Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2500/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-296 saylı, 30800086 kodlu torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən JN-296 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ərizəçinin adınadır. Ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0.13 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə AR ƏMDK-si yanında DƏDRX-nin 4 saylı X4 ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma zamanı JN-296 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən hüquq sahibinin ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adı arasında fərqlərin mövcud olduğu aşkar edilmişdir. Belə ki, JN-296 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahibi kimi “Ərizəçi Rafiq oğlu” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və ərizəçiyə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasındna imtina edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli məktub verilmişdir. Ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən JN-296 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktını itirdiyi üçün məhkəməyə əslini təqdim edə bilməmiş, itmiş sənədin bərpası ilə bağlı polis idarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsi tərəfindən ərizəçiyə xx xxxxxx 2020-ci il tarixli arayış verilmişdir. Ərizəçi ona məxsus JN-296 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.13 ha torpaq sahəsinin 0.04 ha hissəsini etibarnamə ilə xx xxxxxx 2007-ci il tarixdə X1. Həmin vaxt Dövlət Aktı ərizəçidə olmuşdur. Lakin sonradan onu itirmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-inin 4 saylı X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi xx xxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan JN-296 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, ərizəçinin adı “Ərizəçi Rafiq oğlu” kimi qeyd edilmişdir. Abşeron rayon İH Saray qəsəbə Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim olunması üçün verilmiş arayışdan görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-296 saylı Dövlət Aktında Ərizəçi əvəzinə səhvən Ərizəçi Rafiq oğlu yazılmışdır. İş materiallarında olan xx xxxxxx 2007-ci il tarixli etibarnamədən görünür ki, Ərizəçi Abşeron rayonu Saray qəsəbəsində olan 0.13 ha torpaq sahəsinin 0.04 ha hissəsinə münasibətdə X2 onun adından müəyyən hərəkətləri etməyi, o cümlədən sözügedən əmlakı satmağı etibar etmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi JN-296 seriyalı Dövlət Aktı və Xaçmaz rayon regional idarəsi tərəfindən verilən torpağın çıxarışını Xırdalan şəhəri ərazisində naməlum şəraitdə itirməsi barədə ərizəsinə baxılmış, həmin sənəd Abşeron Rayon Polis İdarəsinə tapıntı kimi daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ərizəsinə baxılmış, müraciət üzrə JN-296 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında olan ata adının vətəndaşın şəxsiyyət vəsiqəsində olan ata adı ilə fərqli olması səbəbindən və dövlət aktının əsli hazırkı ərizəyə əlavə edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi, ərizəçinin ata adı sənədlərdə eyni cür yazılmamışdır. Belə ki, JN-296 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçinin adı Ərizəçi Rafiq oğlu kimi yazılmış, yəni ata adı səhv qeyd olunmuşdur. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, ilk növbədə, iddiaçının şəxsiyyətini təsdiq edən sənəddəki ata adı ilə JN-296 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktındagöstərilmiş ata adı üst-üstə düşmür. Belə ki, şəxsiyyət vəsiqəsində Ərizəçi yazıldığı halda, Aktda Ərizəçi Rafiq oğlu kimi yazılmışdır. İkinci növbədə, JN-296 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hüquqmüəyyənedici sənəd hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5 tərəfindən verilmiş məktubla sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilmiş və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, “Ərizəçi”nun “Ərizəçi Rafiq oğlu” ilə eyni şəxs olması və hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Qeyd edilən sənəddə ərizəçinin ata adının səhvən Ərizəçi Rafiq oğlu kimi göstərilməsi və həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin ərizəçiyə məxsus olan torpağa dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsinə dair JN-296 nömrəli 30800086 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında yazılmış “Ərizəçi Rafiq oğlu”nun 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində yazılmış “Ərizəçi” ilə eyni şəxs olması və həmin sənədlərin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2500/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2500/2020
10.09.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver