Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2589/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X3, "xxxx" MMC-yə, "xxxx" Şirkətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" bağlanmış 290 saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının korpus-2, (Yeni qaydalarla: AZ 1025, ünvan 5 10-cu mərtəbəsində 2 otaqdan ibarət 36 saylı mənzilə dair Cavabdeh adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mənzildə yaşıyanların çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin direktoru X13 ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli, 209 saylı müqavilənin predimeti olan ünvan 2 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasında yerləşən, 101.5 kv.m ibarət olan 2 otaqlı (Yeni qaydalarla: AZ1025, ünvan 5 yaşayış sahəsi ona satılmışdır. Tərəfindən məbləğ tam şəkildə ödənilmiş və buna dair kassa mədaxil orderi verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-441/2018 saylı qətnaməsi ilə onun cavabdeh “Sahil-D kompani" MMC-yə qarşı ünvan 3 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 101,5 kv m olan 2 otaqlı mənzilin və 3 nömrəli yaşayış binasının 1 -ci mərtəbəsində yerləşən 200 kv.m ibarət olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra mərhələsində məlum olmuşdur ki, mənzil başqasının istifadəsindədir. İcra məmurunun xx.xx.2021 -ci il tarixli məktubuna və xx.xx.2022-ci il tarixli vəkil sorğusuna Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavabına əsasən “Sahil-D" Kompaniya MMC ilə X11 arasında bağlanmış 290 saylı, xx.xx.2016-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən korpus-2, 36 saylı mənzil (yeni qaydalarla AZ 1025 Bakı şəhəri, Xətai Rayonu Yeryomenko küçəsi, 36, M1, 10) Cavabdeh adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, xx.xx.2008-ci il tarixli müqavilə əsasında mübahisəli mənzilin ona məxsus olması və mənzil üzərində hüquqları məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tanınmışdır. Cavabdeh "xxxx" MMC ilə bağlamış olduğu 290 saylı, xx.xx.2016-cı il tarixli müqavilə bağlandığı zaman onunla MTK arasında daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mənzil bu müqavilə əsasında onun sahibliyinə verilmişdir. Cavabdehin ona məxsus mənzil üzərində qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuş və məhkəmə qətnaməsinin icrasına çətinlik yaratmaqla hüquqlarını pozulmaqda davam edir. Buna görə də cavabdehin qanunsuz olan hərəkətlərindən müdafiə üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, "xxxx" Şirkətinin və üçüncü şəxs "xxxx" MMC-nin cavabdeh kimi cəlb edilməsini, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının korpus-2, (Yeni qaydalarla: AZ 1025, ünvan 5 10-cu mərtəbəsində 2 otaqdan ibarət 36 saylı mənzilə dair satıcı "xxxx" şirkətinin direktoru X13 ilə alıcı X7 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 06/07 A saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının korpus-2, (Yeni qaydalarla: AZ1025, ünvan 5 10-cu mərtəbəsində 2 otaqdan ibarət 36 saylı mənzilə dair satıcı "xxxx" MMC-nin direktoru X13 ilə alıcı X7 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 290 saylı və Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 290 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab hesab edilməsi, mübahisəli mənzil barədə Cavabdeh verilmiş çıxarış ləğv edilməsi, mənzildə yaşayanların çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzildən istifadə edilməsinə dair cavabdehlərin törətdiyi maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, mülki isin məhkəmə hazırlıq iclası zamanı məlum olmuşdur ki, sözügedən mübahisəli mənzil Cavabdeh adına olan 290 saylı, xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsindən əvvəl X1 adına həmin mənzilə dair xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında alıcı X8 ilə mübahisəli mənzilə dair iki şirkətlə müqavilə müəyyən olunur. Belə ki, xx.xx.2009-cu il tarixli müqavilələrdən biri (müqavilə № 06/07A) satıcı "xxxx" Şirkətinin direktoru X13 ilə, digəri isə "xxxx" MMC-nin direktoru X13 ilə (müqavilə № 290) bağlanmışdır. Göründüyü kimi, X7 ilə bağlanmış hər iki eyni tarixli müqavilə və Cavabdeh adına olan xx.xx.2016-cı il tarixli müqavilə onun mənzilə hüququ yarandıqdan sonra bağlanmışdır. Beləliklə hər üç müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, iddiaçıya məxsus əmlak barəsində MTK tərtəfindən MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə başqa şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 25 oktyabr tarixli qərarında qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Buna görədə iddia tələbinin artırılması, "xxxx" Şirkətinin və "xxxx" MMC-nin cavabdeh kimi mülki işə cəlb olunması zərurəti yaranmışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı əsassız və qanunsuz hesab edir və aşağıda qeyd edilən səbəblərdən təmin edilməməsini xahiş edir. Belə ki, satıcı "xxxx" MMCnin direktoru X10, əvvəlki payçı X7 (xx.xx.2009-cu ildə bağlanmış müqavilə öz razılıq ərizəsi ilə ləğv olunur) ilə aralarında Bakı şəhəri, F.Bayramov küçəsi,1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tikinti sahəsi 101,5 kv.m olan 2 otaqlı 36 saylı mənzilin “alıcıya” təhvil verilməsi, mənzilin dəyərini təşkil edən 60.900 manat pulun yeni payçı Məmmədova (nikahdan sonra Kazımova) Kamilla Rüfət qızı tərəfindən əvvəlki payçı X3 ödənildiyi barədə xx.xx.2016-cı il tarixli 290 nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan 60.900 manat pul məbləği tərəfindən əvvəlki payçı X4 tam ödənilmişdir. "xxxx" MMC-nin direktoru X10 tərəfindən MMC-yə borcunun olmadığı barədə xx.xx.2016-cı il tarixli maliyyə arayışı verilmişdir və həmin tarixdən mənzil ona təhvil verilmişdir. Daha sonra "xxxx" MMC-nin icraçı direktoru X10 ilə aralarında “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” xx.xx.2016-cı il tarixli 232 nömrəli müqavilə bağlanmış, mənzilin işıq, qaz, su sayğacları və siqnalizasiya üçün tərəfindən 1.200 manat "xxxx"MMC-nin xəzinəsinə ödənilmiş, bu barədə 232 nömrəli xx.xx.2016-cı il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, ev, mənzil 36, korpus-2 (Yeni qaydalarla: AZİ025, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətindədir. Mənzili külli miqdarda vəsait xərcləyərək tam təmir etdirmiş və 2016-cı ildən həmin mənzildə daimi ailəsi ilə birlikdə yaşayır. Göründüyü kimi, mənzili qanuni yolla, əvəzli müqavilə əsasında əldə etmişdir və vicdanlı əldə edəndir. "xxxx" MMC-nin ondan qabaq qeyd olunan mənzili digər üçüncü şəxsə satdığını bilməmişdir, bilməli deyildi və bilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsində göstərildiyi kimi, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Müqavilə əsasında verilmiş əmlakların geriyə tələb edilməsi ilə əlaqədar vindikasiya iddiası irəli sürülə bilməz. Vicdanlı əldə edən üçüncü şəxslər qarşısında heç bir cavabdehlik daşımır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-441/2018 saylı qətnaməsinin olmasından da xəbəri olmamışdır. Sual olunur:
1. Əgər həqiqətən də iddiaçı "xxxx" MMC ilə xx.xx.2008-ci ildə mübahisəli mənzilə dair müqavilə bağlamışdırsa, nə üçün mənzilin təhvil verilməsini 2018-cu ildə məhkəmə yolu ilə tələb edirdi, nə üçün 10 il ərzində bir dəfə olsun mənzilə sahib olmurdu?
2. "xxxx"MMC ilə kifaqət qədər uzun müddət ərzində gedən məhkəmə çəkişməsi müddətində nə üçün iddiaçı, yaxud bu mübahisəni araşdıran məhkəmə instansiyaları nə üçün bir dəfə olsun gəlib mənzilə baxış keçirməmiş, mənzilin digər şəxsin mülkiyyətində olduğunu müəyyən etməmişlər, qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbir görməmişlər? İddiaçının “cavabdehin mübahisəli mənzil üzərində qanunsuz hərəkətləri nəticəsində hüquqlarının pozulması və məhkəmə qətnaməsinin icrasına çətinlik yaratmaqla pozmaqda davam etməsi” barədə arqumenti də tam əsassız və qanunsuzdur. Belə ki, iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etməmiş və etmir, ümumiyyətlə bu vaxta qədər belə bir şəxsi heç vaxt görməmiş və tanımır. İddiaçının "xxxx" MMC ilə mübahisəsinin nə ona, nə də ki, onun xüsusi mülkiyyətində olan əmlakına heç bir aidiyyatı yoxdur. Vindikasiya iddiasının predmeti kimi yalnız qeyri-qanuni sahiblikdə olan əmlak çıxış edə bilər. İddiaçıya tövsiyyə olunur ki, tanıdığı, etibar etdiyi "xxxx" MMC-dən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsin. Eyni zamanda, Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. İddiaçının kserosurət şəklində (məhkəməyə təqdim etdiyi sənədlər sırasında həmin müqavilənin nə əsli, nə də ki, notarial qaydada təsdiq edilmiş surəti yoxdur. Məhkəməyə təqdim etdiyi xx.xx.2008-ci il tarixli 209 saylı müqavilənin 3.2-ci bəndində qeyd olunur ki, “Satıcı” müqavilənin 2.1.-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay ərzində tamamlayıb “Alıcı”ya təhvil verir, yəni tərəflər arasında müqavilə müddəti xx.xx.2010-cu il tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bununla da müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə qanunda nəzərdə tutulan bütün iddia müddətləri bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın və iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin həm qanunsuz və əsassız olduğuna görə, həm də, iddia müddətini ötürdüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş cavabdeh "xxxx"MMC-nin icraçı direktoru X10 izahat verərək göstərmişdir ki, ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı mənzilə dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi Sahiblə onun arasında olan villa söhbətindən qaynaqlanmışdır. xx.xx.2013-cü il tarixli auditor rəyinə əlavə edilmiş 2 saylı yaşayış binasında olan mənzillərin siyahısında da X1 adı qeyd olunmuşdur. O icraçı direktor olduğu dövrdə İddiaçı mübahisəli mənzillə bağlı müraciət etməmişdir. İddia əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X3 müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Satıcı "xxxx" MMC-nin direktoru X13 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 209 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi - mənzili alıcının mülkiyyətinə verməyi, tikinti-quraşdırma işlərini 24 ay müddətində tamamlayıb alıcıya təhvil verməyi, alıcı mənzilin hər kvadrat metri üçün 900 ABŞ dolları, ümumi məbləğ 91350 ABŞ dollarını 100% Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür. (bənd:1.1;2.2.1; 2.2.2; 2.2.3;3.2) "xxxx" MMC-nin xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-nin hesabına 77090 manat məbləğində pay ödənişi həyata keçirilmişdir. Satıcı "xxxx" Şirkətinin direktoru X13 ilə alıcı X8 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 06/07 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi - mənzili alıcının mülkiyyətinə verməyi, tikinti-quraşdırma işlərini 24 ay müddətində tamamlayıb alıcıya təhvil verməyi, alıcı mənzilin hər kvadrat metri üçün 750 ABŞ dolları, ümumi məbləğ 76000 ABŞ dollarını 100% Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür. (bənd:1.1;2.2.1; 2.2.2; 2.2.3;3.2) "xxxx" Şirkətinin xx.xx.2009-cu il tarixli, 06/07 saylı kassa mədaxil orderinin surətindən görünür ki, X8 tərəfindən 06/07 A saylı müqavilə üzrə 76000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" Şirkətinin xx.xx.2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, X7 F.Bayramov küçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 m ibarət olan 2 otaqlı mənzilin dəyərini tam ödəmişdir və şirkətə borcu yoxdur. Satıcı "xxxx" MMC-nin direktoru X13 ilə alıcı X7 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 290 saylı müqavilənin surətindən görünür ki, satıcı ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m.-dən ibarət olan 2 otaqlı 36 saylı mənzili alıcının mülkiyyətinə verməyi, tikinti-quraşdırma işlərini tamamlayıb alıcıya təhvil verməyi, alıcı mənzilin hər kvadrat metri üçün 600 manat, ümumi məbləğ 60900 manatı 100% Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüşdür. (bənd:1.1;2.2.1; 2.2.2; 2.2.3;3.2) İş materiallarında olan Satıcı "xxxx" MMC-nin yığıncağının xx.xx.2015-ci il tarixli yığıncağının protokolunun və təsisçi X9 01 saylı əmrinin surətindən görünür ki, X10 müvəqqəti olaraq MMCnin icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Satıcı "xxxx" MMC-nin direktoru X10 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 290 saylı müqavilənin surətindən görünür ki, X1 razılıq ərizəsi əsasında onunla xx.xx.2009-cu il tarixda bağlanmış 290 saylı müqavilə ləğv olunmuşdur. Satıcı ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı 36 saylı mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 60900 manat təşkil edir və yeni payçı Cavabdeh tərəfindən əvvəlki payçı X3 ödənilmişdir.(bənd:1.1) xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 6 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 101.5 kv.m. olan 2 otaqlı 36 saylı mənzilin pay dəyəri payçı X11 tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. "xxxx" MMC-nin icraçı direktoru X10 ilə sakin Cavabdeh arasında bağlanmış “Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə” xx.xx.2016-cı il tarixli, 232 saylı müqavilənin surətindən görünür ki, MMC xx.xx.2016-cı il tarixli, 290 saylı müqaviləsinə əsasən satdığı mənzili tikinti normalarına uyğun şəkildə sakinə təhvil vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, ev, mənzil 36, korpus-2 (Yeni qaydalarla: AZİ025, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi X5 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********52 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, korpus 2, 36 saylı mənzil (yeni qaydalarla: AZ 1025, ünvan 5 ilkin olaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* saylı cavab məktubuna əlavə olunmuş xx.xx.2013-cü il tarixli auditor rəyi və auditor rəyinə əlavə edilmiş 1 saylı yaşayış binasında olan mənzillərin siyahısının surətindən görünür ki, siyahıda 36-cı sırada, ünvan 6 ünvanında yerləşən 2 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. sahəsi olan 36 saylı mənzilin “kimə satılıb” qrafasında X1 adı qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X20 “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-441/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanda inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzili İddiaçı təhvil verilməlidir. İcra sənədinndə qeyd olunan mənzilin nömrəsi qeyd olunmadığından qeyri yaşayış sahəsinin yeri dəqiq müəyyən etmək və həmçinin icra sənədininicrasını təmin etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mütəxəssis dəvət olunmuşdur. Aparılmış icra tədbitləri nəticəsində və eyni zamanda DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********15 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, ünvan 2 ünvanda inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 101,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzil Cavabdeh mülkiyyətindədir. Qeyd olunanlara əsasən İcra sənədini icra etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 4/929-5/693 saylı rəydən göründüyü kimi, məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspertizaya təqdim edilmiş mülki işin 116-117-ci vərəqlərində olan Sahil-D Kompani MMC ilə X7 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 290 saylı müqavilənin 1-ci vərəqəsinin sol aşağı hissəsindəki imza, 2-ci vərəqədə “Satıcı Cəfərov M.i" qrafasındakı imza, i/v 118-119-da olan Sahil-D Kompani MMC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış 209 saylı müqavilənin 2-ci vərəqəsində “Satıcı Sahil-D Direktör Cəfərov M.l" qrafasındakı imza, i/v 120-də olan xx.xx.2008-ci il tarixli kassa məxaric orderində “Rəhbər” qrafasındakı imza X13 tərəfindən icra olunmuşdur. Sənədlərin texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş Sahil-D Kompani MMC ilə X8 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 290 saylı, Sahil-D Kompani MMC ilə İddiaçı arasmda xx.xx.2008-ci il tarixdə bağlanmış 209 saylı müqavilələrin və xx.xx.2008-ci, il tarixli kassa mədaxil orderinin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş Sahil-D Kompani MMC ilə X7 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 290 saylı, Sahil-D Kompani MMC ilə İddiaçı arasnda xx.xx.2008-ci il tarixdə bağlanmış 209 saylı müqavilələrin və xx.xx.2008-ci il tarixli kassa mədaxl orderinin üzərlərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə ayrı-ayrılıqda həm İddiaçı ilə, həm X7 ilə və həm də Cavabdeh arasında eyni mənzilə dair alqısatqı müqavilələri imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir. Adı çəkilən MMC ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl bağlanmış olsa da, MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, Cavabdeh sahiblik və istifadəsinə vermiş, mənzilin sonuncunun mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, mənzil onun tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil Cavabdeh sahiblik və istifadəsinə verilənədək keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Başqa sözlə, MTK cavabdeh X12 ilə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2015-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən, satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir. (2(102)-88/2019 saylı iş üzrə 07 yanvar 2019-ci il tarixli Qərar). Həmçinin, MM-nin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından müəyyən olunduğu kimi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllə, ev, mənzil 36, korpus-2 (Yeni qaydalarla: AZİ025, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Belə olan halda, hazırki iş üzrə iddiaçının həmin mənzilə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilin cavabdeh tərəfindən boşaldılaraq ona təhvil verilməsi ilə bağlı hüququ aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında göstərmişdir ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən mübahisəli mənzil xx.xx.2008-ci il tarixli, 209 saylı müqavilə əsasında İddiaçı faktiki sahiblik və istifadəsinə verilmədiyindən, digər tərəfdən isə, Cavabdeh lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququ müvafiq qaydada qeydiyyatdan keçdiyindən, o, həmin mənzilə sahiblik, istifadə və sərəncam hüququ əldə etmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 290 saylı alqı-satqı müqaviləsiin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmənin qeyd edir ki, işin müəyyən edilmiş halları əsas götürərək məruz qaldığı zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh "xxxx" MMC-yə qarşı ümumi qaydada tələb irəli sürmək hüququnun olması İddiaçı izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/929-5/693 saylı rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 250 manat olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 250 manat iddiaçıdan dövlət nəfinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh, X3, "xxxx" MMC-yə, "xxxx" Şirkətinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərcini təşkil edən 250 (iki yüz əlli) manat məbləğində pul İddiaçı tutularaq, X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev