Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2529/2020 19.06.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi x3 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı – cavabdehdən 150 manat məbləğində verilmiş sığorta ödənişinin və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" Sığorta Şirkəti ASC ilə sığortalı “xxxxxxxxxxxxx” QSC arasında bağlanmış 20 avqust 2014-cü il tarixli sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən sığortalanmış “Chevrolet Cruze” markalı 99AD772 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 15 iyul 2015-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Gelly MK” markalı 90LZ531 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya 150 manat məbləğində sığorta ödənişi verilmişdir. Qəbul edilmiş qərara əsasən Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisənin baş verməsində təqsirli bilinmişdir. İddiaçının nümayəndəsi x4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasına çağırılsa da, lakin o, gəlməmış, yazılı etirazı ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək, yol-nəqliyyat hadisənin baş verməsindən 4 il 8 aydan artıq müddətin keçməsinə görə, məhkəmədən iddia müddətini tədbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, cavabdehin etirazını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat x1 surətindən görünür ki, “Gelly MK” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan Hüquqi şəxslərə məxsus x2 Şəhadətnaməsinin surətindən görünür ki, “xxxxxxxxxxxxx” QSC-nə məxsus “Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil 20.08.2014-cü il tarixdən 20.08.2017-ci il tarixədə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Həmin müqaviləyə əsasən avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası üzrə şərtsiz azadolma 200 manat təşkil etmişdir. İş materiallarında olan 448445 saylı 15.07.2015-ci il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, “Gelly MK” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törədərək, “Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vuraraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsiniin 151.2-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 21.07.2015-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “xxxxxxxxxxxxx” QSC-nə məxsus “Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 350 manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, 15.07.2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan “xxxxxxxxxxxxx” QSC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nə ünvanlandığı 29.07.2015-ci i tarixli məktubundan görünür ki, “xxxxxxxxxxxxx” QSC Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini x5 ödənilməsini xahiş etmişdir. İş materiallarında olan 04.08.2015-ci il tarixli kassa mədaxil orderin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən x5 150 manat məbləğində pul verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin, “Gelly MK” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı toqquşması və bunun nəticəsində birinci avtomobilə zərər dəyməsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə sübut olunur. Bununla da, sığortalanmış “Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə “Gelly MK” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində, “Chevrolet Cruze” markalı avtomobilə vurulmuş ziyanın İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırılması üçün həmin avtomobili idarə edən x5 04.08.2015-ci il tarixində 150 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Odur ki, sığortalanmış “Gelly MK” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxxxxxxxxxxx” QSC-nə məxsus “Chevrolet Cruze” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən əmlaka ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta Şirkəti ASC-nə keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göstərilən Məcəllənin 936.1-ci və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh tərəfindən idarə edilən avtomobil tərəfindən törədildiyindən, zərərin ödənilməsi ilə bağlı məsuliyyət Cavabdeh üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəyə qiymət verərək hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Ona görə ki, hazırki iddia tələbi 2015-ci ildə yaranan subroqasiya qaydasında tələb olunan pul tələbidir və hər hansı müqavilədən irəli gələn tələb olmamışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisə üzrə tələbə ümumi on illik iddia müddəti şamil edildiyi üçün iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin ərizəsi əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə istinad edərək qeyd edir ki, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 150 (yüz əlli) manat pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-2529/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2529/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver