Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2568/2021 11.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi adına olan Xəzər rayon Zirə qəsəbəsi İ.N. tərəfindən qeydə alınmış xx.xx.1982-ci ildə tərtib edilmiş 58 saylı doğum haqqında akt qeydində vətəndaş qrafasında “Əmin” adının “Emin” adı kimi düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bütün sənədlərində adı Emin qeyd olunur. Lakin doğum haqqında şəhadətnamədə “Əmin” qeyd olunub. Doğum haqqında şəhadətnamədə ki, uyğunsuzluq sənəd alanda, hazırlayanda müxtəlif problemlər yaradır. Qeydiyyat şöbəsinə müraciət etsə də orada bildirdilər ki, düzəlişin edilməsi üçün məhkəməyə müraciət etməlidir. Hesab edir ki, doğum haqqında şəhadətnamədə yanlışlıq aradan qaldırılmalı və “Əmin” adı Emin olaraq düzəliş edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X2 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş qrafasında “X3” qeyd edilmişdir. AA*******0 saylı şəxsiyyət yəsiqəsinin, A№ 119896 saylı diplomun, MNA № 013018 saylı magistr diplomunun və 607659 saylı nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, ərizəçinin adı Ərizəçi” qeyd edilmişdir. AZE seriyalı, 12525662 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nicat Süleymanovun atasının adı “Emin” kimi qeyd edilmişdir. AZE seriyalı, 12525663 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mehri Süleymanovanın atasının adı “Emin” kimi qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydində dəyişiklik edilməsi ilə bağlı ərizəsinə baxılarkən müəyyən edilmişdir ki, Xəzər rayon Zirə qəsəbəsi İ.N. tərəfindən qeydə alınmış xx.xx.1982-ci ildə tərtib edilmiş 58 saylı doğum haqqında akt qeydində soyadı, adı və ata adı X3, lakin şəxsiyyət vəsiqəsində Emin qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarı :əsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv talarını müəyyən edən Əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının tindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış idə qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Ərizədə göstərilən dəyişiklik edilməsi kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydinə düzəliş edilməsi barəsində ərizənin şöbə tərəfindən icra edilməsi mümkün deyildir. Şöbənin akt qeydini düzəltməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddələrinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, Xəzər rayon Zirə qəsəbəsi XDS tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş, Vİİİ-ЖГ seriyalı, 405255 saylı doğum haqqında şəhadətnamədə qeyd edilən X3 ilə təqdim olunmuş digər sənədlərdə göstərilən Ərizəçi eyni şəxs olması, ərizəçinin adının “Emin” olması faktı müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi adına olan Xəzər rayon Zirə qəsəbəsi İ.N. tərəfindən qeydə alınmış xx.xx.1982-ci ildə tərtib edilmiş 58 saylı doğum haqqında akt qeydində vətəndaş qrafasında “Əmin” adı “Emin” adı kimi düzəliş edilsin və ona yeni doğum haqqında şəhadətnamə verilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-2568/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2568/2021
11.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver