Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2933/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “qanunsuz qoşulmuş xəttin kəsilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətsizliyi qeyriqanuni hesab edilərək, üzərinə vəsaiti hesabına çəkilmiş 108 diametrli qaz xəttinə icazəsiz qoşulmuş qeyri-qanuni xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırması (kəsilməsi) vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Z.G.Niftəliyev iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, vəsaiti hesabına çəkilmiş 57 diametrli qaz xəttinə icazəsiz qoşulmuş qeyri-qanuni xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırması (kəsilməsi) vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Z.G.Niftəliyev izahat verərək bildirmişdir ki, Binəqədi rayonu, Binəqədi şosesinin sağ tərəfində yerləşən L.Qasımova məxsus təbii şirə sexinin qazlaşdırılması üçün Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu tərəfindən 2008-ci ildə verilmiş “İşçi Layihə”si hazırlanmış və təsdiq edilmişdir, həmin “İşçi Layihə”si nə əsasən sözügedən obyektə qaz təchizatı mənbəyi olaraq 300 mm-lik orta təzyiqli yerüstü qaz kəməri qəbul olunmuş və birləşmədən sonra qaz kəməri yeraltı yeraltma endirilərək, yeraltı quyuda 1 ədəd siyirtmənin quraşdırılması nəzərdə tutulmuşdur, obyektə yaxınlaşarkən qaz kəməri yerüstünə qaldırılmış və qazın təzyiqini orta təzyiqdən aşağı təzyiqə keçirmək üçün QTŞ-2 tipli tənzimləyici quraşdırılmışdır, qaz sərfinin ölçülməsi üçün “G-100” tipli qaz sayğacından istifadə olunmuşdur, həmçinin İşçi Layihə Chip 2.04,08,87 CHiP 3,05.02-88 və Qaz təsərrüfatında təhlükəsizlik qaydaları'nın tələblərinə cavab vermiş və mövcud qaz kəmərinə birləşmə zamanı habelə tikinti sahəsində CHİP 3.05.02.88-in tələbləri gözlənilmiş və yerinə yetirilmişdir, həmin obyektin qazlaşdırılması sifarişi Cavabdeh Layihə-smeta və ekspertiza şöbəsinin xx.xx.2013-cü il tarixdə qərarı ilə az sərfiyyatı 93.8 kubmetr/saat olmaqla razılaşdırılmışdır, qeyd olunan işlər görüldükdən və obyektin qazlaşdırılması razılaşdırıldıqdan və istismara verildikdən sonra iddiaçı, həmin qaz xəttinə qoşulmaq üçün həm Cavabdeh QSC-nin Binəqədi rayon X4, həm də həmin qaz xəttini öz hesabına çəkdirmiş Lütfəli Qasımovdan icazə almışdır, X3 şəxsi vəsaiti hesabına çəkdirdiyi 108 diametrli qaz xəttindən 50 diametrli qaz xəttinin mənə məxsus obyektə qaz çəkilməsinə icazə vermişdir, həmin xəttə Cavabdeh İB tərəfindən sayğac da quraşdırılmışdır, lakin icazə verərkən qeyd etmişdir ki, bu xəttdə ikinci şəxsə qaz çəkilməsi təqdirdə qaz verilişi dayandırılacaqdır, bir neçə müddət bundan əvvəl iddiaçı qaz təzyiqinin zəiflədiyini və qazın verilməsində problemlərin olduğunu müşahidə etmişdir, obyektinə çəkilən qaz xəttinə nəzər yetirdikdə isə tanımadığı bir şəxsin ona aid qaz xəttindən ondan icazəsiz öz mülkünə qaz çəkdiyini müəyyən etmişdir, bununla bağlı Binəqədi rayonu X6 dərhal müraciət edərək, xəttə özbaşına qoşulmanı, təhlükəli bir hal olduğunu və dərhal həmin xəttin kəsilərək qazm verilməsini dayandırmalarmı tələb etmiş, lakin dəfələrlə bununla bağlı etdiyi şikayətlərə baxmayaraq, Cavabdeh İB-nin Binəqədi rayonu X7 heç bir tədbir görmür, iddiaçıya aid olan obyektə çəkilən qaz xətti yalnız iddiaçının obyekti üçün nəzərdə tutulduğundan digər müssisə və evlərin qazlaşdırılması zamanı iddiaçıya aid olan obyektdə qaz ilə əlaqədar problemlər yaşanırdı, bundan başqa, iddiaçıya icazə verilən xəttə L.Qasımovdan icazə alınmadığından ona verilən qazın dayandırılması məsələsi qoyulmuşdur. Sonda Z.G.Niftəliyev iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15170 №-li Qaz təchizatı üçün Texniki şərtdən görünür ki, İddiaçı Əfqan oğlu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən obyektin qaz ilə təchiz olunması üçün Cavabdehnə müraciət etmişdir. İş materiallarında olan Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfindən yerləşən təbii şirə sexinin qazlaşdırılması barədə 7-144-08 saylı İşçi Layihədən görünür ki, Binəqədi rayonu, Binəqədi şossesinin sağ tərəfindən yerləşən təbii şirə sexinin qazlaşdırılmasının işçi layihəsi sifarişçinin təqdim etdiyi ərizəyə və Bakı şəhəri Qİİ-nin tərəfindən verilən texniki şərtə əsasən yerinə yetirilmişdir, qaz təchizatı mənəyi olaraq mövcud 300 mm-lik orta təzyiqli yeraltı qaz kəməri qəbul edilib, birləşmə nöqtəsində qazın parametrləri təzyiqi: 0,1 kq/kub sm, istilik törətmə qabiliyyəti 8000 kkal, xüsusi çəkisi 0,62-dir, qaza olan təlabat 1 ədəd PQ-4 qaz plitəsi, 1 ədəd qazanın qaz sərfindən ibarətdir, obyektdə G-100 tipli qaz sayğacın quraşdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan Texniki şərtlərə əsasən, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən İddiaçı Əfqan oğluna məxsus qeyri-yaşayış sahəsinin təbii qaz təchizatı mənbəyi 108 mm-lik orta təzyiqli qaz kəmərindən qəbul edilməsi, birləşmə nöqtəsində işçi layihə əsasında siyirtmə quraşdırmaqla binaya qaz xəttinin üzərində sərfiyyata uyğun sayğac dəsti quraşdırılması, obyektin daxili qaz təchizatı qüvvədə olan “Tikinti norma və qaydalarına” və “Qaz təsərrüfatında Təhükəsizlik Qaydalarına əsasən aparılması razılaşdırılmışdır. İş materiallarında olan sifarişçi İddiaçı Əfqan oğlunun Binəqədi rayonu, Binəqədi şossesində yerləşən qeyri-yaşayış sahəsinin (sok istehsalı) qazlaşdırılmasına dair 151xxxx-02136-QT №-li sifarişə əsasən, "xxxx" QSC tərəfindən Cavabdeh verdiyi 15170 №-li xx.xx.2020-ci il tarixli texniki şərtlər əsasında hazırlanmış “Binəqədi rayonu, Binəqədi şossesində yerləşən İddiaçı Əfqan oğluna məxsus qeyri-yaşayış sahəsinin (sok istehsalı) qazlaşdırılması işçi layihəsində verilmiş texniki şərtlərə uyğun olaraq razılaşdırılır, razılaşma 2 il qüvvədədir. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən qeyri-yaşayış sahəsi - təbii şirə sexi İddiaçı Əfqan oğluna məxsusdur, həmin ünvana Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu tərəfindən 2008-ci ildə verilmiş “İşçi Layihə”sinə əsasən 57 diametrli qaz xətti çəkilmişdir, həmin qaz xəttinə qanunsuz olaraq əlavə ikinci bir xətt qoşulmuşdur. Bununla bərabər, iddiaçıya məxsus qaz xəttinə qoşulmaların qanuniliyə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, qanunsuz qoşulmalar iddiaçının qanunla qorunan mənafelərinə toxunur ki, bu da iddia tələbinin əsaslı olması qənaətinə gəlməyə üçün kifayət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən İddiaçı Əfqan oğluna məxsus qeyri-yaşayış sahəsinə çəkilmiş 57 diametrli qaz xəttinə qoşulmuş xətt qazpaylayıcı şəbəkədən ayrılmalıdır. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu ona aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 100 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Binəqədi rayonu, Binəqədi şossesində yerləşən İddiaçı Əfqan oğluna məxsus qeyriyaşayış sahəsinə çəkilmiş 57 diametrli qaz xəttinə qoşulmuş xətt qazpaylayıcı şəbəkədən ayrılsın. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat Cavabdehndən alınaraq İddiaçı Əfqan oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-2933/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2933/2022
14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver