Məhkəmə qərarları › İş №2(011)-2617/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2617/2023

04.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2617/2023 04.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sərəncam vermək hüququ ilə sahibliyinə verilmiş “Mersedes Bens” C180 markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin ona qaytarılması və ya avtomobilə ödədiyi 8.250 manat məbləğinin, avtomobilin təmirinə ödədiyi 2.550 manat, hüquq xidmətinə görə ödədiyi 321 manat və rüsum olaraq ödədiyi 100 manat məbləği olmaqla, ümumilikdə 11.221 (on bir min iki yüz iyirmi bir) manat pul vəsaitinin ona qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh sərəncam vermək hüququ ilə sahibliyinə verilmiş “Mersedes Bens” C180 markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin ona qaytarılması və ya avtomobilə ödədiyi 8.250 manat, avtomobilin təmirinə ödədiyi 2.550 manat, hüquq xidmətinə görə ödədiyi 321 manat və dövlət rüsumu olaraq ödədiyi 1.125 manat məbləğinin, ümumilikdə 11.246 (on bir min iki yüz qırx altı) manat pul vəsaitinin ona qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Mersedes Bens” C 180 markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini ona Bakı şəhəri 51 saylı notariat ofisində 8.250 manata sataraq baş etibarnamə əsasında nəqliyyat vasitəsinə dair sərəncam hüququnu, sürücülük hüququ olduqda avtomobili idarə etmək hüququnu, bağışlamaq hüququnu, ipoteka qoymaq hüququnu, həmin avtomobilə dair sərəncam vermək hüququnu və digər hərəkətləri, həmçinin qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək hüququnu vermişdir. “Mersedes Bens” C 180 markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin tam dəyərini 8.250 manat pul vəsaitini Cavabdeh verdikdən sonra həmin avtomobili əsaslı təmir etdirərək 2.550 (iki min beş yüz əlli) manat pul xərclənmişdir ki, avtomobili sataraq qazanc əldə edə bilsin. Ailə büdcəsində olan pullarını və dostlarından borca aldığı pulları avtomaşına xərclədikdən sonra borca aldığı pulları qaytarmaq üçün avtomaşını satışa qoymuşdur. 09 iyun 2021-ci il tarixdə “Mersedes Bens” C 180 markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini Bakı şəhəri, 48 saylı notariat ofisində X5 8.550 manata baş etibarnamə əsasında satmışdır. O, Fərhad Əliyevə bildirmişdir ki, özü avtomaşını etibarnamə ilə almışdır və ona avtomobili öz adına özəlləşdirməsini bildirmişdir. Avtomaşını baş etibarnamə ilə satarkən nəqliyyat vasitəsinə dair sərəncam hüququnu, sürücülük hüququ olduqda avtomobili idarə etmək hüququnu, bağışlamaq hüququnu, ipoteka qoymaq hüququnu, həmin avtomobilə dair sərəncam vermək hüququnu və digər hərəkətləri, həmçinin qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək hüququnu avtomaşını alan X5 vermişdir. Avtomaşının dəyərini ona ödəyən X6 avtomaşını idarə edərkən Cavabdeh baş etibarnaməni onun iştirakı olmadan ləğv etdirərək avtomobil müfəttişinin köməyi ilə pulunu alaraq avtomaşını satdığı X4 əlindən almışdır. X4 məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında o, məhkəmədə həqiqəti söylədikdən sonra, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(012)-1513/2022 saylı qətnaməsi ilə ondan avtomobilə görə 8.550 manat pul vəsaitinin, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, ümumiyyətlə 8.950 manat pul vəsaitinin ondan tutularaq avtomobili satdığı şəxs X5 verilməsi qərara alınmışdır. Cavabdeh “Mersedes Bens” C 180 markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini ona Bakı şəhəri, 51 saylı notariat ofisində 8.250 manata baş etibarnamə əsasında satdıqdan sonra “Mersedes Bens” C 180 markalı, **-ZY-*** dövlət nömrə nişanlı minik avtomobilinə görə verdiyi etibarnaməni onun xəbəri olmadan Bakı şəhəri, 51 saylı notariat ofisində ləğv etdirərək “Mersedes Bens” C180 markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə faktiki sahiblik edən X2 minik avtomobilini alaraq öz mülkiyyətinə və sahibliyinə qəbul etmişdir. Cavabdeh niyyəti baş etibarnamə əsasında minik avtomobili satmaq, minik avtomobilini alan şəxsə avtomobilin dəyərini tam almaq məqsədilə bütün hüquqları vermək və avtomobilin satışından əldə etdiyi pul vəsaitini xərclədikdən sonra verdiyi baş etibarnaməni notarial qaydada ləğv etdirməklə pul qazanmaq olmuşdur. İddiaçı və onun vəkili və etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişlər və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh elektron kabinet vasitəsi ilə iddia ərizəsinə yazılı etiraz göndərərək bildirmişdir ki, İddiaçı ümumiyyətlə tanımır və onunla hər hansı pul mübadiləsi, nəqliyyat vasitəsinin alğısatqısı və digər bu xarakterli əməliyyat aparılmamışdır. Onun iddiaçını tanıyan başqa bir şəxs ilə arasında olan məsələyə görə həmin şəxsin verdiyi məlumatlar əsasında iddiaçıya müvəqqəti olaraq nəqliyyat vasitəsinə dair etibarnamə vermişdir. Sonradan həmin şəxslə münasibətlər pozulduğu və onu aldatdığı üçün müvəqqəti olaraq istifadəyə verdiyi bütün nəqliyyat vasitələrinə dair etibarnamələri ləğv etmişdir. Lakin ona məxsus olmaqla mülkiyyətində olmuş nəqliyyat vasitələrini həmin şəxs onun sahibliyinə qaytarmamışdır. Bu barədə dəfələrlə həmin şəxsə bildirsə də ona məlum olmuşdur ki, həmin nəqliyyat vasitəsi qanunsuz olaraq başqa şəxslərə verilmiş və həmin şəxslərin bildirdiyinə görə əvəzində onlardan pul vəsaitləri alınmışdır. Həmin pul vəsaitlərini qanunsuz olaraq alaraq əsassız varlanan şəxslərdən biri də iddiaçı olmuşdur. Bu fakt özünü Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsində tapmışdır. Həmin nəqliyyat vasitəsini sonuncu dəfə məhkəməyə geri qaytarılma barədə müraciətdən sonra yararsız halda tapmışdır və təmir etdirmək məcburiyyətində qalmışdır. Bunun isə əsas səbəbkarı nəqliyyat vasitəsinin sahibliyində olduğu şəxslər olmuşdur. Bu məqsədlə onun Xətai Rayon Məhkəməsində nəqliyyat vasitənin sonuncu istifadəsində olan şəxsə qarşı verdiyi iddia qismən təmin edilmişdir. Hazırda qaldırılan iddia isə tamamilə absurd və əsassızdır. Çünki iddiaçı ilə hər hansı hüquq və ya faktiki münasibət olmamışdır. İddiaçı özünə aid olmayan nəqliyyat vasitəsini qanunsuz olaraq başqasına sataraq əsassız varlamışdır. Belə ki, iddiaçı özünün xx.xx.2021-ci il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, nəqliyyat vasitəsini almaq məqsədilə Rəşad adlı şəxsə 8.200 manat məbləğində pul vəsaiti vermişdir. Halbuki, hazırkı iddia ərizəsində həmin faktı gizlətmiş, guya ki ona verdiyini bildirmişdir. Digər tərəfdən iddiaçı guya ki nəqliyyat vasitəsini təmir etdirdiyi barədə məhkəməyə akt təqdim etmişdir. Lakin həmin akt saxtadır. Ən azından nəqliyyat vasitəsinə verilən etibarnamə ilə (xx.xx.2023) həmin aktın tarixi (xx.xx.2023) arasında fərq vardır. Necə ola bilər ki, nəqliyyat vasitəsi iddiaçının sahibliyinə keçmədən ona dair akt tərtib etmişdir? Həmin aktda hər hansı təsdiqedici möhür yoxdur və imzalayan şəxslərin kimliyi, hansı peşə sahibləri olduğu, nəyə görə bu qədər böyük məbləğli təmir işləri aparıldığı qeyd edilməmişdir. Halbuki iddiaçı xx.xx.2021-ci il tarixdə verdiyi izahatında nəqliyyat vasitəsini 8.200 manata aldığını bildirmişdir. Necə ola bilər ki, 8200 manata aldığı nəqliyyat vasitəsinin təmirinə 2.550 manat xərclədikdən sonra onu demək olar ki, eyni qiymətə (8.650 manat) digər şəxsə satsın? Aşkar şəkildə görünür ki, akt və iddia tamamilə əsassız və uydurmadır. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ƏN-Vİİİ 633807 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı “Mersedes Bens” C180 markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermə səlahiyyətləri verilmişdir. İş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən olan çıxarışdan görünür ki, Bakı şəhəri 48 saylı notariat ofisində mülkiyyətçi Cavabdeh olmaqla, İddiaçı “Mersedes Bens” C180 markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili X5 etibarnamə əsasında vermişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(012)- 1513/2022 saylı qətnaməsi ilə İddiaçı maddi ziyana görə 8.500 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaitinin tutularaq X5 verilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işinin müəyyən olunmuş hallarından görünür ki, “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh olmuşdur və o, bu avtomobil barədə bəzi səlahiyyətləri Bakı şəhəri 51 saylı Notariat Ofisində reyestrdə 7E- 3470 nömrə ilə qeyd olunmuş etibarnamə əsasında İddiaçı vermişdir. İddiaçı isə bu səlahiyyətlərdən istifadə edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı Notariat Ofisində mülkiyyətçi Cavabdeh adından etibarnamə əsasında çıxış edərək “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə X1 vermişdir. Bu zaman F.M.Əliyev İddiaçı 8550 manat pul ödəmişdir. Bu fakt onun Bakı şəhəri Binəqədi RYPİ 6-cı Polis Şöbəsində verdiyi izahatla təsdiq olunur. Belə ki, X4 İddiaçı barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, mübahisəli avtomobilə dair etibarnamə verilərkən İddiaçı xx.xx.2021-ci il tarixdə ondan nağd şəkildə 8550 manat pul almışdır. İşdən görünür ki, avtomobilin mülkiyyətçisi Cavabdeh sonradan, yəni 07 oktyabr 2021-ci il tarixdə İddiaçı verdiyi etibarnaməni ləğv etdirmiş, bundan sonra isə həmin etibarnamədən sonra verilmiş etibarnamələr də ləğv olunduğundan avtomobili F.M.Əliyev idarə edə bilməmiş, yəni hazırda mübahisəli avtomobilin iddiaçı tərəfindən idarə olunmasına heç bir hüquqi əsas qalmamışdır. Başqa sözlə, avtomobilə görə iddiaçı tərəfindən verilmiş vəsaitlə İddiaçı əsassız varlanmış, F.M.Əliyevə maddi ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli e- 2(011)-119/2023 saylı qətnaməsi ilə cavabdeh X2 vurulmuş maddi ziyanın əvəzi kimi 400 (dörd yüz) manat və rüsum qismində ödənilmiş 30 (otuz) manat vəsaitin alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işinin müəyyən olunmuş hallarından görünür ki, “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur, o, avtomobil barədə bəzi səlahiyyətləri etibarnamə əsasında İddiaçı vermişdir, İddiaçı isə bu səlahiyyətlər əsasında xx.xx.2021-ci il tarixdə mülkiyyətçi Cavabdeh adından etibarnamə əsasında çıxış edərək, nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və s. barədə cavabdeh F.M.Əliyevə səlahiyyətlər vermişdir, bu zaman F.M.Əliyev İddiaçı 8550 manat pul ödəmişdir, avtomobilin mülkiyyətçisi Cavabdeh 07 oktyabr 2021-ci il tarixdə İddiaçı verdiyi etibarnaməni ləğv etdirmiş, bundan sonra isə həmin etibarnamədən sonra verilmiş etibarnamələr də ləğv olunmuşdur, vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədilə F.M.Əliyev məhkəməyə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi İddiaçı maddi ziyana görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti tutularaq F.M.Əliyevə verilməsi qət edilmişdir, avtomobil hazırda iddiaçı Cavabdeh istifadə və sahibliyindədir, hazırki iddia tələbi F.M.Əliyevdən mübahisəli avtomobilə vurulmuş real zərərə görə 3500 manat, 7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədədir, avtomobilin təmir-bərpa xərci kimi mühərrikin alt karterin zədələnməsinə görə 400 manat, akkumlyator üçün 180 manat, mühərrikin tam təmiri üçün 1300 manat, ön və arxa buferin təmiri üçün 290 manat, ön sol qapı və krılo təmiri üçün 350 manat olmaqla, ümumilikdə 2520 manat tələb edilir, cavabdeh iddia tələbini qismən qəbul edərək avtomobilin onun tərəfindən istifadəsi zamanı karterinə zərərin dəyməsini etiraf edir, karterə vurulmuş ziyana görə 100 manat ödəməyə razıdır, qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Bununla belə, avtomobilin digər hissələrinə (akkumlyator, mühərrik, ön - arxa bufer, ön sol qapı və krılo) vurulmuş zərərə görə cavabdehin təqsirini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Start Servis” tərəfindən verilmiş aktın surətindən görünür ki, “Mercedes Benz” C180 markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 3.170 manat təşkil edir. İş materiallarında olan İddiaçı Binəqədi RPİ 6-cı PB-nin təhqiqatçısı polis kapitanı Nəsimi Musayevə xx.xx.2021-ci il tarixdə verdiyi izahatında aşağıdakılar qeyd edilmişdir: “...**-ZY-*** nömrəli avtomaşını satan Rəşad adlı şəxslə ... əlaqə saxladım. Mən Rəşadla razılaşandan sonra həmin maşını 8.200 manata ondan aldım. Özüm maşın ustası olduğum üçün həmin maşını təmir edib satmaq istəyirdim..” İş üzrə şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, iddiaçı ilə dostluq münasibətindədir. 2 ilə yaxın müddətdir ki, 51 saylı notariat kontorunda onun dostu Tahir Balakişiyev 8.200 manat pul verməklə baş etibarnamə əsasında “Mercedes” markalı nəqliyyat vasitəsini əldə etmişdir. Talehlə notariata o və Ceyhun getmişdir. Qarşı tərəfdən də 2 nəfər olmuşdur. Onlardan yalnız Elçin adlı şəxsi görmüşdür. Digər şəxsi görməmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 bildirmişdir ki, İddiaçı dostudur. O qeyd etmişdir ki, “Mersedes Bens” C180 markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısı notariusda olmuşdur. Notariusa getməmişdən bir gün əvvəl avtomobilə baxdıqdan sonra beh vermişlər və qalan məbləği notariatda qarşı tərəfə vemişlər. Avtomobil baş etibarnamə əsasında əldə edilmişdir. Etibarnamənin rəsmiləşdirilməsi zamanı özündən başqa tanışları Rövşən, Fərhad və Taleh də notariatda idi. Avtomobili satmaq üçün etibarnaməni rəsmiləşdirməyə Elçin və Rəşad adlı şəxslər gəlmişdilər. Məhkəmə iddiaçının, onun vəkilinin və şahidlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından başlayır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisəli avtomobilinin qaytarılması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub- olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir, ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, iddiaçının sözügedən avtomobilə hüquqlarının rəsmiləşdirilməməsinə əsaslanaraq hesab edir ki, iddiaçının mübahisəli avtomobilə mülkiyyət hüquqları yaranmamışdır. “Mercedes C180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. Avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya olduğundan onun iddiaçının mülkiyyətinə keçirilməsi qanunvericiliyin tələblərinə uyğun müvafiq dövlət orqanında rəsmiləşdirilməli idi. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququ, eləcə də bunun tərkibinə daxil olmuş digər hüquqları mövcud olmadığından, onun avtomobilin ona qaytarılması ilə bağlı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən də qeyd edilmiş iddia tələbləri təmin edilməli deyil. Mübahisəli avtomobilə ödənilmiş 8.250 manat məbləğinin cavabdehdən alınması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə həmin məbləğin ödənilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlara gəldikdə məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı Binəqədi RPİ 6-cı PB-nin təhqiqatçısı polis kapitanı Nəsimi Musayevə xx.xx.2021-ci il tarixdə verdiyi izahatında qeyd edilmişdir ki, sonuncu mübahisəli avtomobili 8.200 manat müqabilində Rəşad adlı şəxsdən almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması iş materialları ilə təsdiq olunmadığından qeyd edilmiş iddia tələbləri təmin edilməli deyil. Mübahisəli avtomobilin təmirinə ödənilmiş xərclərin cavabdehdən alınması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin xərclərin cavabdehin xeyrinə icra olunduğunu və cavabdehin həmin işlərin nəticələrini bəyənərək qəbul etdiyini sübuta yetirə bilməmişdir. Belə ki, Mülki Məcəllənin 1087.2-ci maddəsinə görə işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 783.1-ci maddəsinə görə vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. İddiaçı tərəfindən mübahisəli avtomobilin üzərində aparılmış təmir işlərinin sonradan cavabdeh tərəfindən bəyənilməsi və qəbul edilməsi sübuta yetirilmədiyindən hazırki münasibətlərə tapşırıq müqaviləsindən irəli gələn müddəalar tətbiq edilməli deyil və xərclərin ödənilməsi ilə bağlı iddia tələbləri təmin edilməli deyil. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən icra edilmiş təmir işlərinin nəticələrinin cavabdeh tərəfindən qəbul olunması nəticəsində sonuncunun iddiaçının hesabına əsassız varlanması halları da iş materialları ilə sübuta yetirmir. Hüquqi yardımın alınması üçün xərclər və sair məhkəmə xərclərinin ödənilməsi ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar