000 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 16.142 (on altı min yüz qırx iki) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.02.2020-ci il tarixdə saat 19:00 radələrində Cavabdeh etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” minik markalı **-TU- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə hərəkət edərkən əks istiqaməti hərəkət zolağına çıxmadan manevr qaydasını pozub etibarnamə əsasında idarə etdiyi “BMW” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq mülkiyyətçiyə və avtomobilə sahiblik hüququnu həyata keçirdən şəxsə maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru polis baş leytenantı X2 tərəfindən inzibati araşdırma aparılmış və Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələbini pozduğuna görə 40 manat məbləğində cərimə edilmişdir. Cavabdeh qanunazidd olaraq idarə etdiyi avtomobili icbarı sığorta etmədən idarə edirmiş. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində törətdiyi yol nəqliyyat hadisəsi zamanı iddiaçılara maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin hüquqazidd hərəkətləri ilə iddiaçıların fiziki və mənəvi iztirablar keçirməklərinə səbəb olmuşdur. İddiaçılar mənəvi ziyanı 5000 manat məbləğində qiymətləndirirlər. Həmçinin, baş vermiş yol nəqliyyatı hadisəsi zamanı ziyana uğramış avtomobili təmir etdirmək məqsədi ilə 10.03.2020-ci il tarixdə “xxxx” MMC ilə 02 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən avtomobilin təmir olunması üçün 10,610 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Odur ki, iddiaçılara vurulmuş maddi və mənəvi ziyanın əvəzi müştərək qaydada cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin tələb etdiyi məbləğdən aşağı olmasını bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan 13.02.2020-ci il tarixli AP № ******* nömrəli “İnzibati Xəta haqqında Protokol”un surətindən görünür ki, 12.02.2020-ci il tarixində saat 19:40-da “Mitsubishi” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Nobel prospektində hərəkət başlayarkən sağdan gələn “BMW” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmin avtomobil yolun kənarında dayanmış “Volksvagen” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hadisə nəticəsində İddiaçı2 və X3 maddi zərər dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi, “Volksvagen Polo” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sağ hissəsi, “BMW” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol və sağ tərəfi zədələnmişdir. Mülki iş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” TP3500290 nömrəli 13.02.2020-ci il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh 12.02.2020-ci il tarixdə saat 19:40-da Xətai rayon ərazisində “Mitsubishi Pajero” markalı, 90-tu-052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə onun barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına olan “xxxx” MMC ilə İddiaçı1 Alsan oğlu arasında bağlanılmış 10.03.2020-ci il tarixli, 02 nömrəli müqavilədən görünür ki, tərəflər aşağıda göstərilənlər ilə bağlı razılaşmışdırlar: - Sifarişçi İddiaçı1 xidmətlərin göstərilməsini sifariş verib icraçı “xxxx” MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçiyə müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür; - Göstərilən xidmətlərin həcmi hər bir sifariş üzrə bu Müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırılmalı protokolu ilə müəyyənləşdirilir, müqavilə üzrə görülən işlərə görə elektron qaimə faktura təqdim edilir; - İcraçı sifariçminin sifariş verdiyi xidmətləri – 1500 manat dəyərində dəmirçi, 500 manat dəyərində armaturçu, 1300 manat dəyərində rəngsaz, 450 manat dəyərində çilingər, 300 manat dəyərində plastmas təmiri xidmətləri həyata keçirir. İş materiallarında olan “xxxx” MMC-nin qüsur aktına əsasən “BMW 5351” markalı **- HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 10.610 manat məbləğində müəyyən edilir.” AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4715 nömrəli, 22.01.2021ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, “xxxx” MMC-nin təqdim etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “BMW 5351” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.110 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan “xxxx” Sığorta Şirkəti ASC-nin tərtib etdiyi 082300 nömrəli Sığorta aktının, 03.03.2020-ci il tarixli, 2395 nömrəli ödəniş tapşırığının və ödəniş tapşırığına əlavənin sürətlərindən görünür ki, 12.02.2020-ci il tarixində Xətai rayonunda sığortalanmış “Mitsubishi Pajero” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW 5351” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 7340,00 manat məbləğində ziyan müəyyən edilmiş və 3959 manat məbləğində pul faydalanan şəxs İddiaçı1 ödənilmişdir. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 12.02.2020-ci il tarixdə saat 19:40-da Xətai rayon ərazisində “Mitsubishi Pajero” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, nəticədə İddiaçı1 məxsus “BMW” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8110,0 manat məbləğində ziyan dəymişdir. Avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq İddiaçı1 3959 manat məbləğində pul ödənilmişdir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia “BMW” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 10610 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi tələbi hissəsində qismən əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan avtomobil cavabdeh tərəfindən idarə edildiyindən və mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən İddiaçı2 ona dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert rəyini sübut qismində qiymətləndirərək hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər 8110 manat məbləğində müəyyən edildiyi və İddiaçı1 avtomobilə dəymiş ziyanın əvəzi olaraq 3959 manat məbləğində pulun ödənildiynə görə, Cavabdeh zədələnmiş avtomobilin mülkiyyətçisi İddiaçı1 dəymiş maddi ziyana görə 4151,0 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobil İddiaçı2 mülkiyyəti olmadığından ona hər hansı bir maddi ziyanın vurulduğu müəyyən edilmir. Odur ki, İddiaçı2 Alsan oğlunun Cavabdeh qarşı “BMW” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 10610 manat məbləğində pulun tutulması tələbi təmin edilməməlidir. Məhkəmə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə iddia tələbinə qiymət verərək hesab edir ki, qeyd edilən iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən hüquqi xidmətin göstərilməsi üçün haqqın ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçılar tərəfindən hüquqi xidmətin göstərilməsi üçün 500 manat məbləğində ödəniş edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə iddia qeyd edilən hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Məhkəmə iddianın 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə 5000 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh tərəfindən iddiaçıya məxsus olan qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Dəymiş maddi ziyana görə 4151,0 (dörd min bir yüz əlli bir manat) manat və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-250/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-250/2021
02.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver