Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2633/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş zərərin əvəzi kimi 4500 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə əqbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş zərərin əvəzi kimi 5000 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə əqbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən X3 xx.xx.2023-cü il tarixdə həkim X2 tərəfindən liposaksiya (artıq çəkidən azad olma və bədənşəkilləndirmə) əməliyyatı olmuşdur. Əməliyyat üçün tərəfindən 4500 manat dəyərində pul vəasiti ödənilmiş və həkimlə danışıqlar aparıldığında iddiaçıya bildirmişdir ki, əməliyyat uğurlu keçəcək və istənilən nəticəyə nail olacaq.İddiaçı bildirir ki, əməliyyatdan sonra bədənində ciddi şəkildə nöqsanlar yaranmağa başlamışdır. Təkrar Klinika və həkimə müraciət etdiyində ona bildirilmişdir ki, bunun üçün ən az 6 ay gözləməli və daha sonra qüsurlar aradan qaldırıla bilər. Lakin həmin əməliyyat onun səhhətinə ciddi şəkildə zərər vurduğu üçün artıq sağlamlıq funksiyalarımı itirmək təhlükəsi ilə qarşılaşmışdır. Cavabdehlərdə bu fəsadların aradan qaldırılması və vurulmuş zərərin ödəniməsini tələb etməsinə baxmayaraq bundan imtina edilmişdir. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, BONA DEA hospitalında keçirilən Beynəlxalq proqramda təlimçi olduğu üçün xx.xx.2024-cü il tarixdə keçirilən iclasda iştirak edə bilməyəcək, buna görə də məhkəmə iclasının digər tarixə keçirilməsini xahiş edərək, iclasda X4 nümayəndəsi qismində Baş həkim Nümayəndə iştirak etməsi üçü xəbərdarlıq etdiyini bildirmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, X7 tərəfindən verilən ******* saylı xəstəlik tarixindən çıxarış epikrizdən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı “Lokal piylənmə E65.0” diaqnozu qoyulmuş, anamnezdən görünür ki, xəstə uzun müddətdir piylənmədən əziyyət çəkir, buxaq liposasiyası ilə bağlı başqa klinikada əməliyyat olmuş, əməliyyat xoşuna gəlmədiyi üçün X6 estetik-plastik cərrahına müraciət etmişdir, X3 “Total Liposaksiya” cərrahi əməliyyatı olmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, aparılan müalicələrantibiotikoterapiya, ağrıkəsicilər, venadaxili infuziyalar. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionardan çıxan Pasiyentin Statistik vərəqinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı “Lokal piylənmə E65.0” diaqnozu qoyulmuş, Liposaksiya və Lipofillinq cərrahi əməliyyatları olmuşdur. İş materiallarında olan, xəstəyə qəbul şöbəsində baxış vərəqindən görünür ki, uzun müddətdir piylənmədən əziyyət çəkməsi səbəbi ilə X6 estetik-plastik cərraha müraciət etmiş, əməliyyatönü epikrizdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Lokal piylənmə” diaqnozu qoyulmuşdur. Xəstədə ümumi anesteziya altında “liposaksiya” əməliyyatının icra edilməsi planlaşdırılır.Xəstəyə anestezioloq tərəfindən baxıldı.Xəstədə baş hərlənməsi, halsızlıq,ümumi zəifliyin olduğunu nəzərə alaraq bir neçə gün qüvvətləndirici infuzion terapiya aparılmasına qərar verilmiş, xəstənin özü və ailə üzvləri əməliyyatın aparılmasına razıdırlar. İş materiallarında olan, cərrahi əməliyyatın gedişi barədə məlumat vərəqindən görünür ki, ENE anesteziya altında əməliyyat sahəsi antiseptik məhlulla işlənmiş, qarın, kürək və bel nahiyyəsinə ümumilikdə 1500CC hazırlanmış lokal məhlul yeridilmiş, qarın, kürək və bel nahiyyəsindən xəstədən ümulikdə 5500CC liposaksiya edilərək çıxarılmış, məhlul çöltürülmüş, hər popo nahiyyəsinə 1800CC vurularaq tikişlər atılmış, antiseptik sarğılar qoyularaq, korsetlə əməliyyat başa çatmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli xəstənin razılıq vərəqindən görünür ki, Kaspi TM MMC Xətai Klinikasının həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri,meydana gələ biləcək fəsadlar barəsində ona məlumat verilmiş, öz azad iradəsi ilə həyata keçirilməsinə bir başa özü (valideyn və ya qohum)razılıq verir və əməliyyatın (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası Mərkəzi və X5” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 344/KEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən “Xətai” X1 Paşa Vidadi oğlunun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, aparılmış klinik, laborator və instrumental müayinələrdən sonra ona “Lokal piylənmə” diaqnozu düzgün təyin edilmişdir, diaqnoza uyğun olaraq ümumi anesteziya altında onun üzərində “Total liposaksiya” (qarın, bel, kürək nahiyələri), “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” əməliyyatları icra edilmiş, əməliyyatlar taktiki və texniki cəhətdən düzgün icra edilmişdir, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi müəyyən olunmadı, İddiaçı mütəxəssis müayinəsi zamanı onun anus nahiyəsində papilloma xalları müəyyən edilmədi, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış “Total liposaksiya” (qarın, bel, buxaq, kürək nahiyələri) “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyyə əməliyyatlarından sonra onda ağırlaşma və ya fəsad müyyən olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Göründüyü kimi, iddiaçı pul tələbini ona cavabdehlər tərəfindən maddi və mənəvi zərər vurulması ilə əsaslandıraraq, qeyd etmişdir ki, “Xətai” Estetik Klinikasında “Total liposaksiya” (qarın, bel, buxaq, kürək nahiyələri) “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyyə əməliyyatları olmuş, lakin əməliyyatdan sonra səhhətində ciddi şəkildə nöqsanlar yaranmışdır. İş üzrə məhkəmə tərəfindən təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası Mərkəzi və X5” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 344/KEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, “Xətai” X1 Paşa Vidadi oğlunun adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, aparılmış klinik, laborator və instrumental müayinələrdən sonra ona “Lokal piylənmə” diaqnozu düzgün təyin edilmişdir, diaqnoza uyğun olaraq ümumi anesteziya altında onun üzərində “Total liposaksiya” (qarın, bel, kürək nahiyələri), “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” əməliyyatları icra edilmiş, əməliyyatlar taktiki və texniki cəhətdən düzgün icra edilmişdir, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı travmatik xəsarət və ya xəsarət izi müəyyən olunmadı, İddiaçı mütəxəssis müayinəsi zamanı onun anus nahiyəsində papilloma xalları müəyyən edilmədi, İddiaçı mütəxəssis müayinəsi zamanı aparılmış “Total liposaksiya” (qarın, bel, buxaq, kürək nahiyələri) “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” cərrahiyyə əməliyyatlarından sonra onda ağırlaşma və ya fəsad müyyən olunmamışdır. Göründüyü kimi, “Xətai” Estetik Klinikasında İddiaçı düzgün diaqnoz qoyularaq, “Total liposaksiya” (qarın, bel, kürək nahiyələri), “Lipofillinq” və “Anus” ətrafında papilloma xallarının götürülməsi (HPV)” əməliyyatları taktiki və texniki cəhətdən düzgün icra edilmiş, onun sağlamlığına hər-hansı zərər vurulmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya cavabdehlərin təqsiri ucbatından hər hansı zərərin dəyməsi iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia maddi ziyanın vurulması hissəsində əsassızdır. İddiaçı ona maddi və mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabdehlərin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Məhkəmə nəzərə alır ki, MPM-də nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi iddia tələbinin bu hissəsini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatıdır. Bununla bağlı məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona maddi və mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun maddi və mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən iddia tələbi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəm qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş zərərin əvəzi kimi 5000 manat pulun tutularaq İddiaçı ödənilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-2633/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2633/2024
07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver