Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-262/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən "xxxx" MTK-nın nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən "xxxx" MTK və X5 cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – çirkab suların axdığı xətdə olan qüsurun təmir edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC tərəfindən mənzilə vurulmuş maddi zərərə görə 6.500 manat, mənəvi zərərə görə 3.000 manat vəsaitin alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı idman sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2017-ci il tarixində ünvan 1 ünvanında yerləşən mənzil bağışlanmışdır. İddiaçı həmin vaxt mənzildə heç bir təmir işləri aparmamışdır. Mənzil ona təmirli şəkildə verilmişdir. Mənzil 3-cü mərtəbədə yerləşir. Mənzilinin altında yəni, 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi X3 məxsusdur. xx.xx.2019-cu ildə icarə müqaviləsi bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən əsaslı təmir və yenidən qurma işləri görülmüşdür. Təmirdən bir müddət sonra çirkab suların axmış, mətbəxdən keçən borudan tez-tez tutulmalar baş vermişdir. Bu problem bu günə kimi də davam etmişdir. Borunun cavabdehlərə məxsus hissəsi (2-ci mərtəbə) tutulduğundan çirkab suları geri qayıtmış, iddiaçıya məxsus mənzilin borularından mətbəxə və digər otaqlara yayılmışdır. Aralarında mübahisələr yaranmışdır. Mətbəx mebeli, döşəmə və divarların aşağı hissələri tamamilə yararsız vəziyyətə düşmüş və mənzildən kəskin üfunət iylər gəldiyindən yaşamaq mümkün olmamışdır. 2021-ci ilin fevral ayında İddiaçı və üçüncü şəxsə qarşı əssasız iddia qaldırılsa da, apellyasiya instansiyası tərəfindən rədd edilmişdir. Məhkəmə baxışı zamanı təyin edilmiş ekspertizalarla təsdiq edilmişdir ki, onların heç bir aidiyyəti və təqsiri yoxdur. Məlum olmuşdur ki, təmir vaxtı cavabdeh ona aid hissədən keçən borunun maililiyini azaltmışdır. Nəticədə axıntı üçün lazım olan axıntının borudan xaric olmasından tutulmalar baş vermişdir. Bu günə qədər də qüsur aradan qalxmamışdır. Dəfələrlə iddiaçı xahiş etmişdir ki, tavanı söküb altından keçən borunu əvvəlki vəziyyətə qaytarsınlar. Cavabdeh özünün təqsirli olduğunu bilə-bilə təmirdən qəsdən boyun qaçırmış, iddiaçıya maddi ziyan vurmaqda davam etmiş, iddiaçını belə şəraitdə yaşamağa məcbur etmişdir. İddiaçı hesab edir ki, boru əvvəlki vəziyyətinə qaytarılmalı, maddi və mənəvi ziyan ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verək iddianı müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O bidirmişdir ki, Cavabdeh MMC tərəfindən təmir işləri görüləndən sonra çirkab suların axıdılmasında nasazlıqlar yaranmışdır. Cavabdehin işçiləri kanalizasiya xətlərinin mailliyini pozmuşdular. Buna görə də kanalizasiya xətti üzrə sular geri qayıdır. Bunun nəticəsində ona maddi və mənəvi ziyan dəyir. Hesab edir ki, cavabdehə məxsus sahənin tavanı sökülərək altından keçən borular əvvəlki vəziyyətə qaytarılmalıdır. Bildirir ki, indiyədək tutulmuş borunun açılması üçün bahalı kanalizasiya təmizləmə vasitələri (kimyəvi vasitələr) almışdır ki, boru tutulmasın. Lakin, onun həmin xərci çəkməyə maddi imkanı yoxdur. O, daha həmin kimyəvi vasitələri almayacağını bildirmişdir. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, cavabdeh təşkilat tərəfindən Nəsimi rayon icra hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, “Deluxe residens"MTK-nə, "xxxx"ASC-nə və FHN-nə müraciət etmiş və ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın Klinikanın yerləşdiyi 2-ci qeyri-yaşayış mərtəbəsinin və İddiaçı mənzilinin su borularının çəkilmiş lahiyəsinin təsdiq olunmuş surəti xahiş olunmuşdur. Lakin, layihə onlara təqdim edilməmişdir. O, iddia tələblərinə etiraz edərək bildirmişdir ki, borularda olan nasazlıq cavabdehin hərəkətləri nəticəsində baş verməmişdir. Müstəqil tələb irəli sürməyən "xxxx" MTK-nın nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, mübahisəli sahədə kanalizasiya xəttində olan nasazlıq məhz cavabdeh Klinikanın cəlb etdiyi işçilərin keyfiyyətsiz işi nəticəsində baş vermişdir. Belə ki, təmir düzgün olmadığından kanalizasiya xəttinin mailliyi dəyişdirilmişdir. Nəticədə boruda tıxaclanma əmələ gəlmişdir. Cavabdeh Klinikanın tavanının bir hissəsi sökülərək altından keçən borular yoxlanılmalıdır. O bildirmişdir ki, kanalizasiya xəttində olan nasazlıq “Deluxe residens"MTK-nın fəaliyyəti ilə əlaqəli deyildir və cavabdehin təmir işlərinin nəticəsidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Klinikanın cəlb etdiyi işçilər təmir işini keyfiyyətli görüblər. Binanın tikintisinin düzgün aparılıb-aparılmaması araşdırılmalıdır. Bunun üçün “Deluxe residens"MTK layihə sənədlərini təhvil verməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli 2(103)-544/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayətlərinin təmin edilməməsi, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(006)-2580/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1756 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və 131 saylı mənzilin divarlarında olan su sızma əlamətlərini nəzərə alaraq, həmin qüsurların divar daxilindən keçən ümumi kanalizasiya sistemində nasasızlıqlar nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin kanalizasiya xəttinin üzəri bağlı olduğundan su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 490,0 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7015 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi həmin qeyri-yaşayış sahəsinin təmiri zamanı kanalizasiya xəttinin mailliyinin dəyişdirilərək üfiqi xəttin çəkilməsi zamanı boru xətlərində daralma (tıxaclanma) əmələ gəldiyindən, suyun sızması (daşıması) hallarının əmələ gəlməsi istisna olunmur. Qeyd olunur ki, kanalizasiya xətləri gizli (göz görünmədiyindən) şəkildə olduğundan boru xətlərinin hansı qaydada çəkildiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. (xx.xx.2021-ci il tarixdə 10/7015 saylı ekspert vəsatəti ilə ünvan 3 ünvanında yerləşən binaya aid kommunikasiya xətlərinin layihə sənədlərinin təqdim olunması xahiş olunmuş, lakin vəsatət təmin edilməmişdir.) ünvan 3 ünvanında yerləşən Cavabdeh MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə 131 saylı mənzildən keçən kanalizasiya xətlərində (baxış keçirilən lazım) nasazlıq su sızma halları müşahidə olmadığından kanalizasiya xəttinin divar altından keçdiyi vəziyyətdə xüsusi texniki cihazı vasitəsi ilə su sızmasının konkret harada olmasını müəyyən etmək mümkün deyildir. Qeyd olunur ki, su sızma halları mövcud olduğu təqdirdə su və kanalizasiya xəttində (divar altından keçən) su sızmasının konkret harada olmasını xüsusi texniki cihazın köməyi vasitəsi ilə müəyyən etmək mümkün olur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 1 saylı mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirli olduğunu, qeyri-yaşayış sahəsinin tavanına quraşdırılmış kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilinə suz sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır. Rəyin təsviri hissəsindən görünür ki, iş üzrə iddiaçının bildirdiyinə görə 131 saylı mənzilin tikililərinə su sızması 131 saylı mənzilin alt hissəsində olan qeyri-yaşayış sahəsində aparılan təmir işləri zamanı, qeyri-yaşayış sahəsinin tavan hissəsindən çəkilmiş kanalizasiya xətlərinin maili çəkilməməsi nəticəsində çirkab sularının kanalizasiya quyularına axmaması səbəbindən olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilinə su sızmasının səbəbini müəyyən etmək üçün, həmin mənzilin alt mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilməsi zəruri olmuşdur. Qeyri-yaşayış sahəsinə baxış zamanı, qeyri-yaşayış sahəsinin təmirli olduğu, qeyri-yaşayış sahəsinin tavanına quraşdırılmış alçipan təbəqənin bir hissəsi sökülərək tavana bərkidilmiş kanalizasiya xətlərinə baxış keçirilmişdir. Baxış zamanı qeyri-yaşayış sahəsinin tavanına quraşdırılmış kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığı müşahidə olunmuşdur. Bu səbəbdən də, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən X5 ünvan 5 ünvanında yerləşən özünə məxsus qeyri-yaşayış sahəsini Cavabdeh MMC-nə icarəyə vermişdir. Məhkəmə aşağıdakı qanunvericilik normalarına əsasən, hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından müəyyən edilir ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən X5 həmin qeyri-yaşayış sahəsini 5 il müddətinə Cavabdeh MMC-yə icarəyə vermişdir. Həmin qeyri-yaşayış sahəsinin üzərində yerləşən 131 saylı mənzil isə iddiaçıya məxsusdur. Belə ki, tərəflər arasında göstərilən mübahisəyə daha əvvəl Nəsimi Rayon Məhkəməsində baxılan zaman iş üzrə ekspertiza təyin edilmiş və verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 iyun 2021-ci il tarixli 10/1756 nömrəli rəyinə əsasən ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və 131 saylı mənzilin divarlarında olan su sızma əlamətlərini nəzərə alaraq, həmin qüsurların divar daxilindən keçən ümumi kanalizasiya sistemində nasazlıqlar nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinın 17 avqust 2021-ci il tarixli 2(006)-2580/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilindən iddiaçı Cavabdeh MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısının cavabdeh İddiaçı hesabına alınması, iddia tələbinin qalan hissədə və cavabdeh "xxxx" MTK-ya münasibətdə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilindən X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə suyun axıdılmasının qarşısının cavabdeh İddiaçı hesabına alınması, cavabdeh İddiaçı maddi zərərin əvəzi kimi 490 manat, mənəvi zərərin əvəzi kimi 200 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 720 manat məbləğində pulun alınaraq X3 verilməsi qət edilmişdir. Göstərilən qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və verilmiş 04 mart 2022-ci il tarixli 10/7015 saylı ekspert rəyinə əsasən, Cavabdeh MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə su sızmasının səbəbi həmin sahənin təmiri zamanı kanalizasiya xəttinin mailliyinin dəyişdirilərək üfiqi xəttin çəkilməsi zamanı boru xətlərində daralma (tıxaclanma) əmələ gəldiyindən suyun sızması (daşması) hallarının əmələ gəlməsi istisna olunmur. Qeyd olunur ki, kanalizasiya xətləri gizli (gözə görünmədiyindən) şəkildə olduğundan boru xətlərinin hansı qaydada çəkildiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ünvan 7 ünvanda yerləşən "LB Clinic” MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə 131 saylı mənzildən keçən kanalizasiya xətlərində (baxış keçirilən zamanı) nasazlıq su sızma halları müşahidə olmadığından kanalizasiya xəttinin divar altından keçdiyi vəziyyətdə xüsusi texniki cihazın vasitəsilə su sızmasının konkret harada olmasını müəyyən etmək mümkün deyildir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, ünvan 7 ünvanda yerləşən üç mərtəbəli yaşayış binası XX əsrin əvvəllərində inşa edilməklə həmin binanın kanalizasiya xətlərinə dair layihə sənədləri mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli 2(103)- 544/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayətlərinin təmin edilməməsi, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(006)-2580/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh MMC-nin qeyri-yaşayış sahəsində apardığı yanlış təmir-tikinti işləri nəticəsində ona məxsus tavandan keçən kanalizasiya xətlərinin mailliyi azalmışdır və nəticədə boru tıxaclanmışdır. Bununla da onun mənzilinə və mənzilindəki əşyalara ziyan dəymişdir. İddiaçının iddiasının əsasının həqiqliyini müəyyən etməkdən ötrü məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 1 saylı mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirli olduğunu, qeyri-yaşayış sahəsinin tavanına quraşdırılmış kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilinə su sızmasının texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Tədqiqat zamanı Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən 58 saylı evin 131 saylı mənzilinə su sızmasının səbəbini müəyyən etmək üçün, həmin mənzilin alt mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilməsi üçün qeyri-yaşayış sahəsinin tavanına quraşdırılmış alçipan təbəqənin bir hissəsi sökülərək tavana bərkidilmiş kanalizasiya xətlərinə baxış keçirilmişdir. Baxış zamanı qeyri-yaşayış sahəsinin tavanına quraşdırılmış kanalizasiya xətlərində hər hansı bir qüsurun olmadığı müşahidə olunmuşdur. Göründüyü kimi, iddiaçının iddiasının əsasları məhkəmə araşdırılması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya məxsus mənzilə cavabdehin təqsirli hərəkətləri nəticəsində suyun axıdılması (kanalizasiya boruları üzrə çirkab suyun geri qayıtması) təsdiq olunmamışdır. Odur ki, iddia “çirkab suların axdığı xətdə olan qüsurun təmir edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC tərəfindən vurulmuş zərərə görə iddiaçının xeyrinə pul vəsaitlərinin tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulması öz təsdiqini tapmadığından, mənəvi zərərin tutulması hissəsində də iddia təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-nə qarşı – çirkab suların axdığı xətdə olan qüsurun təmir olunması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC tərəfindən mənzilə vurulmuş maddi zərərə görə 6.500 manat, mənəvi zərərə görə 3.000 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-262/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-262/2024
06.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver