Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2511/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı “inzibati tədbir görülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı “inzibati tədbir görülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hadisəni törədən X1 barəsində tədbir görülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən hadisəni törədən X2 barəsində tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. Şəxsi aşkar etmək mümkün olmadığından xx xxxxxx 2019-cu il tarixdə iş üzrə icraatın dayandırılması və xx xxxxxxx 2020-ci il tarixdə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, hazırkı iş üzrə İddiaçı inzibati orqan tərəfindən iş üzrə icraata xitam verilməsi haqqında qərarı mübahisələndirmək üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqana müraciət etməmiş, həmin orqandan imtina məktubunu almadan birbaşa məhkəməyə inzibati tədbir görülməsi barədə iddia ərizəsi ilə müraciət edərək qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyət dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə məhkəmə qaydasında baxılması yolverilməz olduğuna görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, İddiaçı iş üzrə icraata xitam verilməsi haqqında qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqanda mübahisələndirmək hüququ izah olunmalı, iddiaçı həmin orqanın imtinasını aldığı halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı “inzibati tədbir görülməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı iş üzrə icraata xitam verilməsi haqqında qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqanda mübahisələndirmək hüququ, həmin orqanın imtinasını aldığı halda həmin orqanın hərəkət və ya hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-2511/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2511/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver