Məhkəmə qərarları › İş №2(011)-2978/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-2978/2023

31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-2978/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı İddiaçı1 240 ədəd səhmə görə 180 manat dövlət büdcəsi ( AR Maliyyə Nazirliyi) hesabına, 60 manat AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına və İddiaçı2 300 ədəd səhmə görə 225 manat dövlət büdcəsi (AR Maliyyə Nazirliyi) hesabına, 75 manat AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsi tələblərinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı İddiaçı1 240 ədəd səhmə görə 180 manat dövlət büdcəsi ( AR Maliyyə Nazirliyi) hesabına, 60 manat AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına və İddiaçı2 300 ədəd səhmə görə 225 manat dövlət büdcəsi (AR Maliyyə Nazirliyi) hesabına, 75 manat AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanunu

15. işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. “İnzibati icraat haqqında” Qanun: 1.1 bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllə (İPM): 2.1. qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.7. müvafiq olaraq, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilən qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi nəzərə alınaraq, yəni, hüquq münasibətinin xarakterindən irəli gələrək hazırki mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı İddiaçı1 240 ədəd səhmə görə 180 manat dövlət büdcəsi ( AR Maliyyə Nazirliyi) hesabına, 60 manat AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına və İddiaçı2 300 ədəd səhmə görə 225 manat dövlət büdcəsi (AR Maliyyə Nazirliyi) hesabına, 75 manat AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsi tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar