Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2730/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı su verilişinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı – iddiaçının evinə su verilişinin Cavabdeh ASC-nin Xətai rayon sukanal idarəsinin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemində suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə qismən ödəniş etmiş və nəticədə 11.02.2020-ci il tarixinə abonentin 125,01 manat borcu qalmışdır. Ötən illər ərzində İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 18.01.2020-ci il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh ASC su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də ötən illər ərzində istifadə etdiyi xidmətlərə görə qismən ödəniş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 26.03.2014-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı 23.03.2014-cü il tarixinə sudan istifadəyə və çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur. Müki iş materiallarında olan Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinin İddiaçı ünvanladığı 04.12.2020-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, Turşu küçəsi 23/25 ünvanında yerləşən fərdi yaşayış evinin su və kanalizasiya xətləri həmin ərazidə tikinti aparan hər hansı təşkilat tərəfindən zədələnmiş və ya dağıdılmışdır. Bundan əlavə fərdi evin su sayğacının oğurlanması haqqında Hüquq mühafizə orqanlarından müvafiq arayışı Xətai rayon Sukanal İdarəsinə təqdim etməyi mütləqdir. Müki iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin qəbul etdiyi 25.05.2018-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı 15.05.2018-ci il tarixdə yaşadığı evə gələrkən naməlum şəxslər tərəfindən su sayğacının, lampaların, navalçanın oğurlanması barədə verdiyi məlumat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 2-ci hissəsinə əsasən Cəmiyyət hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Cəmiyyətin mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Nizamnamənin 3-cu hissəsində müəyyən edilmişdir ki, cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir. Cəmiyyətin əsas funksiyaları respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə etmək, onların fəaliyyətini əlaqələndirmək və işinə nəzarət etməkdən, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi barədə təkliflər işləyib hazırlamaqdan ibarətdir. AR Nazirlər Kabinetinin “AR Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 68 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC-nin Strukturunda dəyişiklik edilməsi barədə” 352 nömrəli Qərarına əsasən Cavabdeh ASC-nin tabeliyində hüquqi şəxs olmayan “Xətai rayon Sukanal” İdarəsi yaradılmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədri tərəfindən təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Xətai Rayon Sukanal İdarəsinin Əsasnaməsinə əsasən İdarə hüquqi şəxs statusuna malik olmayan qurum kimi Cavabdeh ASC-nin struktur vahidi kimi fəaliyyət göstərir. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən idarənin məqsədi Bakı şəhəri, Xətai Rayonunun su təchizatı və kanalizasiya şəbəkələrinin (qurğularının) istismarım təşkil edərək, istehlakçıların su - kanalizasiya tələbatlarının yüksək səviyyədə ödənilməsindən ibarətdir. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən İdarənin fəaliyyətinin əsas predmetini Xətai rayonuna verilən suyun su anbarlarına qəbul olunmasını, su kəmərləri və qurğuları vasitəsilə Xətai rayonu ərazisinə nəql edilməsi və istehlakçılara bölüşdürülməsini, Xətai rayonunda abonentlərə kanalizasiya xidmətinin yüksək səviyyədə təşkil edilməsi, tullantı sularının kanalizasiya kollektorlarına qəbulu, istehlakçılardan istifadə olunan suyun və göstərilən kanalizasiya xidmətlərinin dəyərinin yığılması təşkil edir. Yuxarıda göstərilənlərə əsaəsən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia tələbini respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etmək məqsədi ilə tabeliyində olan müəssisələri idarə edən və onların fəaliyyətini əlaqələndirən Cavabdeh ASC-yə qarşı irəli qaldırmalı olan halda, iddia tələbini Cavabdeh ASC-nin struktur vahidi kimi fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olmayan Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinə qarşı irəli sürmüşdür. Belə olan halda, məhkəmə belə qənaət gəlir ki, hazırki iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinə qarşı iddiaçının evinə su verilişinin cavabdeh tərəfindən bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-2730/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2730/2021
16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver