Məhkəmə qərarları › İş №2(011)-2905/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2905/2024

07.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2905/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı1 Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı "liftlərdə tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması" tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:

1. xx.xx.2024-cü il tarixdə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai Rayon Bələdiyyəsinə verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı "liftlərdə tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

3.Tətbiq edilən hüquq: 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Məhkəmənin mövqeyi:

4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyevanın icraatında olan iddiaçı X1 Cavabdeh MMC-yə qarşı liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai Rayon Bələdiyyəsinə verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması tələbinə dair 2(011)-2186/2024 saylı mülki işə birləşdirilməlidir.

5. Belə ki, iş materiallarından aydın olur ki, xx.xx.2024-cü il tarixdə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai Rayon Bələdiyyəsinə verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Sahibə Hacıyevanın icraatına qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı "liftlərdə tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hakim Samirə Eyvazovanın icraatına götürülmüşdür.

6. Məhkəmə hesab edir ki, hakim Samirə Eyvazovanın icraatında olan 2(011)- 2905/2024 saylı mülki iş üzrə iddia tələbi hakim Sahibə Hacıyevanın icraatında olan 2(011)-2186/2024 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2(011)-2905/2024 saylı mülki iş 2(011)-2186/2024 saylı işə birləşdirilməlidir və 2(011)-2905/2024 saylı mülki iş üzrə icraata xitam verilməlidir.

7. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 43.2, 169.3, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh "xxxx" MMC-yə qarşı "liftlərdə tətbiq edilmiş kart sisteminin ləğv edilməsi və liftlərdən sərbəst istifadə edilməsi üçün şərait yaradılması" tələbinə dair 2(011)-2905/2024 nömrəli mülki iş iddiaçı X1 Cavabdeh MMC-yə qarşı liftlərdə kart sisteminin tətbiqinin ləğv edilməsi, cavabdehin binanın idarəçiliyindən uzaqlaşdırılması, idarəçiliyin Xətai Rayon Bələdiyyəsinə verilməsi, vurulmuş zərərin əvəzinin ödənilməsi və cavabdeh tərəfindən mənzilin hər kvadrat metrinə görə təyin etdiyi kommunal haqqın 0,5 manat olmasının əsaslandırılması tələbinə dair 2(011)-2186/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin.

2. 2(011)-2905/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin.

3. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar